Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Özbəkistanda parlament seçkilərində erkən səsvermənin vaxtı məlum olub

Özbəkistanda parlament seçkilərində erkən səsvermə oktyabrın 16-23-də keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidməti məlumat yayıb.

“MSK-nın növbəti iclasında seçki günü yaşayış yeri üzrə ola bilməyən seçicilər üçün 2024-cü il oktyabrın 16-23-də erkən səsvermənin təşkili ilə bağlı qərar qəbul edilib”, – məlumatda bildirilib.

Seçki məntəqələrində erkən səsvermə iş günləri saat 9.00-dan 18.00-dək, həftə sonları isə saat 11.00-dan 17.00-dək keçiriləcək.

Özbəkistanda parlament seçkiləri oktyabrın 27-də keçiriləcək. Seçki kampaniyasına iyulun 26-da start verilib, sentyabrın 22-dən isə namizədlərin seçkiqabağı təşviqat kampaniyası keçirilir.

Check Also

Gürcüstanda Azərbaycan və Ermənistanı birləşdirəcək yol layihəsi üzrə tenderlər ləğv edilib

Gürcüstan Yol İdarəsi Rustavi–Tsiteli körpüsü və Alqeti–Sadaxlı avtomobil yollarının tikintisi ilə bağlı elan edilmiş beynəlxalq …