Şənbə , 27 İyul 2024
Drone Cameras

PKK fəalının mobil telefonu Ermənistan Xarici İşlər Nazirliyində qeydiyyatdadır

Ermənistan PKK terror təşkilatının üzvlərini ölkəsinin pasportu ilə təmin edir. Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin sədri Göksəl Gülbəy deyib ki, terror təşkilatının üzvləri artıq Avropaya Ermənistan pasportu ilə səfər edirlər. Onun sözlərinə görə, hər ay Ermənistan 50 PKK-çıya viza verir: “Bu sırada ən aktiv rolu Ermənistanın Fransadakı səfirliyi oynayır. Belə ki, PKK-nın maddi və tibbi yardımları məhz oradan gəlir”. Göksəl Gülbəy onu da deyib ki, terror təşkilatının aktiv üzvlərindən olan Murad Karayılanın istifadə etdiyi mobil telefonla bağlı aparılan araşdırmalar da şok effekt yaradıb: “Belə ki, Murad Karayılanın istifadə etdiyi mobil telefonla bağlı bağlı araşdırma aparan təhlükəsizlik orqanları onun telefonunun Ermənistanın Xarici İşlər Nazirliyinin balansına aid olduğunü müəyyən ediblər”.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir