Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

“Polisə Dəstək” İB-I Formula 1-də DİN əməkdaşlarına dəstəkdir – FOTOLAR


 
Paytaxt Bakı artıq dördüncü dəfədir ki, dünyanın ən aparıcı avtoidman yarışı olan “Formula 1″ə ev sahibliyi edir. Əlbəttə ki, keçirilən üç yarışda ölkəmiz bu Avropa Qran-prisinə ev sahibliyini üzərinə düşən qədərini etdi. Bunu həm təhlükəsizlik həmdə ki, yarışın təşkilində görmək mümkün idi. Bunu yarış barədə dünyanın bəzi kütlləvi informasiya sayıtlarında yazılan məqalələrdən, çəkilən videoroliklərdən bilmək olar. Təhlükəsizlik əlbəttə ki, bu yarışda ən vacib məqamlardan birdir. Bunun üçün Azərbaycan polisi səfərbər olub desək heç də, yanılmarıq. Gücləndirilmiş iş rejiminə keçən Daxili işlər Nazirliyinin əməkdaşları yarış trekinin yaxınlığında hərtərəfli təhlükəsizliyin, həm yarışa qatılan izləyicilərin, həm də nəqliyyatın intensiv hərəkətinin təmininatçısıdır. Bu işdə POLİSİMİZƏ dəstək də var.Ilk dəfə olaraq Azərbaycan Respublikasının “Polisə Dəstək” ictimai Biriyi DİN-əməkdaşlarının işinə yardımçı olmaq üçün öz könüllülərini Formula 1 Avropa Gran Prisinin keçririldiyi əraziyə cəlb edib.
 
Bəs bu təşəbbüs hardan Gəldi? Suallarımızı Azərbaycan Respublikasının “Polisə Dəstək” ictimai Biriyinin sədri Şəmsəddin Əliyev cavablandırdı.
 
“Əvvəla onu deyə bilərəm ki, Beynəlxalq tədbirə Bakının ev sahibliyi etməsi, bütün Azərbaycan vətəndaşları üçün qürur hissi ilə qarşılanmalıdır və qarşılanırda. Həm də bu Qran-prinin keçirilməsi Beynəlxalq aləmə birdaha sübut edir ki, Azərbaycanda sabitlik var, təmin olunur və davamlıdır. Bu Təhlükəsizliyi təmin edən qurumların əməkdaşları kifayət qədər peşəkar və öz işinin təminatçısıdır. Bizdə Bir qrum olaraq yəni Azərbaycan Respublikasının “Polisə Dəstək” İctimai Birliyi olaraq yarışa qatılan işitakçıların, burda həm əcnəvilər və vətəndaşlığı olmayan şəxslərdə var onlarında təhlükəsizliyinin təminində Daxili İşlər Nazirili əməkdaşlarına dəstək oluruq. İlk dəfədir ki, “Polisə Dəstək” İB-yi Polisə bu yarışda dəstək olur. Düzdür Ölkəmizdə keçirilən Bir çox mötəbər yarışlarda qurumun əməkdaşları öz vəzifə borclarını yerinə yetirib, polislə çiyin-çiyinə çalışıb. Amma Formula 1-də ilk dəfə olmağımızdan qürurluyuq”.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir