Şənbə , 20 Aprel 2024
Drone Cameras

Prokuror Bakıda zavodda 24 il əvvəl qətl törədən şəxsə cəza istəyib

Prokuror Bakıda 24 il əvvəl qətl törətməkdə təqsirləndirilən Elnur Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, qətl hadisəsi 1998-ci il aprelin 26-da paytaxt ərazisində yerləşən Bakı Balıq hisləmə zavodunda qeyd alınıb.

Belə ki, Bakı Balıq hisləmə zavodunda qeyri-rəsmi mühafizəçi işləmiş Elnur Abbasov həmin zavodun 2 saylı sexində usta kimi çalışmış Mübariz Rəsulov aralarında yaranmış mübahisə zamanı ona çoxsaylı bıçaq zərbələri yetirərərək xüsusi amansızlıqla öldürüb. O, sonra törətdiyi cinayətin izlərini gizlətmək məqsədilə hadisə yerini təmizləyərək meyiti sexdəki soyuducuya qoyub.

Aparılan istintaqla cinayətin Elnur Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilməsinə baxmayaraq onun ölkə ərazisini tərk etməsi səbəbindən cinayət məsuliyyətinə cəlb olunması mümkün olmayıb və barəsində axtarış elan edilib.

2022-ci il iyulun 1-də Elnur Abbasova 1998-ci ildə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı hissəsi ilə yenidən ittiham elan edilməklə tutulub.

Check Also

Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb

Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə daxil olmuş əməliyyat …