Şənbə , 27 Aprel 2024
Drone Cameras

Putindən yeni variantda Qarabağ həlli

Həmsədrlərin Azərbaycanla bağlı yeni qorxusu

BMT regional  münaqişələrin həllinə xüsusi diqqət yetirməlidir. Boyukmillet.com-ın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Kremldə 20 ölkənin yeni səfirini qəbul zamanı bildirib.

“Bütün ölkələr üçün qanunun aliliyinə şərtsiz riayət eləmək, Beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsinə əsas məsuliyyət daşıyan qurum kimi BMT Təhlükəsizlik Şurasının xüsusi imtiyazlarına hörmət etmək prioritet olmalıdır”, – deyə Vladimir Putin vurğulayıb.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko “Vestnik Kavkaza”ya müsahibəsində bildirib ki, Rusiya prezidentinin sözləri Dağlıq Qarabağ münaqişəsinə də aiddir. Onun fikrincə, BMT vasitəçi kimi münaqişənin həlli üçün bir neçə variantda hərəkət edə bilər,

Birinci variant ATƏT-in artıq 25 ildir ki, vasitəçi kimi heç bir nəticə verməyən Minsk qrupunun ləğvi və BMT-nin nəzdində yeni danışıqlar formatının başlanması ola bilər. İkinci variant isə Minsk qrupunun özünü ATƏT formatından çıxararaq BMT formatına keçirilməsi, ona müvafiq və daha keçərli status verilməsi ilə bağlıdır.

Azərbaycan Xarici İşlər Nazirliyinin keçmiş işçisi, politoloq Fikrət Sadıqov Boyukmillet.com müsahibəsində münaqişəni həll etmək üçün yeni qurumun yaradılmasına ehtiyac olmadığını deyib:

“ATƏT-in Minsk qrupu 1993-cü ildə BMT Təhlükəsizlik Şurası (TŞ) tərəfindən Ermənistana qarşı qətnamələr qəbul edildikdən sonra yaradılıb. BMT TŞ-in daimi üzvü olan üç həmsədr ölkə – ABŞ, Rusiya və Fransa münaqişəni öz nəzarətlərinə götürdülər. Yəni BMT qətnamələrinin icrasını onlar təmin etməli idilər. Amma keçən 25 il göstərdi ki, onlar qətnamələri yerinə yetirməklə yox, Cənubi Qafqazda öz maraqlarını təmin etməklə məşğul olublar.

Ermənilərin türk torpağında elan etdiyi üçüncü dövlət

Yəqin ümid edirlərmiş ki, vaxt keçər və münaqişə unudular. Amma unudulmadı, Azərbaycan diplomatik fəaliyyətini dayandırmadı, həmçinin ordusunu gücləndirdi. Aprel döyüşləri onlara göstərdi ki, Azərbaycanın vəziyyətlə barışmaq niyyəti yoxdur. Buna görə, yeni qurum yaratmaq istəyirlər ki, bir qədər də o, vaxtı uzatsın”.

Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə Boyukmillet.com müsahibəsində əslində çoxdan arzulanan variant çin ola bilər:

“Şəxsən mən dəfələrlə təklif etmişəm ki, münaqişə BMT çərçivəsində həll edilsin. Çünki Ermənistanın işğalçı siyasətinə qarşı 4 qətnaməni məhz BMT qəbul edib. Həm də BMT-nin sülhməramlı qüvvələri var, münaqişənin həllində bu qüvvələrdən istifadə edə bilər”.

Əslində, bu, Rusiyanın son 25 ildə münaqişənin həlli ilə bağlı tutduğu mövqeyə 180 dərəcə ziddir. Rusiya adətən Dağlıq Qarabağı öz nüfuz dairəsində olan münaqişə sayırdı və ATƏT-in Minsk qrupunun digər həmsədrləri də bu məsələdə onun aparıcılığı ilə barışırdı. İndi isə Moskva tək Dağlıq Qarabağda bağlı deyil, həm də maraq dairəsində olan digər regional münaqişələrin də BMT müstəvisində həllini təklif edir.

Nə baş verir? Bəlkə, Rusiya İraq Kürdüstanı və Kataloniyada müşahidə olunan müstəqillik paradının çox sayda muxtar qurum olan ərazisinə keçməsindən çəkinir. Hər şey ola bilər. Hər halda, Rusiyanın daxilində onlarla avtoxton xalqa məxsus muxtar qurumlar və sərhədlərin toxunulmazlığı prinsipi ortadan qalxarsa, Rusiya artıq öz ərazində onlarla regional münaqişə ilə üzləşməli olar. Bəlkə də, buna görə, Moskva ətrafını sarmış qaynar nöqtələri birdəfəlik söndürmək istəyir.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir