Cümə , 29 Mart 2024
Drone Cameras

”Qərbi Azərbaycanda doğulub böyümüş azərbaycanlının həyat hekayəsi”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyi ”Qərbi Azərbaycanda doğulub böyümüş azərbaycanlının həyat hekayəsi” layihəsi çərçivəsində “Qəzəb” filminin çəkilişlərini yekunlaşdırıb.

İctimai Birlik filmin nümayişinə başlayıb. Filmin ilk nümayişinə İşğala Terrora Əsassız İddialara qarşı Beynəlxalq Forumun təmsilçiləri , Qarabağ müharibəsi veteranları və əlilləri tamaşa ediblər.

Layihənin rəhbəri Mətanət Əsgərqızı qeyd edib ki, layihənin icra müddəti üç ay olub. Müharibə mövzusuna həsr olunan filmin qəhrəmanı Əlövsət Qasımovdur. O, müharibə dövründə yüzlərlə şəhidin naməlum qalmasının qarşısını alan ilklərdən biridir. Məhz onun çəkdiyi fotoların hesabına bu gün ermənilərin cinayətlərini ictimaiyyətə çatdırmaq mümkün olub. Layihə rəhbəri qeyd edib ki, filmin nümayişləri orta və ali məktəblərdə, hərbi hissələrdə göstərilməsi planlaşdırılıb. Mətanət Əsgərqızı müharibənin vurduğu yaraların, torpaq itkisinin, facilərimizin gənclərimizə çatdırılması üçün belə filmlərə ehtiyac olduğunu bildirib. O, qey edib ki, filmin ssenarisi və rejissoru Etibar Məmmədov, direktoru Büllur Cavadqızı, məsləhətçi isə o özüdür. Daha sonra filmə baxış olub.

“Qəzəb” filminə tamaşa edən İşğala Terrora Əsassız İddialara qarşı Beynəlxalq Forumun üzvləri, Formun sədri Akif Nağı, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Azərbaycan Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev , Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, jurnalist, QHT sədri Füruzə Əsədullayeva, Demokratik Cəmiyyət və Qadın Hüquqları İctimai Birliyinin sədri Mehriban Abdullayeva filmin bu günümüz üçün, müharibə tariximizi öyrənmək baxımından çox gərəkli olduğunu vurğulayıblar. O da qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çəkilən belə filimlər müharibə tarixinin qaranlıq qalmış bir çox məqamlarına işıq salır.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir