Şənbə , 27 İyul 2024
Drone Cameras

Lənkəranda sərnişin avtobusu qəzaya uğrayıb – 6 yaralı

Lənkəranda sərnişin avtobuusu qəzaya uğrayıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 27-də saat 20 radələrində Lənkəran şəhərində rayon sakini Cabir Baxşıyevin idarə etdiyi “PAZ” markalı avtobus və Astara rayon sakini Elşən Novruzovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus toqquşub.

Qəzanın baş verməsi nəticəsində E.Novruzovun xəsarət almış 6 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar. Hadisə ilə bağlı Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir