Şənbə , 20 Aprel 2024
Drone Cameras

Qanuni diplom alanlarla bağlı yeni baza yaradıldı

Azərbaycan ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumat bazası istifadəyə verilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bazanın yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanından irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir.

Məlumat bazasında ilkin olaraq 13 may 2013-cü il tarixindən bu günə kimi ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumatlar yerləşdirilib. Axtarış panelində diplomu təsdiq olunmuş şəxsin soyadı, adı və atasının adı yazılmaqla onun təhsil aldığı ölkə, müəssisə, ixtisası və təhsil səviyyəsi barədə məlumatları əldə etmək mümkündür. Məlumat bazası mütəmadi olaraq yenilənəcək.

Bazadakı məlumatlardan həm nostrifikasiya olunmuş diplomların sahibləri, həm də onları işəgötürənlər yararlana bilərlər.

Qeyd edək ki, məlumat bazasına Təhsil Nazirliyinin saytındakı “Nostrifikasiya” bölməsinin “Tanınan diplomların sahibləri barədə məlumat bazası”(http://edu.gov.az/az/nostrification/search) keçidindən daxil olmaq olar.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir