Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Quba sakini həmkəndlisini ehtiyatsızlıqdan ov tüfəngindən açılan atəşlə yaralayıb

Quba rayon sakini həmkəndlisini ehtiyatsızlıqdan ov tüfəngindən açılan atəşlə yaralayıb. 

“Report” xəbər verir ki, hadisə rayonun Xaltan kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini Sərdar Aydəmirov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən həmkəndlisi Məhəmməd İsgəndərovu yaralayıb.

Nəticədə M.İsgəndərov ayaq və bel nahiyələrindən xəsarət alıb. Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. 

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən S.Aydəmirovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aprılır.

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir