Cümə , 27 Noyabr 2026
Drone Cameras

Ronaldo “Qızıl top”u satdı: Göz yaşları… – Foto

“Real Madrid”in portuqaliyalı ulduzu Kristiano Ronaldo 2013-cü ildə qazandığı “Qızıl top”u hərraca çıxarıb.

Boyukmillet.com axar.az-a istinadən xəbər verir ki, mükafat hərracda 600 min avroya satılıb. “Qızıl top”u İsrailin ən zəngin iş adamlarından olan İden Ofer alıb. Ronaldo hərrac zamanı göz yaşlarını saxlaya bilməyərək ağlayıb.

Satışdan gələn pul ağır xəstəliklərlə mübarizə aparan uşaqlara xərclənəcək.

Qeyd edək ki, “Qızıl top” dünyada ilin ən yaxşı futbolçusuna verilir. Ronaldo bu mükafata 4 dəfə layiq görülüb. O, daim kimsəsiz, xəstə və fiziki qüsurlu uşaqlara yardım etməklə də gündəmə gəlir.

Check Also

Rusiya tərəfi Ukraynaya 250 meyit təhvil verib

Ukraynaya 250 meyit qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, onlar müharibədə həlak olmuş Ukrayna hərbçiləridir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir