Cümə , 26 Aprel 2024
Drone Cameras

“Aydınlar ocağı” Ağcabədidə seminar keçirib

Bu gün Aydınlar Ocağı Humanitar ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Məktəblilərin ictimai fəallığının artırılmasında vətəndaş cəmiyyətinin rolu” layihəsi çərçivəsində Ağcabədi rayonunda seminar keçirdi.

Seminarı giriş sözü ilə Aydınlar Ocağı humanitar ictimai birliyinin sədri Vüqar Qədirov açaraq təhsil işçilərini peşə bayramları münasibətilə təbrik etdi. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına belə bir marifləndirici layihəni dəstəklədiyi üçün öz təşəkkürünü bildirdi. Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətindən, qeyri-hökumət təşkilatlarının bu istiqamətdəki rolundan bəhs etdi. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasını, 2008-ci ildə isə imzaladığı Sərəncamla Şuranın ilk tərkibinin formalaşdırıldığını qeyd edən natiq vətəndaş cəmiyyətinin inkişafında, qeyri-hökumət təşkilatlarının fəaliyyətində yeni bir dövrün başlanmasının təməlinin qoyulduğunu bildirdi. “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununun vətəndaş cəmiyyətinin inkişafında özünəməxsus yer tutduğunu, keçirilən beynəlxalq tədbirlərdə, olimpiadalarda, idman yarışlarında və s. könüllülük prinsipinin vətəndaş cəmiyyətinin inkişafına təkan verdiyini bildirdi. Məktəblilərin cəmiyyətimizin inkişafına yönəlmiş layihələrdə fəallıq göstərmələri, müstəqil dövlətimizin layiqli vətəndaşı kimi böyümələrində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək və onların həyata keçirdikləri layihələrdə fəallıq göstərmələrinin vacib olduğunu qeyd etdi.

Seminarda çıxış edən layihənin eksperti Azər Əliyev vətəndaş cəmiyyətinin – cəmiyyətin inkişafının müəyyən pilləsində formalaşan insanların birliyi olub özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirdiyini qeyd etdi. Vətəndaş cəmiyyətinin qeyri-dövlət iqtisadi, siyasi, sosial, mədəni-mənəvi, dini-əxlaqi, ailəvi, milli və başqa münasibətlərin məcmusu olub azad vətəndaşların və könüllü formalaşmış təşkilat və assosiasiyaların birliyi olduğunu vurğuladı. Vətəndaş cəmiyyətlərinin struktur elementlərinin Şəxsiyyət, ailə, məktəb, sahibkarlıq və təşəbbüskarlıq, sosial qruplar və siniflər, vətəndaşların şəxsi həyatları və onların təminatı, demokratik qurumlar, ictimai birliklər, və hərəkatlar, müstəqil məhkəmələr, təhsil sistemi, müstəqil KİV-lər və s. ibarət olduğunu bildirdi.

Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov Aydınlar Ocağı Humanitar ictimai birliyinin həyata keçirdiyi maarifləndirici layihənin əhəmiyyətindən danışdı. Son zamanlar müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən layihələrin böyüməkdə olan nəslin inkişafına təkan verdiyini vurğuladı. Seminarda çıxış edən Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov vətəndaş cəmiyyətinin formalaşmasında gənclər təşkilatları ilə keçirilən birgə tədbirlərdən və həyata keçirilən layihələrdən danışdı. İctimai fəallığın Ağcabədi məktəblərində daha da inkişaf etdirilməsində vətəndaş cəmiyyəti institutları ilə müsbət əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu bildirdi. Seminarda digər çıxış edən natiqlər vətəndaş cəmiyyətinin inkişafı istiqamətində məktəblilərin rolunun artırılmasının vacib olduğunu bildirdilər.

 

Tədbirdə məktəblilərə dəftərxana ləvazimatları paylanıldı, çay-kofe süfrəsi ətrafında diskussiyalar davam etdirildi.

 

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir