Səudiyyə Ərəbistanı Yəmən üsyançı hərəkatı Ənsar Allah ilə mübarizədə İsrailin köməyini qəbul etməlidir.
Boyukmillet.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu fikirdədir. O, bu barədə Ağ Evin Cənub Çəmənliyində jurnalistlərə verdiyi müsahibədə məsələ ilə bağlı sualı cavablandırarkən danışıb: “Düşünürəm ki, belədir. İsrail artıq Səudiyyə Ərəbistanına böyük kömək olub və onlar bunu mütləq edəcəklər”.
Tramp həmçinin Səudiyyə Ərəbistanının İsrail ilə münasibətləri normallaşdırmaq üçün İbrahim Sazişlərinə yenidən qoşulmağı düşünüb-düşünməməsi ilə bağlı suala müsbət cavab verib: “Düşünürəm ki, həmişəkindən daha çox. İbrahim Sazişləri bizim ən böyük nailiyyətlərimizdən biridir. Səudiyyə Ərəbistanı İsrailin və bizim dəstəyimizə sahib olmaqdan məmnundur”.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
