Bazar , 19 May 2024
Drone Cameras

Sabir Rüstəmxanlı: “Şəhriyarın büstünün dağıdılması İranın cəhalətidir”

Məsələ ilə bağlı açıqlama verən xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlı öz etirazını bildirib. O, bunu şairin ruhuna böyük hörmətsizlik adlandıraraq, İranın “bizimdir” deyib, özəlləşdirdiyi ustada qarşı mədəniyyətsizlik etdiyini bildirib:

“Şəhriyar yalnız Azərbaycan və İran türklərinin şairi deyil. O, şeirlərini həm fars, həm də türk dillərində yazıb. Ümumiyyətlə, İran coğrafiyasında yaşayan həm mənşə, həm etnik, həm də mənsubiyyət etibarilə müxtəlif xalqlara mənsub olan, amma ümumi mənada İran ədəbiyyatı və yaxud şairləri deyilən anlayış var. Buna görə də İran onu öz şairi hesab edir. Əgər bir ölkə öz şairinə belə sayğı, hörmət göstərirsə, bu artıq İranın cəhaləti və mədəniyyətsizliyidir. Onlar bu hərəkətlərindən utanmalıdır. Azərbaycanda Şəhriyara kifayət qədər hörmət var. Həmçinin, Təbrizdə də ona məxsus abidə ucaldılıb. Məşhəd şəhəri də din ocağıdır və ora İmam Rzanın ziyarətinə gedirlər. Görünən odur ki, onların gözləri elə bağlıdır ki, İmam Rzanın qəbrindən başqa heç kimi görmürlər. Bu səbəbdən də sözügedən vəziyyət məni o qədər də təəccübləndirmir. İranda hər kəsə hörmətsizliyin edilməsi gözlənilən haldır”.

Qeyd edək ki, bir qrup şəxs zorakılıq nümayiş etdirərək, şairin Məşhəd şəhərində yerləşən büstünü tanınmaz hala salıb.

Sabir Rüstəmxanlı: “Şəhriyarın büstünün dağıdılması İranın cəhalətidir”

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir