Şənbə , 25 May 2024
Drone Cameras

Samir Adıgözəlli: “Ermənilərin bir hədəfi də Türkiyədir”

“Azərbaycan üçün bu məsələnin önəmi həm də ermənilərə qarşı mübarizədə əldə edilən müsbət effektlə bağlıdır”

Prezident İlham Əliyev Azərbaycan -Türkiyə sənədlərinin imzalanmasından sonra mətbuata bəyanatında bildirib ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir: “Dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən ikinci ölkələr yoxdur. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bu gün ən yüksək zirvədədir. Təbii ki, müzakirə olunan məsələlərlə bağlı bizim aramızda fikir birliyi var. Bütün məsələlər öz həllini tapır. Müzakirə olunan məsələlər həyatda öz əksini tapır”.

Dövlət başçısı vurğulayıb ki, siyasi əlaqələr çox uğurla inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir: “Mən bu il iki dəfə Türkiyədə olmuşam. Bu gün Türkiyə Prezidenti Azərbaycanda səfərdədir. Nazirlər, digər vəzifəli şəxslər tez-tez görüşürlər. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də biz hər zaman olduğu kimi, bir-birimizi dəstəkləyirik. Bütün beynəlxalq təşkilatlarda Türkiyə-Azərbaycan həmişə bir-birinin yanındadır”.

Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının, birliyinin bölgə üçün önəmli amil olduğunu, bölgədə sabitləşdirici rol oynadığını vurğulayan Prezident İlham Əliyev deyib: “Güclənən Türkiyə bizim gücümüzü artırır və biz də sizin uğurlarınıza ürəkdən sevinirik”.

İlham Əliyev  Türkiyə ilə Azərbaycanın beynəlxalq təşkilatlar səviyyəsində bir-birlərini dəstəklədiyini xüsusi olaraq vurğulayıb.

Azərbaycan Türkiyə ilə belə əməkdaşlıqdan nə əldə edə bilir?

Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli açıqlamasında bildirdi ki, bu sayaq əməkdaşlıqdan hər iki ölkə qazanır: “Bilirsiniz ki, bizim Türkiyə ilə əməkdaşlığımıza yalnız iki ölkənin mehriban münasibəti kimi baxmaq olmaz. Aramızda formalaşan münasibət bunun fövqündə durur. Biz bir çox sahələr üzrə yaxından əlaqələr qurmuşuq. Bunlardan ən vacibi beynəlxalaq qurumlardakı birgə fəaliyyətdir. Mən bu sıraya birgə diaspor fəaliyyətini də əlavə edərdim. Bunun müsbət nəticələrini biz hiss etməyə başlamışıq. Beynəlxalq qurumlardakı fəaliyyətimiz nəticəsində bir-birimizi dəstəkləməyimiz heç birimizin təklənməsinə, haqsız basqılara məruz qalmasına imkan vermir. Bunun nəticəsini Avropa Şurası daxil omaqla, bir çox yerlərdə görmüşük. Yadınızdadırsa, beynəlxaq tədbirlərdən birində Türkiyənin orada təmsil olunmadığını görüb onun üstünə getmək cəhdi olanda bizim Prezidentimiz dedi ki, Türkiyənin təmsilçisi burada yoxdursa, mən burdayam, buyurun nə sözünüz var deyin. Mənə elə gəlir ki, mövzuya bundan dolğun  izah verə bilmərik. Azərbaycan üçün bu məsələnin önəmi həm də ermənilərə qarşı mübarizədə əldə edilən müsbət effektlə bağlıdır. Türkiyə bu istiqamətdə bütün platformalarda bizim mövqeyimizi müdafiə edir. Ancaq bir detalı da xüsusi olaraq vurğulamaq istərdim ki, biz də Türkiyəni tək qoymuruq. Məhz erməni məsələsini nəzərdə tuturam. Çünki ermənilərin bir hədəfi də Türkiyədir. Qondarma “soyqırım” iddiaları ilə Türkiyəyə qarşı bütün dünyada əks-təbliğat aparırlar”. (bakixeber)

 

Boyukmillet.com

Check Also

Fazil Mustafa işi: Dizimi yerə qoymadığıma görə polislər yarım saat döydülər

Deputat Fazil Mustafanın güllələnməsindən sonra həbs olunan millət vəkilinin qonşusu, Zabrat sakini Yunis Quliyev məhkəmədən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir