Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

ŞOK: Türkiyədə erməni terrorçularının adına abidə qoyulub

Türkiyənin Tunceli vilayətinin Nizamiyə qəsəbəsinə bağlı Aşağı Doluca kəndindəki  Pembelik gölünün yaxınlığında erməni terroristlərinə ehtiram məqsədilə abidə qoyulub. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı Beynəlxalq Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİMDER) yayıb. Bildirilib ki, bu mənfur hərəkətə qarşı ASİMDER rəhbəri Göksel Gülbəy öz kəskin etirazını bildirib. O, bildirib ki, Tuncelidə erməni terroristləri üçün qoyulan abidə ASALA erməni terror təşkilatı tərəfindən şəhid edilən Türk səfirlər və diplomatlarının, eyni zamanda Qarabağ şəhidlərinin ruhuna həqarət və saygısızlıddır.

Qeyd edək ki, abidənin üzərində erməni teerorçuları Armenak Bakırcıyan, Manuel Dəmir, Nubar Yanıkyan, Kevork Çavuş, Monte Melkonyan, Antranik Uzunyanın adları qeyd olunub. Göksəl Gülbəy deyib ki, bu mənfur addım HDP və DBP bələdiyyələrinin kimlərlə işbirliyində olduğunu ortaya qoyur və onların da mənfur Böyük Ermənistan idealına xidmət etdiklərini təsdiqləyir.  

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir