Cümə , 27 Noyabr 2026
Drone Cameras

Soyqırım cinayəti törədənlər mütləq ədalət qarşısında cavab verəcəklər.

Bəşəriyyətin ən dəhşətli hadisələrindən olan “Xocalı Soyqırımı”-nın bu gün 27-ci il dönümü tamam olur. Xalqımız soyqırım hadisəsini dünya içtimaiyyətinə çatdırılması və Xocalıdakı günahsız insanların xatirəsini yad etmək məqsədi ilə hər il olduğu kimi bu ildə “Ana harayı” abidəsini ziyarət etmişlər. Ziyarətdə İçtimai qurumlar da fəal iştirak etmişlər.

Beynəlxalq Diaspor Mərkəzinin və Beynəlxalq İnsan Haqları Bürosunun Azərbaycan nümayəndəliyinin təmsilçiləri də ziyarətdə iştirak etmişlər.

 BDM sədri İsmayıl Ağayev Boyukmillet.com-a verdiyi açıqlamada “Xocalı Soyqırımı” ilə bağlı bütün il boyu müxtəlif tədbirlərin həyata keçirildiyini bildirib. O, qeyd edib ki, insanlığa qarşı törədilmiş bu ağır cinayəti törədənlər mütləq ədalət qarşısında cavab verəcəklər.

Check Also

Rusiya tərəfi Ukraynaya 250 meyit təhvil verib

Ukraynaya 250 meyit qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, onlar müharibədə həlak olmuş Ukrayna hərbçiləridir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir