Şənbə , 14 Sentyabr 2024
Drone Cameras

Xocalı Türk dünyasının qanayan yarasıdır – İrfan Çiftçi

 

Bu qətliam daim Türkiyənin gündəmindədir

“Xocalı qətliamı ən başından bəri Türkiyə cəmiyyətində çox dəhşət oyandıran bir faciədir. Türkiyə bu soyqırımı baş verdiyi andan etibarən çox yaxından təqib edir”.

Bu sözləri AzNews.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi deyib.

Onun sözlərinə görə, istər dövlətin rəsmi qurumları, istər Türkiyədəki Azərbaycan diasporu, istərsə də bir çox sivil toplum quruluşu illərdir davamlı olaraq həm Qarabağ məsələsini, həm də Xocalı faciəsini gündəmdə saxlayır:

“Hər il Türkiyənin bir çox şəhərində Azərbaycandakı qədər, bəlkə də daha çox anım mərasimləri keçirilir, bu qətliam lənətlənir, bununla əlaqədar çox sayda nümayiş, sərgi və anım mərasimləri təşkil edilir. Xocalı yenə də Türkiyə üçün qanayan yara olmaqda davam edir. Bu qətliam sadəcə türklərin, Türk dünyasının deyil, insanlığın qanayan yarası kimi Türkiyədə də davamlı gündəmdə dayanır”.

Müşavir əlavə etdi ki, bu gün Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycan və Türkiyənin ortaq layihələri həyata keçirilir. Sadəcə olaraq, bunlar dünya səviyyəsində, yüksək keyfiyyətli və dünya mediasına çatdıracaq işlər deyil:
“Bu səviyyədə işlərə başlamaq lazımdır. Düşünürəm ki, bu istiqamətdə həm Azərbaycan, həm də Türkiyə tərəfində müəyyən fikirlər var, işlər görülür. İnşallah tezliklə beynəlxaq səviyyədə filmlər, sərgilər, nümayişlər keçiriləcək”.

Check Also

Baş nazir: Rusiyanın Gürcüstandakı seçki prosesinə ciddi təsir edəcək resursları yoxdur

Rusiyanın Gürcüstandakı seçki prosesinə ciddi təsir göstərə biləcək resursları yoxdur, amma başqa qüvvələrin buna gücü …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir