Çərşənbə , 1 Fevral 2023

Sürücülərin diqqətinə: Evakuatorlarla bağlı mühüm qərar – YENİLƏNİB

Sosial şəbəkələrdə təmir işləri ilə əlaqədar olaraq DYP evakuatorlarının fəaliyyətinin müvəqqəti olaraq dayandırıldığı və hazırda cərimə meydançalarında təmir işlərinin aparılması ilə bağlı xəbər yayılıb.

Boyukmillet.com xəbər verir ki, “Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevlə əlaqə saxlayıb. 

Polkovnik bildirib ki, hazırda cəmi bir cərimə meydançasında təmir işi aparılır:

“Cəlil Məmmədquluzadə küçəsinin yaxınlığındakı dayanacaqda təmir işi gedir və bu müddətdə də oraya avtomobil aparılmayacaq. Ancaq bunun digər dayanacaqlarla heç bir əlaqəsi yoxdu. Bütün xidmətlər olduğu kimi davam etdirilir. Hazırda Bakı ərazisində 10-dan çox dayanacaq var”.

14:46

Bakıda DYP evakuatorlarının fəaliyyətinin ləğv edilməsi barədə xəbərlər yayılıb. Bildirilir ki, bundan sonra sürücülər dayanma-durma qaydasını pozarkən, avtomobilləri cərimə meydançasına aparılmayacaq. Lakin yol polisi əməkdaşları həmin avtomobilin sürücüsü barəsində hər yarım saatdan bir inzibati protokol tərtib edə bilər.

Boyukmillet.com Avtosfer.az-a istinadən xəbər verir ki, həqiqətən də, ötən həftənin cümə günündən etibarən Bakıda dövlət yol polisinə məxsus evakuatorların fəaliyyəti dayandırılıb.

Yəni dayanma-durma qaydasını pozan avtomobillər cərimə meydançasına aparılmayıb. Bu gün də eyni mənzərə müşahidə olunur. Lakin bu hal daimi olmayacaq. Bakıdakı cərimə meydançaları qışa hazırlıq məqsədilə təmir edilir, asfalt döşənir. Bu səbəbdən də cərimə meydançalarına nəqliyyat vasitələrinin aparılması müvəqqəti olaraq dayandırılıb. Bir həftə sonra proses davam edəcək.

Check Also

Kamran Əliyev Münhenin Baş prokuroruna terrorçuluğa qarşı mübarizə fəaliyyəti barədə məlumat verib

Baş prokuror Kamran Əliyev Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenə terrorçuluğa qarşı mübarizədə fəaliyyəti …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir