Cümə axşamı , 12 Dekabr 2024
Drone Cameras

Təhsil Nazirliyi məktəbli çantaları ilə bağlı valideynlərə müraciət edib

“Azərbaycanda ümumtəhsil səviyyəsində tətbiq olunan həftəlik dərs yükü norması və dərsliklər beynəlxalq standartlara uyğundur”.

APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

O bildirib ki, təqdim olunan dərsliklər, onların sayı, çəkisi uşaqlar üçün  nəzərdə tutulan normadan artıq deyil. Nazir müavininin sözlərinə görə, valideynlər tərəfindən əlavə olaraq çantaya hansısa resurslar alınıb qoyulursa, bunun şərh  etmək çətindir: “Çünki bir çox hallarda bu məsələ qaldırılıb və müzakirə edilib. Ancaq görünür ki, çantalara tələb olunan və olunmayan əlavə resurslar da qoyulur. Yəqin ki, hər bir valideyn ona diqqət yetirməlidir ki, çantalara yalnız ehtiyac olunan dərs resursları qoyulsun”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir