Şənbə , 9 Dekabr 2023

DİN: Özünü yandıran sürücünün 43 min manat cəriməsi var

Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayon sakininin özünü yandırması faktı ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, oktyabrın 6-da saat 17 radələrində Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzibati binasının yaxınlığında Abşeron rayonu Pirəkəşkül qəsəbə sakini Cəmil Məmmədov intihar məqsədilə benzinlə özünü yandırıb. Qol və sinə nahiyəsindən yanıq xəsarətləri alan C.Məmmədov  xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalar zamanı C.Məmmədovun sürücülük vəsiqəsinin olmaması, idarə etdiyi “NAZ Lifan” markalı avtomobilində görünüş dairəsini məhdudlaşdıran əlavə avadanlığın quraşdırılması və barəsində tərtib olunmuş 463 ədəd elektron protokola əsasən 43 000 manat məbləğində cəriməsinin olması müəyyən edilib, avtomobil bu səbəbdən müvəqqəti duracağa yerləşdirilib.

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir