Cümə , 13 Sentyabr 2024
Drone Cameras

Telman İsmayılovun ən bahalı obyekti fəaliyyətini dayandırdı

Türkiyənin ən dəbdəbəli hotellərindən biri, azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən tikilmiş “Mardan Palace” qapanma ərəfəsindədir.

Boyukmillet.com POSTA qəzetinə istinadən xəbər verir ki, hotel artıq nömrələrin əvvəlcədən sifarişini və qonaqları qəbul etmir. Türkiyə kütləvi informasiya vasitələri bunu son bir neçə il ərzində hotelin qarşılaşdığı maliyyə çətinlikləri ilə əlaqələndirirlər.

Nəşrin müxbiri hoteldə nömrə sifariş etmək istərkən belə bir cavab alıb: “Obyekt qapalıdır, buna görə də, sifariş qəbul edilə bilməz”.

“Mardan Palace”ın baş meneceri Selçuk Şentepe bildirib ki, üzümüzə gələn həftə ərzində hotel qonaqları qəbul etməyəcək. Bununla belə, o, hotelin tezliklə bağlanacağı ilə bağlı xəbəri qətiyyətlə təkzib edib: “Hotel işləyir. Müəyyən problemlərimiz var, bəzi işçilərimizlə vidalaşmalı olmuşuq. Lakin hazırda burada 670 əməkdaş çalışır. Biz bağlanmayacağıq”.

Qeyd edək ki, hoteli Telman İsmayılovun obyektlərinin müflisləşməsinə çalışan Rusiyanın VTB bankı ələ keçirmək istəyir. Bəzi mənbələrə görə, bu, artıq 2017-ci ilin payızında baş tuta bilər.

Xatırladaq ki, Telman İsmayılov bu hotelin tikintisinə 1,4 milyard dollar pul xərcləyib. Lakin obyekt rentabelli olmayıb və tezliklə öz sahibini borc bataqlığına çəkməyə başlayıb.

Check Also

“Əsl millət vəkili necə olmalıdır, istəyirəm onu millətə təqdim edim” – Cahandar Bayoğlu ilə VİDEOMÜSAHİBƏ

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Cahandaroğlu (Bayoğlu) “Meşə” parkında seçiciləri ilə görüşüb.Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir