Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Türkiyədə daha 23 polis əməkdaşı həbs edilib

Türkiyədə daha 23 polis əməkdaşı Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinərək, tutulub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onlar “ByLock” kompüter proqramından istifadə etdikləri üçün həbs ediliblər.

İnformasiyaya görə, onların 9-u yüsək rütbəli zabitdir. Xəbərə əsasən, bu proqram vasitəsi ilə FETÖ-çülər bir-biri ilə əlaqə saxlayırmış.

Məlumatda bildirilib ki, bu ittihamla 27 polis saxlanılıb, onlardan 4-dən iltizam alınaraq, sərbəst buraxılıb. 

Check Also

Ryazana kütləvi dron hücumu sənaye obyektlərində yanğınlara səbəb olub

Rusiyanın Ryazan vilayətinə kütləvi dron hücumu nəticəsində bir nəfər yaralanıb, sənaye müəssisələrində yanğınlar baş verib …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir