Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

Türkiyənin “Afrika açılımı”

Rəcəb Tayyib Ərdoğan: “Gələcəyin Afrikada olduğunu görürük”

Türkiyə hakimiyyətinin son illərdə apardığı “Afrika acılımı” davam edir. Bir neçə gün əvvəl Afrikanın ən böyük ölkəsi olan Sudana səfər edən Türkiyə prezidenti bir sıra mühüm anlaşmalar əldə edib. Hazırda mediada daha çox Sudan hakimiyyətinin Qırmızı dənizdəki adalardan birini Türkiyəyə verməsi barədə yazılar çox yayılıb. Söhbət Sevakin adasının Türkiyə dövlətinin ticarət bölgəsi qurması üçün verilməsindən gedir.

Ərdoğanən Sudan ziyarəti ümumiyyətlə, çox səs-küylü olub. Bunun əsas səbəblərindən biri Türkiyənin hazırda Afrika regionuna olan diqqəti ilə bağlıdır. Məsələ ondadır ki, hazırda dünyanın bütün güclü iqtisadiyyatları Afrikaya əsas hədəf kimi baxırlar. Çünki söhbət hələ tam kəşf olunmamış, zəngin ehtiyatlara malik olan və bütün bunların fonunda böyük bir bazardan gedir. ABŞ, Çin, Avropa Birliyi Afrikada böyük miqyasda fəaliyyətlər göstərir.

Türkiyə də xeyli müddətdir Afrikada, əsasən də müsəlman ölkələrində təhsil, səhiyyə və digər humanitar yardım proqramlarını həyata keçirir. İnkişaf etməkdə olan və böyük iqtisadiyyata malik Türkiyənin bu bölgəyə maraq göstərməsi təbii qarşılanmalıdır.

 

türkiyə afrika ile ilgili görsel sonucu

 

1,8 milyon kv.km ərazisi olan Sudan Afrikanın ən böyük ölkəsidir. Ancaq 2011-ci ildə Cənubi Sudanın müstəqil olması ilə ərazisi bir az da kiçilən Sudanda iqtisadi vəziyyət o qədər də yaxşıdır. Üstəlik Darfur olaylarına görə, Qərb ölkələri tərəfindən davamlı embarqolara məruz qalan Sudanın prezidenti Beynəlxalq Məhkəməyə verilib. Bu səbəbdən də Sudan indi Qərb dünyası tərəfindən faktiki olaraq təcrid olunub. Bəzi müsəlman ölkələri, o cümlədən xüsusən də körfəz ərəb dövlətləri əl-Bəşirə zamana-zaman yardımlar etsə də, ümumilikdə ölkənin ciddi yatırımlara, iqtisadi dəstəyə ehtiyacı var. Bu baxımdan Türkiyə prezidentinin Sudan səfəri Sudanda böyük hadisəyə çevrilib.

Ərdoğanın Sudan səfəri zamanı iki ölkə arasında Yüksək Səviyyəli Strateji Şura təsis olunması razılaşdırılıb. Bundan başqa iki ölkə arasında təhsil. Xüsusən də ali təhsil sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsi qərarlaşdırılıb. Sudan prezidenti türkiyəli həmkarına birgə Sudan-Türkiyə birgə universitetinin yaradılmasını təklif edib. Ərdoğan bildirib ki, razılaşmaya əsasən ilkin olaraq Türkiyə Sudan Universiteti yaradılacaq. Sonra isə Çadın təklifi əsasında Afrika-Türkiyə Universitetinin qurulması qərarlaşdırılıb.

Ən ciddi anlaşma isə Qırmızı dənizdə – Port Sudanda iqtisadi bölgənin qurulması təklifi olub. İlkin razılaşma da artıq əldə olunub. Ancaq adada bir neçə özəl mülkiyyət var və Sudan hökuməti bu əraziləri sahiblərindən alaraq onlara alternativlər təklif edəcək.

 

türkiyə Sevakin adası ile ilgili görsel sonucu

 

Türkiyə prezidenti deyib ki, Sevakin adasının böyük ölçüdə turizm potensialı var və adada yeni turizm mərkəzi inşa oluna bilər. Bundan başqa adanın Səudiyyə Ərəbistanına yaxın olması müqəddəs məkanlara ziyarətin təşkilinə də müsbət dəstəyi ola bilər. Belə ki, Türkiyədən zəvvarlar Sevakin adasına təyyarə ilə gəlib, buradan da avtobuslarla ada üzərindən Ərəbistan yarımdadasına dail olub Məkkəyə gedə bilərlər. Türkiyə prezidentinin fikrincə, bu, həm də xidmət və qiymətlərə müsbət təsir edə bilər, həm də adanın inkişafına ciddi yardım edə bilər.

Bundan başqa əldə olunmuş razılaşmaya əsasən Türkiyə şirkəti Sudanda tərsanə, yəni gəmi istehsalı şirkətini quracaq. Bu da Sudanda dənizçilik və dəniz nəqliyyatının inkişafına səbəb ola bilər. Türkiyə prezidenti bildirib ki, Sevakin adasında hərbi dəniz bazasının qurulması gündəmdə yoxdur. Bütün layihələr iqtisadi təməlli olacaq. Türkiyə və Sudan arasında 12 müqavilə imzalanıb, bunlardan 9-u iqtisadi sahəyə aid olub. Eyni zamanda anlaşmaların biri iki ölkə arasında müdafiə sənayesinin inkişafı ilə bağlı olub.

Ancaq o da məlumdur ki, Türkiyənin bu dəfəki Afrika açılımının tək ünvanı Sudan deyil. Sudandan sonra Çada səfər edən Türkiyə prezidenti bu ölkənin rəhbərliyi ilə 7 müqavilə imzalayıb. Ərdoğan bildirib ki, Çad rəhbərliyindən 200 akr ərazi istəsə də, 230 akr ərazi veriblər. Üstəlik də daha 10 akr ərazidə Türkiyənin yeni tikiləcək səfirlik binasına ayrılıb. Ayrılmış torpaq sahəsində Türkiyə və Çadın birgə layihələri həyata keçiriləcək. Çadda tikiləcək yeni layihədə Türkiyə Mədəniyyət Mərkəzi, Qadın Yaşam Mərkəzi, tibb mərkəzi, ticarət mərkəzi, kafe və restoranlar, məscid, TİKA ofis evləri və İslam Şurası binası olacaq. “Əlcəminə” adı veriləcək yeni ticarət və iaşə mərkəzində Türkiyənin Ziraat Bankının ofisi də yerləşdiriləcək. 
Qeyd edək ki, Mərkəzi Afrikanın iki böyük ölkəsi ilə Türkiyənin yatırım anlaşmaları Ankaranın yeni bazarlara açılması ilə yanaşı, siyasi anlam daşıyır. Afrika bütün dünya üçün həm də gələcək olaraq perspektiv kimi baxılır.

 

ərdoğan çad ile ilgili görsel sonucu

 

Türkiyə prezidentinin Afrika səfərlərinin səbəbləri sırasında – müəyyən qədər kölgədə qalsa da – FETÖ məsələsi var. Məlum olduğu kimi, F.Gülən camaatının ən aktiv olduğu regionlardan biri də Afrika olub. Qitədə onlarla Gülən məktəbləri olub. Türkiyənin çağırışı ilə həm Sudan, həm də Çad hökumətləri ölkələri ərazisindəki FETÖ məktəblərini bağlayıb, Təhsil Nazirliyinə verib. Eyni zamanda “camaat” üzvlərini ölkədən çıxarıb.

Ancaq sonuncu səfərindən sonra verdiyi açıqlamada Ərdoğan maraqlı bir nüansa toxunub. Türkiyə prezidenti deyib ki, camaat Sudan və Çaddakı məktəbləri ilə bağlı məhkəmə iddiaları qaldırıb, məktəbləri geri almağa çalışır. Ancaq Ərdoğanın sözlərinə görə, Afrika liderləri onu əmin edib ki, məktəbləri geri qaytarılmayacaq.

Bundan başqa, son illərdə Səudiyyə Ərəbistanından böyük miqdarda maddi yardımlar alan və bunun qarşılığında yaxın müttəfiqlik münasibətləri quran Sudan hökuməti istər Yəmən əməliyyatı, istərsə də, İrana qarşı koalisiyada Səudiyyə Ərəbistanını dəstəkləyib. Ancaq “müsəlman Qardaşlar” Hərəkatına bağlı olan Ömər əl-Bəşir Fələstin məsələsində daha çox müqavimət xəttini dəstəkləyib və HƏMAS-la müttəfiqlik edib.

 

Ömər əl-Bəşir ərdoğan ile ilgili görsel sonucu

 

Türkiyə prezidenti deyib ki, istər Qüds problemi olsun, istərsə də, digər regional məsələlərdə Ömər əl-Bəşirlə aralarında hər hansı fikir ayrılığı yoxdur. O, münasibətlərin daha da inkişaf edəcəyini deyib: “Bu ziyarətimiz Afrika ilə münasibətləri yeni mərhələyə daşıyacaq. Gələcəyin Afrikada olduğunu görürük. Biz bu gələcəyi bir kənara qoyma bilmərik, əldən buraxa bilmərik. Müstəmləkə planları ilə gəlmədik. Keçmişimizdə imperializm qoxusu yoxdur. Afrika üçün afrikalı həll yolları prinsipi ilə hərəkət edirik. 2005-ci ili “Afrika ili” elan etmişdik, bu yolda uğurla davam edirik. Çad prezidentinə də dedim, əsas arzumuz Afrikanın öz ayaqları üzərində dura bilməsidir. Qərb ölkələri bunların bütün imkanlarını əllərindən almağa çalışır. Hələ yeni-yeni ayaqda durmağa çalışırlar”.

 

Kənan Rövşənoğlu

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir