Cümə axşamı , 19 İyun 2025
Drone Cameras

Türkiyədə həftə ərzində 7-si terrorçu olmaqla 192 nəfər sərhəddə saxlanılıb

Türkiyədə həftə ərzində sərhəd təhlükəsizliyi tədbirləri çərçivəsində 7-si terror təşkilatı üzvü olmaqla 192 nəfər saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik tədbirləri nəticəsində həftə ərzində 2 min 527 nəfərin isə sərhədi keçməsinin qarşısı alınıb.

Məlumatda o da vurğulanıb ki, yanvarın 1-dən bu yana Türkiyə sərhədlərini qanunsuz keçməyə cəhd edərkən saxlanılanların sayı 2 min 33 nəfərə çatıb.

Qanunsuz sərhəd pozucularının sayı isə 32 min 184 nəfər olub.

Check Also

Paşinyan Ərdoğanla gözlənilən danışıqların detallarını açıqlamayıb

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların gündəliyini açıqlamayıb. Boyukmillet.com xəbər verir …