Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Türkiyə Prezidenti seçkilərinin ikinci turunun səsverməsi Azərbaycanda başa çatıb

Türkiyənin Bakıdakı səfirliyi ilə Naxçıvan və Gəncədəki baş konsulluqlarda Prezident seçkilərinin ikinci turu üçün 3 gün davam edən səsvermə prosesi saat 22:00-da başa çatdıqdan sonra qutular bağlanıb.

Boyukmillet.com “TRT”yə istinadən xəbər verir ki, verilmiş səslərin olduğu seçki bülletenləri və zərflər seçki qutularına qoyulub və seçki qutusu komissiyalarının üzvlərinin və onların müşahidəçilərinin nəzarəti altında möhürlənib.

Səsvermə torbaları da diplomatik çantalara qoyularaq səfirlikdə saxlanılıb. Çantalar diplomatik kuryer vasitəsilə Türkiyəyə aparılacaq. Türkiyəli seçicilər Bakıda 9, Gəncədə 3, Naxçıvanda 3 olmaqla ümumilikdə 15 seçki qutusunda səs verib.

Azərbaycanda 11 043 nəfər, Bakı səfirliyində 7 417, Gəncə konsulluğunda 2 277, Naxçıvan konsulluğunda isə 1 349 seçici qeydiyyatdadır.

Azərbaycandakı türk seçicilərin 60,26 faizi birinci turda iştirak edib.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …