Cümə axşamı , 22 May 2025
Drone Cameras

Ukraynada hərbi vəziyyət elan olundu

Ukraynanın Prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkədə hərbi vəziyyət tətbiq etmək qərarı haqqında fərman imzalayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında informasiya dərc olunub.

Prezidentin göstərişinə əsasən, ölkədə 26 noyabr-29 yanvar tarixləri arasında hərbi vəziyyət elan olunub.

Ukraynanın Təhlükəsizlik Xidmətinə təxirəsalınmaz şəkildə əks-kəşfiyyat və antiterror rejimlərini, habelə informasiya təhlükəsizliyi gücləndirmək göstərişi verilib.

Xatırladaq ki, Poroşenko UTMŞ-nın bu gecə keçirilən toplantısında Hərbi Komitənin müharibə vəziyyəti elan edilməsi ilə bağlı qərarını dəstəkləyib. Bu barədə Poroşenko şuranın toplantısında çıxış edib və Ali Radaya müraciət edilməsini istəyib.

Check Also

Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları ləğv edir

Yekun qərarın bu gün qəbul olunacağı gözlənilir Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları qismən ləğv edəcək. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir