Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu keçirilir

NUHÇIXAN xəbər verir ki, forum çərçivəsində gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində  ucalan abidəsi önünə gələrək, buraya gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev muzeyi ilə tanışlıq olub. Muzeydə gənclərə ümummilli liderin həyatını və ictimai-siyasi fəaliyyətini əks etdirən eksponatlar barədə ətraflı  məlumat verilib.

Forum iştirakçıları  ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə, ulu öndərə həsr olunmuş kitablara, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  işlədiyi dövrlərdə qəbul etdiyi tarixi qərar və sərəncamlara böyük maraqla baxıblar.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir