Cümə , 29 Mart 2024
Drone Cameras

Ziyafət Əsgərov: Metsamor AES böyük təhlükə mənbəyidir

Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası (AES) region və Avropa üçün ən təhlükəli atom elektrik stansiyasıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov AŞPA-nın Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında çıxışı zamanı bildirib.

Z.Əsgərov deyib ki, Metsamor AES sovet texnologiyası ilə tikilib və orada bir hadisə baş versə, nəinki region, Avropa üçün çox böyük bir təhlükə yaranar.

Birinci vitse-spiker bildirib ki, bu məsələ müzakirə olunmalıdır: “Ermənistan üstəlik seysmik regionda yerləşir və bu, vəziyyəti daha da təhlükəli edir”.

Z.Əsgərov əlavə edib ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib: “İşğal nəticəsində ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün yaranıb və onun 300 mini uşaqdır. Azərbaycan bu gün bu problemlərlə yaşayır və həll etməyə çalışır. Dövlət bu istiqamətdə öhdəsinə düşən işləri yerinə yetirir və bundan sonra da yetirəcək”.

Birinci vitse-spiker vurğulayıb ki, sosial məsələlərin bütövlükdə müzakirəsi və həlli Azərbaycanın prioritet məsələləsi olub:

“Azərbaycan Konstitutsiyasında sosial hüquqların təminatı ilə bağlı xeyli müddəalar var”.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir