Burda göstərilən tarixə olan xəbərlər: Bazar Ertəsi, 01 Aprel 2019

Image result for samir adıgözəlli kimdir

Dünən qardaş Türkiyədə bələdiyyə seçkiləri keçirildi. Həm seçkiyə qədərki dönəmdə həm də seçki prosesi və səslərin hesablanmasında Türkiyə Cümhuriyyəti və Türk milləti bütün dünyaya siyasi mədəniyyət və demokratiya nümunəsi sərgilədi. Dünyanın bir çox ölkəsində, o cümlədən Avropa ölkələrində Türkiyədə olduğu qədər seçki aktivliyi və demokratik seçki təbliğatı mühütü müşahidə olunmur. İstər iqtidar, istərsə də müxalifət partiyaları ölkənin milli mənafeyini başqa dövlətlərin ayağı altına atılmasına heç zaman izin verməyiblər. 31 mart seçkilərində də bir daha Türk qürurunu və əsl Türk demokratiyasını bütün dünyaya nümayiş etdirildi və seçkilərin əsas qalibi olaraq Türk xalqı ayağda olduğunu və ölkəsinə sahib çıxdığını göstərdi. Lakin təəssüfləndiyimiz bir hal var ki, Azərbaycan türklərinin daimi yaşayış yeri olan İğdır və Qars bölgəsində yenə də daxildən və xaricdən qaranlıq əllərin oyunu nəticə vermişdir. Xüsusən bu iki şəhərdə PKK terror təşkilatına simpatizanlığı ilə tanınan bir partiyanın qalib gəlməsini üzülərək qeyd etmək istəyirəm. Bu uğursuzluğu bu seçkilərdə də baş verməsini təkcə xəyanət və satqın dairələrin deyil həm də burada iddialı olan Türk siyasi partiyalarının son 20 ildə ciddi səhvlərinin nəticəsi kimi qəbul etmək lazımdır. Unutmaq olmaz ki, İğdır bölgəsi Türkiyə və Azərbaycanın, o cümlədən bütün Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyan regiondur. Burada terroru dəstəkləyənlərin qalib çıxmasında heç şübhəsiz ki hiylə və xəyanət vardır. Bələdiyyə seçkilərinin üzücü İğdır tərəfini qeyd etməklə yanaşı, bir daha qardaş Türkiyədə keçirilən seçkiləri şəffaf və demokratik dəyərləndirərək Türk xalqını təbrik edirəm.

Samir Adıgözəlli

İçtimai-Siyasi Proseslər və Beynılxalq Araşdırmalar Mərkəzinin sədri

Boyukmillet.com

Nəşr olunub SİYASƏT

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

KİVDF-dən   verilən məlumata görə, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası gündəliyinə daxil edilmiş Fondun 2019-cu ilin II rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş sənədlərin müzakirəsi və təsdiqi barədə məlumat verib.

 

Məsələ ilə bağlı məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, 2019-cu ilin ikinci rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqə fevralın 1-dən martın 28-dək davam edib. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinın inkişafına dövlət dəstəyi Konsepsiyası"na əsasən 19 istiqamət üzrə keçirilmiş maliyyə yardımı müsabiqəsinə 25 ictimai-siyasi qəzetdən sənəd təqdim edilib. V. Səfərli qeyd edib ki, 2019-cu ilin ilk rübündə maliyyə yardımı ayrılmış əksər qəzetlərin fevral-mart aylarında tiraj və yayımla bağlı Fonda təqdim etdikləri hesabatlar onların ikinci rüb üçün elan edilmiş yeni maliyyələşmə şərtlərinə hazır olmadıqlarını göstərib. İcraçı direktor bildirib ki, Fond bu səbəbdən də güzəştli və humanist yanaşma nümayiş etdirərək fevral-mart aylarında tiraj və yayımla bağlı təqdim olunmuş sənədlər əsasında ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günaşırı və həftəlik) bölünməsini və maliyyələşdirilməsini təklif edir. İcraçı direktor bildirib ki, I kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 20000 manat maliyyə yardımının ayrılması təklif olunur. II kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 10000 manat maliyyə vəsaitinin ayrılması məqsədəuyğun sayılır. III kateqoriyaya isə son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlərin daxil edilməsi və onlara aylıq 5000 manat maliyyə vəsaitinin ayrılması təklif olunur.

 

V. Səfərlivurğulayıb ki, yeni şərtlərə əsasən qəzetlərə ayrılacaq maliyyə yardımının əsaslı şəkildə artırılması nəzərdə tutulur. İcraçı direktor, həmçinin bildirib ki, 2019-cu ilin II rübündə yeni şərtlərə cavab verməyən qəzetlərin maliyyələşdirilməsinin dayandırılması nəzərdə tutulur. Sonra Müşahidə Şurasının üzvləri yayım və tirajla bağlı təqdim edilmiş sənədlər əsasında geniş müzakirələr aparıblar. Müzakirələr nəticəsində ictimai-siyasi qəzetlərin təklif olunan 3 kateqoriya üzrə bölgüsü həyata keçirilib.

 

Müzakirələrin sonunda 2019-cu ilin II rübündə 25 gündəlik, günaşırı və həftəlik ictimai-siyasi qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib.

 

Fondun 2019-cu ilin II rübü üzrə maliyyə yardımı ayrılmış ictimai-siyasi qəzetlər

 

I kateqoriya - Gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan)

ictimai-siyasi qəzetlər

 

Qəzetin Adı

Ayrılmış vəsait

(manatla)

1.

"Bakı-Xəbər” qəzeti

 

20000

2.

"Kaspi” qəzeti

 

20000

3.

"Yeni Müsavat” qəzeti

 

20000

4.

"Səs” qəzeti

 

20000

5.

"Yeni Azərbaycan” qəzeti

 

20000

6.

"Mövqe” qəzeti

 

20000

7.

"Kaspiy” qəzeti

 

20000

 

II kateqoriya - Günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan)

ictimai-siyasi qəzetlər

 

Qəzetin Adı

Ayrılmış vəsait

(manatla)

1.

"Həftə İçi” qəzeti

 

10000

2.

"Novoye Vremya” qəzeti

 

10000

3.

"Azernews” qəzeti

 

10000

4.

"525-ci qəzet"

 

10000

5.

"Xalq Cəbhəsi” qəzeti

 

10000

6.

"Paralel” qəzeti

 

10000

7.

"Hürriyyət"

 

10000

8.

"Olaylar” qəzeti

 

10000

9.

"Palitra” qəzeti

 

10000

     10.

"Ədalət” qəzeti

 

10000

11.

"Üç nöqtə” qəzeti

 

10000

12.

"Azad Azərbaycan” qəzeti

 

10000

13.

"Şərq” qəzeti

 

10000

 

III kateqoriya - Həftəlik ictimai-siyasi qəzetlər

 

Qəzetin Adı

Ayrılmış vəsait

(manatla)

1.

"Oxu Məni” qəzeti

 

5000

2.

"Unikal" qəzeti

 

5000

3.

"Hərbi And” qəzeti

 

5000

4.

"Türküstan" qəzeti

 

5000

5.

"The Business Times” qəzeti

 

5000

 

 

Nəşr olunub CƏMİYYƏT

Hər il mart ayının axırıncı şənbə günü  milyonlarla insan dünyanın hər yerində  işıqları bir saatlıq söndürərək planetimiz üçün diqqət, qayğı və sevgilərini nümayiş etdirirlər.

Boyukmillet.com xəbər verir ki, Naxçıvan şəhərindəki “Təbriz” otelinin qarşısında saat 20:00 da bu təqvim xüsusi olaraq qeyd edilib. Aksiya iştirakçıları otelin qarşısına toplaşaraq şəhərin mərkəzində yerləşən binaların işıqlarının bir saatlıq söndürülməsi prosesini izləyiblər.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə “Yer saatı” kampaniyası çərçivəsində veloyürüş, rəqs qruplarının rəqsləri, fasiləsiz musiqi nömrələri və digər sürprizlər  gənclərin marağına səbəb olub.

Qeyd edək ki, “Yer saatı”  aksiyası   Ümumdünya Vəhşi Təbiət Fondu tərəfindən hər il keçirilən beynəlxalq tədbirdir. Həmin iştirakçılar hər kəsi həyati əhəmiyyət daşımayan bütün elektrik cihazlarını bir saatlığa söndürməyə çağırır. Bununla da dünyada iqlimin dəyişməsinə diqqət ayırmağa çalışılır. Hər il aksiyada milyonlarla insan iştirak edir.  Azərbaycan da rəsmi olaraq 2011-ci ildən "Yer saatı" kampaniyası qeyd edilir. Məşhur binaların fasad işıqları bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaəti təşviq edirlər.

 

Nəşr olunub CƏMİYYƏT

Boyukmillet.com xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Nuhçıxan" İnformasiya Agentliyinin yaradılmasının 1 illiyi münasibətilə tədbir keçirilib

Tədbirin aparıcıları qeyd ediblər ki, zəngin tarixə malik olan Naxçıvan teleradiosu yeni inkişaf mərhələsinə qədəm qoyub.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən televiziya və radionun fəaliyyətinə yüksək səviyyəli şərait yaradılıb, onun cəmiyyət həyatına təsirinin daha da artmasına nail olmaq baxımından muxtar respublikamızda ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib.

Kütləvi informasiya vasitələrinin inkişafına göstərilən qayğıdan yaranan və bu gün yaradılmasının 1 illiyini qeyd etdiyimiz "Nuhçıxan" İnformasiya Agentliyi də bu tarixi prosesin davamıdır. "Nuhçıxan" Naxçıvan haqqında ilkin informasiyanı 3 dildə, veb və video xəbər olaraq öz izləyicilərinə çatdırır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun adından ötən 1 ildəki uğurlu fəaliyyətinə görə “Nuhçıxan” İnformasiya Agentliyinin kollektivinə təşəkkür edib.

Ülvi Hüseynli qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 6 fevral tarixli Sərəncamına əsasən yaradılmış “Nuhçıxan” İnformasiya Agentliyinin fəaliyyətə başlaması ölkəmizin ictimai-mədəni həyatında əlamətdar hadisə idi.

Bildirilib ki, Ümummilli liderimiz Heydər Əliyevin söz, fikir və mətbuat azadlığının təmin olunması sahəsində əsasını qoyduğu dövlət siyasəti bu gün ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün geniş imkanlar yaradılır. Mətbuat orqanlarına, teleradiolara olan hərtərəfli qayğının nəticəsidir ki, bu sahədə böyük keyfiyyət dəyişiklikləri yaranmış, informasiya-məlumatlandırma işi günün tələbləri səviyyəsində qurulmuş, muxtar respublikanın kütləvi informasiya vasitələri yeni inkişaf müstəvisinə çıxmışdır.

Artıq muxtar respublika mətbuatı ən müasir maddi-texniki bazaya malikdir. Təkcə ötən il dövlət teleradiosuna, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manata yaxın olan müxtəlif avadanlıqlar alınmışdır.

Ülvi Hüseynli deyib ki,  “Nuhçıxan” İnformasiya Agentliyinin yaradılması Naxçıvanın informasiya blokadasının yarılmasına, qədim diyarın müasir sosial-iqtisadi inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların geniş oxucu, tamaşaçı və dinləyici auditoriyasına çatdırılmasına imkan verib.

“Nuhçıxan” İnfromasiya Agentliyinin əsas uğurlarından biri də Naxçıvan Muxtar Respublikası barədə informasiyaların ölkə və dünya miqyasında yayılması sahəsində fəaliyyət göstərməsidir. Artıq ölkə və dünya mediası Naxçıvanla bağlı istənilən informasiyada agentliyin saytına istinad edir. Agentliyin ölkəmizdəki, eləcə də Türkiyədəki bir çox informasiya portalları ilə səmərəli əməkdaşlığı məmnunluq doğurur.

Bu gün “Nuhçıxan” İnformasiya Agentliyinin kollektivi Naxçıvan həqiqətlərini olduğu kimi ictimaiyyətə çatdırır. Fəxrlə demək olar ki, agentlik qərəzsiz, dəqiq, operativ və obyektiv informasiyanın çatıdırılması sahəsində artıq yeni bir yanaşmanın - Naxçıvan nümunəsinin əsasını qoyub.

Bildirilib ki, 1 aprel həm də muxtar respublikada Teleradio Verilişləri Komitəsinin  yarandığı gündür. Ülvi Hüseynli bu münasibətlə dövlət Teleradiosunun kollektivini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Ali Məclis Sədrinin mətbuat orqanları qarşısında qoyduğu vəzifələrin icrası bundan sonra da Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, eləcə də “Nuhçıxan” İnformasiya Agentliyinin kollektivlərinin əsas fəaliyyət istiqaməti olacaqdır.

"Nuhçıxan" İnformasiya Agentliyinin baş redaktoru Səməd Canbaxşiyev qeyd edib ki, “Nuhçıxan” İnformasiya Agentliyinin ötən bir il ərzində geniş oxucu kütləsinə təqdim etdiyi dəqiq və operativ xəbərlər, məlumatlar müasir jurnalistikanın tələblərinə uyğun şəkildə işlənərək çatdırılıb. İnternet saytının imkanlarından istifadə edilərək materiallar yazı, foto və video formatında hazırlandığı üçün oxucu və izləyicilərin  diqqətini çəkməklə yanaşı, onlar üçün rahat və əlçatan olub.

Səməd Canbaxşiyev qeyd edib ki, əməkdaşlar bir il ərzində “Nuhçıxan” İnformasiya Agentliyində 13 mindən çox xəbər  yerləşdiriblər. "Nuhçıxan" İnformasiya Agentliyi həm də yaradıcılıq üslubu ilə fərqlənir. Yoxlanılmış dəqiq faktlar, tutarlı dəlillər, rəsmi mənbələrdən əldə edilən məlumatların təqdimatı sayta  oxucu və izləyici auditoriyasının inamını  qazandırıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncam və Fərmanlarını, rəsmi qurumların mətbuat xidmətlərinin göndərdiyi məlumatları, peşəkar jurnalistlərin yazdığı ictimai-siyasi əhəmiyyətli yazıları hər gün on minlərlə insan maraqla məhz "Nuxçıxan"dan izləyir.

Azərbaycan Respublikasının əməkdar jurnalisti Qahirə Hüseynova tədbirdə çıxış edərək deyib ki, "Nuhçıxan" Naxçıvan Muxtar Respublikasının mətbuat tarixində informasiya blokadasının yarılmasında yeni bir tarixi mərhələnin başlanğıcını qoyub. Muxtar respublika ziyalıları, peşəkar və gənc jurnalistlər üçün əsl mənada yaradıcılıq tribunasına çevrilən “Nuhçıxan” informasiya agentliyinin saytında onların elmi, publisistik yazılarına geniş yer verilir. Qahirə Hüsynova agentliyə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli deyib ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə Naxçıvan Dövlət Televiziyası və Radiosu böyük inkişaf yolu keçib, teleradio müstəqil kanalda yayımlanmağa başlayıb. Müxtəlif illərdə teleradionun maddi-texniki bazası xeyli gücləndirilib, teleradionun binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, müasir texniki avadanlıqlarla təchiz edilib. Yeni yayım avadanlıqları qısa zamanda analoq yayımın yüksək keyfiyyətli rəqəmsal yayımla əvəzlənməsinə şərait yaratdı. Beləliklə, Naxçıvan Dövlət Televiziyası ölkəmizdə ilk dəfə olaraq yüksək keyfiyyətli HD formatda yayıma başladı. İlbəil avadanlıqları yeniləşdirilən dövlət teleradiosunda bu gün dünyanın qabaqcıl ölkələrinin teleradiolarında istifadə olunan ən müasir texniki avadanlıqlar quraşdırılıb.

Bildirilib ki, Naxcivantv.az saytının və “Nuhçıxan” İnformasiya Agentliyinin fəaliyyətini təşkil etmək məqsədilə televiziyada “İnformasiya təminatı və saytlarla iş redaksiyası” yaradılıb. Geniş izləyici kütləsi toplayan “Nuhçıxan” İnformasiya Agentliyi Naxçıvanın mühüm informasiya mənbəyi olmaqla yanaşı, həm də müstəqil ölkəmizin əsas informasiya portallarından birinə çevrilib.

Sahil Tahirli qeyd edib ki, Bu gün dünyanın istənilən yerində televiziyanın izlənilməsi muxtar respublikanın tanıdılmasına, diyarımızda həyata keçirilən böyük quruculuq tədbirlərinin, insanların yaşayış səviyyəsi, qədim diyarın mədəniyyəti, tarixi-mədəni irsi və milli dəyərləri haqqında məlumatların daha geniş izləyici kütləsinə çatdırılmasına imkan verir. Naxçıvan Teleradiosu və “Nuhçıxan” İnformasiya Agentliyi muxtar respublikanın dünyaya açılan pəncərəsi olaraq Naxçıvanın dünyada tanıdılması və təbliği işini bundan sonra da davam etdirəcəkdir.

Komitə sədri yaradılan şəraitə, göstərilən yüksək diqqət və qayğıya görə kollektiv adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin  minnətdarlığını bildirib.

Çıxışlardan sonra Naxçıvan teleradiosunun və "Nuhçıxan" İnformasiya Agentliyinin fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub.

Sonra işlərində fərqlənən əməkdaşlara, eləcə də agentliklə fəal əməkdaşlıq edən dövlət orqanlarının mətbuat xidmətlərinin rəhbərlərinə və informasiyaların sosial  şəbəklərdə yayılmasında fəallıq göstərən bir qrup gəncə komitə sədrinin əmri ilə fəxri fərman və hədiyyələr təqdim olunub.

Dövlət Yol Polisi  İdarəsinin Təbliğat üzrə baş inspektoru Ayaz İsmayılov, Səhiyyə nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Hüseyn Əsgərov, AMEA Naxçıvan Bölməsinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Türkanə Bəylərli, Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinin rəhbəri Nəriman Nəcəfov, "Şərq qapısı" qəzetinin müxbiri Mətanət Məmmədova, "Şərqin səhəri" qəzetinin məsul katibi, tədqiqatçı-jurnalist Zaleh Novruzov, Televiziya və Radio Şurasının üzvü Sara Əzimova, "Nuhçıxan" İnformasiya Agentliyinin kompüter-qrafikaçısı Sahil Məmmədzadə və agentliyin məlumatlarının sosial şəbəkələrdə yayılmasında aktiv fəaliyyət göstərdiyinə görə Naxçıvan televiziyasının kinooperatoru Elşad Heydərov fəxri fərmanla təltif olunublar.

Eyni zamanda "Nuhçıxan" İnformasiya Agentliyinin video və veb məlumatlarının yayılmasında fəal iştirak etdiyinə görə Culfa rayon Milax kənd sakini, fəal gənc Loğman Quliyev, Sədərək rayon sakini, fəal gənc Aygün Həsənbəyli və Culfa rayon Əlincə kənd sakini, fəal gənc Kamran Hümbətov fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Təltif olunanlardan Hüseyn Əsgərov, Ayaz İsmayılov, Mətanət Məmmədova, Zaleh Novruzov, Elşad Heydərov göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Şərq Qapısı qəzetinin baş redaktoru Mehriban Sultanova, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və başqaları da əlamətdar gün münasibətilə kollektivi təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıblar.

Televiziya və Radio Şurasının üzvü Sara Əzimova və Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı Günel İbrahimova Agentliyə xatirə hədiyyələri təqdim ediblər.

Tədbirin bədii hissəsində  televiziyanın "Nuhçıxan" xalq çalğı alətləri ansamblı konsert proqramı ilə çıxış edib.

 Sonda xatirə şəkli çəkdirilib.

Nəşr olunub CƏMİYYƏT

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Boyukmillet.com xəbər verir ki, Azərbaycan-Türkiyə Evinin və Azərbaycan-Türk Qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlı Türkiyədə keçirilən Bələdiyyə seçkilərinin uğurla başa çatması münasibəti ilə Türk xalqını təbrik edib. 

Təbrikdə deyilir: 

Türkiyə bizim qardaş, dost dövlətimizdir. Canımız, qanımız, ruhumuz birdir. Dünyada ikinci bir xalq və dövlət yoxdur ki, bu qədər bir-birinə qırılmaz, sıx tellərlə bağlı olsun. Kimsə bunun analoqunu ortaya qoya bilməz. Hətta, istəsələr belə, bu bağı, bu birgəliyi heç kim, heç bir qüvvə və heç bir dövlət qıra, məhv edə bilməz.
Bu baxımdan hesab edirəm ki, Türkiyənin uğurları, sevinci Azərbaycanın sevinci, uğurlarıdır. Türkiyədə keçirilən Bələdiyyə seçkiləri heç şübhəsiz ki, bizim də marağımız daxilində idi. Bizlər də qardaş ölkədə yaşananları, seçki yaşantılarını yaxından izləyirdik və arzu edirdik ki, hər şey Türkiyə xalqının ürəyincə olsun, onun mənafeyinə uyğun şəkildə baş versin. Çox əlamətdar haldır ki, bu, belə də oldu. Türk xalqı bir daha öz iradəsini, öz qətiyyətini ortaya qoyaraq demokratik seçki ənənəsini dünyaya sübut etdi. Türk seçicisi doğru ilə yalanı, ağla qaranı daha düzgün ayırd etməyi bacarır, onun seçiminə artıq kimsə qarışa bilməz. Bir daha əziz Türk xalqını və seçkidə qalib gələn Bələdiyyə sədrlərinin təbrik edir, uca xalqımıza hər zaman xoş günlər diləyirəm.
Nəşr olunub CƏMİYYƏT

Türkiyənin hakim AKP partiyası İstanbul bələdiyyəsi uğrunda mübarizəni faktiki olaraq uduzub.

Boyukmillet.comTürkiyə KİV-nə istinadən xəbər verir ki, şəhər üzrə səslərin 99,63%-i hesablandıqdan sonra CHP-li namizəd Əkrəm İmamoğlu səslərin 48,80 faizini toplayıb. Onun AKP-dən olan əsas opponenti Binali Yıldırım isə səslərin 48,48%-ni toplayaraq ikinci pillədə gedir.

İki namizəd arasında fərqin 27 min 371 səsə bərabər olduğu məlumdur. Bu isə faktiki olaraq, CHP namizədinin qalib gəlməsi deməkdir.  

Nəşr olunub DÜNYA

Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qurucusu olduğu və başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının Türkiyədə keçirilən bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

Prezident İlham Əliyev bu qələbənin Prezident Rəcəb Tayyib Ərdoğana və onun yürütdüyü siyasətə Türkiyə xalqının dəstəyinin nümayişi olduğunu bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Telefon danışığı zamanı xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Nəşr olunub SİYASƏT
Ukraynada keçirilmiş prezident seçkilərində protokolların 40,09 faizi hesablanıb.
 
Boyukmillet.com xəbər verir ki, son məlumata görə prezidentliyə namizəd Vladimir Zelenski qalibdir. O, seçicilərin 30,23 faizinin səslərini toplayıb. V.Zelenskinin əsas rəqibi Petr Poroşenko isə 16,65 səs toplayıb.
 
Protokolların son nəticələrinə əsasən Yuliya Timoşenko siyahıda 13,14 səslə üçüncü yerdədir. 
 
Səslərin hesablanmasını “112 Ukrayna” “YouTube” kanalı canlı yayımlayır. 
Nəşr olunub DÜNYA

img

Rusiya keçirdiyi hərbi təlimdə, bütün dünyanın qorxutduğu düşməni kor edən vəhallyusinasiya görməsinə (mövcud olmayan bəzi obyektləri görmək, eşitmək, qoxusunu hiss etmək, toxuna bilmək kimi səhv duyğuların beyin tərəfindən gərçək kimi qəbul edilməsi) səbəb olan silahlardan istifadə edilib.

Boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, sözügedən silahlar Rusiya Müdafiə Nazirliyinin Nijni Novqoroda bağlı Mulino şəhərində genişmiqyaslı hərbi təlimdə istifadə edilib. Təlimdə tanklar, ağır zirehli maşınlar, raketlər, raketdən müdafiə sistemləri, döyüş təyyarələri və çox sayda əsgər iştirak edib. Pis hava şəraitində keçirilən təlimlərdə gercək silahlardan istifadə edilib.

Rusiya Müdafiə Nazirliyinin yaydığı görüntülərdə ən diqqət çəkən məqam isə düşməni təsirsiz hala gətirən silahlar olub. Belə ki, təlimlərdə ötən ay uğurla sınaqdan keçirilən işıqlı silahlardan ilk dəfə istifadə edilib.

Əsgərlərin silah və qalxanlarında istifadə edilən işıqların ən əhəmiyyətli xüsusiyyəti düşmən əsgərinin ilk baxış anında gözlərini kor etməsi və bu silahların təsirinə məruz qalan düşmən əsgərinin hallyusinasiya görməsinə səbəb olmasıdır. Təlim zamanı əsgərlər bir şərti obyektə hücumda bu silahlardan istifadə edib. Təlimin son bölümündə yer alan işıqlı silahlar ilk dəfə istifadə edilərək, bütün dünyaya tanıdılmış olub.

 

Nəşr olunub DÜNYA
Naxçıvan Dövlət Teleradiosu muxtar respublikanın dünyaya açılan pəncərəsidir-FOTOLAR
Naxçıvanda ilk dəfə olaraq Radio Verilişləri Komitəsi 1932-ci il aprelin 1-də yaradılıb. 1963-cü il martın 12-də qısa xəbərlərlə televiziyanın ilk sınaq yayımı həyata keçirilib, avqustun 14-də isə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi təşkil olunub. Həmin dövrdə maddi-texniki bazası zəif olan, cəmi bir baş redaksiya ilə fəaliyyət göstərən Naxçıvan Dövlət Televiziyasının yayım dairəsi də olduqca məhdud idi.

Naxçıvan teleradiosu 1969-cu ilədək yalnız Naxçıvan şəhərində yayımlanıb. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra bütün sahələrdə olduğu kimi, televiziya və radio da yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndərimizin tapşırığı ilə qısa müddət ərzində Azərbaycan Televiziyasının verilişlərinin muxtar respublika ərazisində yayımlanması və yerli teleradionun imkanlarının genişləndirilməsi üçün texniki məsələlər öz həllini tapdı, verilişlərin qəbulu üçün 10-dan çox radio-televiziya xətti və yarımstansiyalar quraşdırıldı. Bununla da, teleradionun muxtar respublikanın əksər bölgələrində yayımlanmasına nail olundu.

Müstəqillik illərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə Naxçıvan Dövlət Televiziyası və Radiosu böyük inkişaf yolu keçib, teleradio müstəqil kanalda yayımlanmağa başlayıb. Müxtəlif illərdə teleradionun maddi-texniki bazası xeyli gücləndirilib, teleradionun binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, müasir texniki avadanlıqlarla təchiz edilib. Yeni yayım avadanlıqları qısa zamanda analoq yayımın yüksək keyfiyyətli rəqəmsal yayımla əvəzlənməsinə şərait yaratdı. Beləliklə Naxçıvan Dövlət Televiziyası ölkəmizdə ilk dəfə olaraq yüksəkkeyfiyyətli HD formatda yayıma başladı. İlbəil avadanlıqları yeniləşdirilən dövlət teleradiosunda bu gün dünyanın qabaqcıl ölkələrinin teleradiolarında istifadə olunan ən müasir texniki avadanlıqlar quraşdırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı “Tədbirlər planı”nın təsdiq edilməsi barədə” 2018-ci il 6 fevral tarixli Sərəncamı teleradionun fəaliyyətini daha da genişləndirmişdir. Tədbirlər planına əsasən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 fevral tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi aparatının, yaradıcı heyətinin və texniki istehsalat sahəsinin ştat cədvəllərində dəyişikliklər edilib, muxtar respublikada ilk dəfə “Nuhçıxan” İnformasiya Agentliyi yaradılıb, Proqram Buraxılış və Əlaqələndirmə Direksiyasının əsasında “Proqram direksiyası” və “Efirə Buraxılış və Əlaqələndirmə direksiyası”, Naxçıvan teleradiosunun “Nuhçıxan” xalq çalğı alətləri ansamblı və “Aparıcılar qrupu”nun əsasında radionun “Səhər Verilişləri redaksiyası” təşkil olunub.

Tədbirlər planına əsasən maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə 22 adda 200 min manata yaxın yeni yayım və çəkiliş avadanlıqları alınaraq istifadəyə verilib. Xüsusi sifarişlə yığılan mobil çəkiliş studiyası və çəkiliş pultu, əlaqə qurğuları, videokamera dəstləri, professional fotokamera, “GoPro” kameraları, “Osmo” hərəkətli kamera, SDCAM qurğuları, “Dynacord” səs pultu, “Sony” markalı əl mikrofonları, siqnalçevirici qurğular, 600 metrlik HD kabel və qutuları, eləcə də alınıb gətirilmiş digər avadanlıqlar ən son texnologiyaya əsaslanır.



Ötən il mayın 15-də Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində “Nuhçıxan” İnformasiya Agentliyinin təqdimatı olub. Agentliyin nuhcixan.az internet saytı hazırlanıb. Saytda Azərbaycan, ingilis və rus dillərində operativ informasiyalar təqdim olunur. “Naxcivantv.az” saytının və “Nuhçıxan” İnformasiya Agentliyinin fəaliyyətini təşkil etmək məqsədi ilə televiziyada “İnformasiya təminatı və saytlarla iş redaksiyası” təşkil olunub. Geniş izləyici kütləsi toplayan “Nuhçıxan” İnformasiya Agentliyi Naxçıvanın mühüm informasiya mənbəyi olmaqla yanaşı, həm də müstəqil ölkəmizin əsas informasiya portallarından birinə çevrilib. Agentliyin saytında gündəlik olaraq yerli əhəmiyyətli xəbərlər, ölkə və dünyada baş verən hadisələr izləyicilərə çatdırılır.

Yaradılan şərait nəticəsində 15 iyun 2018-ci il tarixdən Naxçıvan Dövlət Televiziyası və Radiosunun efir vaxtı daha 1 saat artırılaraq 19 saata çatdırılıb. “Xəbərlər” redaksiyasının studiyaları yenidən qurulub.

Teleradioda kadr hazırlığı sahəsində də ardıcıl tədbirlər görülür, kinooperatorlar, rejissorlar və aparıcılar üçün davamlı olaraq təkmilləşdirmə kursları keçirilir. Ötən dövrdə 50-dən artıq kadr, o cümlədən Naxçıvan Dövlət Universitetinin televiziyaya hamiliyə verilən Jurnalistika ixtisası üzrə gənclər sınaq müddəti dövründə hazırlanaraq Naxçıvan teleradiosunda işə qəbul olunub. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən “Universitet” televiziyasının və “Nuhçıxan” radiosunun fəaliyyəti də diqqətdə saxlanılıb, televiziyanın və radionun audioteka və videotekası zənginləşdirilib.

İstər Naxçıvan Dövlət Televiziyasında, istərsə də Naxçıvan Dövlət Radiosunda yaradılan maddi-texniki imkanlar, öz növbəsində, yaradıcı işin keyfiyyətinə də təsir edib. Əgər əvvəllər Naxçıvan Dövlət Televiziyasının istehsalı olan telemateriallar ümumi efirin 20-25 faizini təşkil edirdisə, hazırda bu rəqəm 70 faizədək yüksəlib. Son illər ərzində 70-dən artıq sənədli və televiziya filmi çəkilib. Naxçıvan Dövlət Televiziyasının öz istehsalı olan verilişlər və filmlər Türkiyənin TRT, ölkəmizdə Azərbaycan Dövlət Televiziyası, İctimai və Lider televiziyaları, AZƏRTAC vasitəsilə də tamaşaçılara təqdim edilir.

Televiziyada həftədə bir dəfə xəbər proqramları ingilis və rus dillərində də yayımlanır. Bu ildən başlayaraq ingilis dilində xəbərlər radio vasitəsilə də çoxsaylı dinləyicilərə çatdırılır.

Bu gün dünyanın istənilən yerindən Naxçıvan televiziyasını internet vasitəsilə izləmək mümkündür. Bu işlərin əsası 2016-cı il oktyabrın 17-də – Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ərəfəsində Naxçıvan Dövlət Televiziyasının internet üzərindən yayıma başlaması ilə qoyuldu. Bu, 25 ildən artıq blokada şəraitində yaşayan muxtar respublikada informasiya blokadasının yarılması demək idi.

Naxçıvan Teleradiosunun internet saytının və “Nuhçıxan” informasiya agentliyinin fəaliyyəti televiziyanın xarici ölkə mediaları ilə əlaqələrini genişləndirib, teleradionu dünyanın hər yerindən izləmək imanı yaranıb. Bütün bunların nəticəsidir ki, Naxçıvan Dövlət Televiziyasının canlı yayımı Bakı şəhərində fəaliyyət göstərən “KTV” və “myvideo.az”, Rusiyada fəaliyyət göstərən “Livetv.az” internet saytlarında və Türkiyənin “Dreamstar” kabel televiziyasında təşkil edilib. “Livetv.az” vasitəsilə artıq dünyanın istənilən məkanından smartfonlar vasitəsilə Naxçıvan Televiziyasının canlı efirini izləmək mümkündür.

2018-ci ilin noyabr ayından Naxçıvan Dövlət Radiosunun “Youtube” kanalı üzərindən canlı yayımının təşkil edilməsi radioya minlərlə dinləyici auditoriyası qazandırıb. Hazırda Naxçıvan televiziyasının da “Youtube” kanalı üzərindən test yayımı həyata keçirilir. Teleradio son illər sosial şəbəkələrdəki aktivliyini daha da artırıb, 10 min izləyicisi olan 4 “Youtube” kanalı, 100 mindən çox istifadəçisi olan 6 “Facebook” səhifəsi və qrupu, 30 min istifadəçisi olan “İnstagram” səhifəsi və 4 min istifadəçisi olan “Twitter” səhifələrində televiziyanın 20 mindən artıq video və veb materialı yerləşdirilib.

Bu gün dünyanın istənilən yerində televiziyanın izlənilməsi muxtar respublikanın tanıdılmasına, diyarımızda həyata keçirilən böyük quruculuq tədbirlərinin, insanların yaşayış səviyyəsi, qədim diyarın mədəniyyəti, tarixi-mədəni irsi və milli dəyərləri haqqında məlumatların daha geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan verir. Naxçıvan Teleradiosu və “Nuhçıxan” İnformasiya Agentliyi muxtar respublikanın dünyaya açılan pəncərəsi olaraq Naxçıvanın dünyada tanıdılması və təbliği işini bundan sonra da davam etdirəcəkdir.


Naxçıvan Dövlət Teleradiosu muxtar respublikanın dünyaya açılan pəncərəsidir-FOTOLAR
Naxçıvan Dövlət Teleradiosu muxtar respublikanın dünyaya açılan pəncərəsidir-FOTOLAR
Naxçıvan Dövlət Teleradiosu muxtar respublikanın dünyaya açılan pəncərəsidir-FOTOLAR
Naxçıvan Dövlət Teleradiosu muxtar respublikanın dünyaya açılan pəncərəsidir-FOTOLAR
Naxçıvan Dövlət Teleradiosu muxtar respublikanın dünyaya açılan pəncərəsidir-FOTOLAR
Naxçıvan Dövlət Teleradiosu muxtar respublikanın dünyaya açılan pəncərəsidir-FOTOLARNaxçıvan Dövlət Teleradiosu muxtar respublikanın dünyaya açılan pəncərəsidir-FOTOLAR

 

 
Nəşr olunub CƏMİYYƏT
Page 1 of 2

Reytinq