Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə, 15 May 2019

img

İspaniya ABŞ-ın “USS Abraham Lincoln” təyyarə gəmisi ilə İran körfəzinə göndərilən ABŞ donanması ilə birgə hərəkət edən “Méndez Nunez” döyüş gəmisini geri çəkib.

Boyukmillet.com xəbər veri ki, bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles açıqlama verib.

Nazir Vaşinqtonla İran arasında yaranmış gərginliyə görə İran körfəzinə göndərilən ABŞ donanması arasında yer alan İspaniyanın “Méndez Nunez” gəmisinin 125 nəfərlik heyətlə birlikdə bu qrupdan ayrılması barədə əmr imzalayıb. Hazırda ABŞ donanması Qırmızı dəniz ilə Hind okeanını birləşdirən Mendez boğazından keçib, İran körfəzinə girmək üçün Hörmüz boğazına yaxınlaşır.

Müdafiə naziri, İspaniyanın könülsüz bir şəkildə İranla hər hansı bir qarşıdurmaya çəkilməsini istəmədiyini deyib.

Robles qeyd edib ki, İspaniya ciddi və etibarlı tərəfdaşdır, ancaq bu, yalnız Avropa İttifaqı və NATO ilə əldə olunan razılaşmalara aiddir. İspaniya ortaq mövqeyini bu razılaşmalar əsasında müəyyən edir.

 

Nəşr olunub DÜNYA

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin  icraçı direktoru Fərasət Qurbanov Şuraın yeni brendi olan SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin e-vətəndaş proqramında vətəndaşların iştirakı ilə bir günlük vəziyyəti qiymətləndirib. Həmçinin, tövsiyə və xəbərdarlıqlarını çatdırıb.Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yeni brendi olan SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin e-vətəndaş proqramını mayın 14-dən etibarən istifadəyə verib. Bu proqram vasitəsilə ölkə vətəndaşları Şuranın 2019-cu il dördüncü qrant müsabiqəsinə təqdim olunan layihələrin qiymətləndirilməsində iştirak edirlər. İstifadəyə verilməsindən bir gün keçməsinə baxmayaraq e-vətəndaş proqramına böyük ictimai maraq müşahidə olunmaqdadır. Belə ki, ötən gün ərzində yüzlərlə vətəndaş proqram vasitəsilə QHT layihələrinin maliyyələşməsilə bağlı yüzlərlə rəyini bildirib. Daxil olan rəylər Şura Katibliyi tərəfindən araşdırılır və qeydə alınır. 

Proqramdan istifadə qaydalarına dair Şuranın hazırladığı video təqdimat paytaxtda və regionlarda geniş ictimaiyyətə təqdim olunub. Eyni zamandaİctimai televiziyanın efirində nümayiş etdirilir.Şuranın sosial şəbəkə səhifələrində yerləşdirilib. Bütün bunlara baxmayaraq ilk dəfə tətbiq olunduğundan proqramın istifadəçilərinin müəyyən texniki səhvlərə yol vermə hallarını da müşahidə edirik.
İlk növbədə qeyd etmək istəyirəm ki, bəzi istifadəçilər proqrama daxil olmaq məqsədilə qeydiyyatdan keçmək üçün tələb olunan məlumatları tam doldurmurlar.
Digər bir problem QHT layihələrinə verilən rəylərlə bağlıdır. Belə ki, bəzi istifadəçilərin yazıqları rəylər əsaslandırılmayıb və layihə ilə heç bir əlaqəsi yoxdur. 
Narahatçılıq yaradan əsas yanlışlıq isə bəzi rəylərdə layihəni təqdim edən QHT-nin adının göstərilməsidir. Şura bu məsələdə konfedensiallığı daim qoruyur. Layihələrin qiymətləndirilməsinə cəlb olunan ekspertlər həmin layihələrin hansı təşkilata aid olduğunu bilmirlər. Eyni yanaşma layihələrin vətəndaşlar tərəfindən qiymətləndirilməsinə də tətbiq olunur və hesab edirik ki, bu obyektivliyi təmin edən ən vacib amillərdən biridir. Bu baxımdan vətəndaş rəylərində layihənin aid olduğu QHT-nin adının göstərilməsi bəzi QHT-lərin məqsədyönlü şəkildə apardığı kampaniya təsəvvürü yaradır.
Nəzərinizə çatdırıram ki, bu cür rəylər qeydə alınmayacaq və Şura Katibliyi qeyd olunan hər üç halla bağlı vəziyyəti nəzarətdə saxlayır.
Bir layihəyə verilən 60 səs 20 balla qiymətləndirilir (3 səs 1 bal hesab edilir) ki, bu da vətəndaşların layihənin maliyyələşdirilməsini Şuraya tövsiyə etməsi deməkdir. Bununla yanaşı bildirirəm ki, Şura ən çox bal toplayan layihələrə xüsusi diqqət yetirəcək.
Bir daha bütün vətəndaşları layihələrin maliyyələşdirilməsi üçün qiymətləndirmə prosesində fəal iştiraka dəvət edir və layihələri dəyərləndirərəkən “səsvermə qaydaları və məxfilik” təlimatı ilə yaxından tanış olmağınızı və ona əməl etməyinizi xahiş edirəm.

Nəşr olunub CƏMİYYƏT
Ordubad rayonunda uzunömürlü ailənin yubileyi qeyd olunub
Naxçıvan Muxtar Respublikasında 15 may – Beynəlxalq Ailə Günü münasibətiləsilsilə tədbirlər həyata keçirilir. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən boyukmillet.com-a verilən məlumata görə, növbəti tədbir Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ordubad rayonunun Bist kəndində yaşayan uzunömürlü Tahirovlar ailəsində keçirilib. 
Bildirilmişdir ki, evliliklərinin 70 ili tamam olan Tahirovlar ailəsininailə başçısı Tahirov Mahmud 1 il Culfa rayon Göynük kənd ibtidai məktəbində, 2 il Culfa rayon Xoşkeşin kənd ibtidai məktəbində ibtidai sinif müəllimi, Ordubad rayon Bist kənd tam orta məktəbində 2 il dərs hissə müdiri, 50 il isə dil-ədəbiyyat müəllimi işləmişdir. Ömrünü müəllimlik vəzifəsinə həsr edən Tahirov Mahmud hazırda təqaüdçüdür. Ailənin 7 övladı, 15 nəvəsi və 10 nəticəsi var. Keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək ailəni evliliklərinin 70 illiyi münasibətilə təbrik edib, onlara cansağlığı və firəvan həyat arzulayıblar. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında dövlət ailə siyasəti uğurla həyata keçirilir. Muxtar respublikada yaşayan ailələrin daha da möhkəmləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, ailələrinin məşğulluqlarının təmin olunması, sağlamlıqlarının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Həmçinin muxtar respublikada ailələrə göstərilən diqqət və qayğının nəticəsində bugün evliliklərinin 50, 60, 65, 70 ili tamam olan ailələrimiz çoxdur. Belə uzunömürlü və nümunəvi ailələrin yubileylərinin geniş şəkildə qeyd edilməsi muxtar respublikada ailələrimizə, o cümlədən insanlarımıza göstərilən səmimiyyət, diqqət və qayğının ifadəsi olduğu kimi, həmçinin gənc ailələrə təbliğidir.
Sonda ailəyə hədiyyələr və gül buketi təqdim olunub. Ailə başçısı Tahirov Mahmud və onun ailə üzvləri göstərilən diqqət və qayğıya görə Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər
Nəşr olunub CƏMİYYƏT

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev mayın 14-dən etibarən vətəndaşları QHT layihələrinin maliyyələşdirilməsiylə bağlı qərarvermə prosesində fəal iştiraka çağırıb.
Xatırladırıq ki, istənilən şəxs http://vetendas.e-qht.az/ saytında qeydiyyatdan keçdikdən sonra hər hansı say məhdudiyyəti olmadan layihələri online rejimdə qiymətləndirə və müvafiq rəyini bildirə bilər.

Müraciətdə deyilir:

Əziz dostlar!
Vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi və elektron hökumətə keçidlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlardan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası göstərdiyi xidmətləri tamamilə elektronlaşdırır.
Şura 2019-cu ildə 20 elektron xidmətin vahid bazada birləşdiyi SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemini yaradıb. SƏLİS-ə daxil olan proqramlar arasında innovativliyi ilə seçilən və layihələrin qiymətləndirilməsi prosesində ölkə vətəndaşlarının iştirak edəcəyi yeni e-vətəndaş proqramı bu gündən, yəni mayın 14-dən etibarən istifadəyə verilir.
Məlumat üçün bildirim ki, indiyədək Şura üzvləri layihələrin maliyyələşdirilməsi zamanı ekspert rəyinə və layihə icrası ilə bağlı Katibliyin hər bir QHT haqqında təqdim etdiyi arayışa istinad edərək qərar qəbul edirdi. Bu gündən etibarən isə layihələrin maliyyələşdirilməsinə hər bir Azərbaycan vətəndaşının da rəy bildirmək və onları qiymətləndirmək imkanı olacaq. E-vətəndaş proqramından istifadə qaydaları haqqında Şuranın son aylar paytaxtda və regionlarda keçirdiyi çoxsaylı məlumatlandırma sessiyalarında, ictimai görüşlərdə və yaydığı açıqlamalarda ətraflı məlumat verilib. Lakin bu proqramın ilk dəfə tətbiq olunduğunu nəzərə alaraq, onun bəzi aspektlərinə qısa şəkildə toxunmağı vacib sayıram.
Əvvəla, layihə qiymətləndirilməsində vətəndaşlara yaradılan bu imkan hər şeydən öncə Şuranın fəaliyyətində şəffaflıq amilini daha da gücləndirir və bütövlükdə cəmiyyətdə qərar qəbuletmə prosesində vətəndaş iştirakçılığının təmin olunmasına xidmət edir. İnanırıq ki, hər bir layihənin maliyyələşdirilməsi üçün təqdim edəcəyiniz rəylər layihədə əks olunan problemlərin həllinə və vətəndaş maraqlarının nəzərə alınmasına öz töhfəsini verəcək.
Bundan başqa, bu xidmət bütövlükdə ictimai sektorun fəaliyyətinin daha geniş miqyasda təbliğinə, QHT layihələrinin həm maliyyələşdirilməsində, həm də icrasında rəqabət və məsuliyyət hissinin daha da artırılmasına şərait yaradacaq. Onu da qeyd edim ki, Şura vətəndaşları təkcə layihələrin maliyyələşdirilməsi prosesinə cəlb etməklə kifayətlənməyəcək, onlara həm də digər proqramlar vasitəsilə layihələrin hesabatlılıq vəziyyətini online müşahidə etmək imkanı yaradacaq. Bu da öz növbəsində layihələrin icrasına və keçirilən tədbirlərə ciddi ictimai nəzarət mexanizminin tətbiqi baxımından mühüm yenilikdir.
Nəhayət, layihələrin maliyyələşdirilməsində bütün vətəndaşların iştirakı və bütövlükdə Şuranın tətbiq etdiyi digər yeniliklər, ölkədə aparılan geniş islahatlara ictimai dəstək verməklə yanaşı, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, azad və obyektiv vətəndaş rəyinin nəzərə alınmasına və cəmiyyətdə sosial ədalətin daha da güclənməsinə xidmət edəcək.
Əziz dostlar!
Sizi 7 iyun 2019-cu ilə kimi davam edəcək layihələrin vətəndaşlar tərəfindən qiymətləndirilməsi prosesində fəal olmağa və ən yaxşı layihələrin seçimində iştirak etməyə çağırıram.
Hörmətlə,
 
Azay Quliyev,
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri
Nəşr olunub SİYASƏT

Reytinq