ABŞ MKİ Türkiyənin İŞİD-dən neft almasına dair iddiasını sübut edə bilmədi və Ankaradan üzr istədi

08 Fev 2018
507 baxış

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rəsmi şəkildə və yazılı formada Türkiyədən üzr istəyib. Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazirin sözlərinə görə, bir neçə il əvvəl ABŞ-ın keçmiş dövlət katibi Con Kerri bildirmişdi ki, MKİ Türkiyənin İŞİD-dən neft almasını təsdiq edən kəşfiyyat məlumatlarına malikdir. Bu məlumatı təkzib edən Türkiyə XİN sübut tələb etmişdi: “Ankaranın bütün tələblərinə baxmayaraq, MKİ Türkiyənin İŞİD-dən neft almasını təsdiq edən heç bir sübut təqdim edə bilmədi. Bundan sonra Türkiyə XİN Mərkəzi Kəşfiyyat İdarəsindən rəsmi üzrxahlıq tələb etmişdi”.

Bu xəbərə səs ver
(1 Səs)

Reytinq