ABŞ əsgərləri Türkiyəyə gözdağı verir... - Bozdağ

12 Fev 2018
124 baxış

Artıq Türkiyəni sınamaqdan və səbrini test etməkdən imtina edin.

Boyukmillet.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ partiya toplantısında çıxışı zamanı deyib.

“Gedin silah verdiyiniz, dəstəklədiyiniz terror qrupları ilə maraqlanın. Onlara verdiyiniz silahları geri alın. Onlara "Türkiyəyə qarşı terror həyata keçirməyin" – deyin. Bəzi ABŞ əsgərləri PYD-çilərlə foto çəkdirib paylaşırlar. Bizə gözdağı verirlər. Türkiyə gözdağı veriləcək ölkə deyil. Türkiyənin təhdid etməyi dayandırın”, - Bozdağ bildirilib.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq