Erməniliyin əsl siması – azərbayanlıların İrəvana qayıdışına yox, Ağrıdağın işğalı – niyə də olmasın?! - FOTO

12 Fev 2018
29 baxış

“Vestikavkaza” saytı Azərbaycan Prezidentinin “İrəvana qayıdacağıq” sözlərinə ermənilərin həşirçi reaksiyasını alt-üst edən yazı dərc edib. Baki-xeber.com həmin yazının tərcümə variantını oxucularına təqdim edir

img

“İrəvan tarixi Azərbaycan ərazisidir və azərbaycanlılar oraya geri dönməlidir”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də hakim Yeni Azərbaycan partiyasının VI qurultayındakı çıxışında səsləndirib. Azərbaycanın dövlət başçısının bu sözlərini erməni tərəfi ya mahiyyətcə dərk etməyib, ya da özlərinin qədim ənənələrinə sadiq qalaraq, bu mahiyyəti dəyişməklə yerli və Rusiya KİV-ində tirajlamağa başlayıblar. Prezident ilham Əliyev özünün sözügedən çıxışında onu da vurğulayıb ki, İrəvanın tarixi Azərbaycan torpağı olması birmənalı həqiqət olduğu üçün onu təkzib etmək mümkünsüzdür. Biz isə, öz növbəmizdə, deyilənlərin həqiqiliyini əsaslandırmaq üçün tarixi faktlara müraciət edək.

İrəvan xanlığının ərazisində onun varlığına qədərki dövrdə Səfəvilər sülaləsinin dörd bəylərbəyliyindən biri – Çuxursaad bəylərbəyliyi mövcud olub.1504-cü ildə Şah İsmayılın göstərişilə səfəvi komandanı Rəvanqulu xan burada qala tikdirməyə başlayır. Zəngi çayının (ermənilər onun adını dəyişərək Razdan adlandırıb) sahilində inşa olunan qalanın tikintisi 7 ilə başa gəlib və onu Rəvanqulu xanın şərəfinə Rəvan qalası adlandırıblar. Burada qalanın niyə Rəvan deyil, İrəvan kimi tələffüz edildiyi sualı yaranır. Bunun çox sadə bir izahı var və heç də, ermənilərin iddia etdiyi kimi, ərazinin müsəlman əhalisinin türklər olmadığı fikrini darmadağın edir. Məsələ burasındadır ki, Azərbaycan dilinin də daxil olduğu bəzi türk dialektlərində “l” və “r” səslərilə başlayan sözlərın əvvəlinə “i” səsi artırılır. Beləliklə də, yerli əhali Rəvan sözünü İrəvan kimi tələffüz edir.

O dövrdə böyüyüb şəhərə dönən qala ərazisindəki məscid və minarələrin sayına görə fərqlənib, belə ki, qala divarları daxilində  8 məscid və türk-azərbaycanlıların yaşadığı 800 ev olub. Rusiya İmperiyasının Qafqaz, Kiçik və Orta Asiyanı ekspansiyası zamanı, rusların həmin əraziləri 2-3 ilə işğal edəcəklərinə əmin olmalarına baxmayaraq, İrəvan qalası rus hərbiyyəsinə düz 23 il sinə gərib. Yalnız 1827-ci ildə rusların qalaya beşinci həmləsi uğurla nəticələnib.

 

Ötən illər ərzində qala qismən dağıntılara məruz qalsa da, daxilindəki tikililər 1920-ci ilə qədər mövcud olub. Yalnız Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra yerli icra orqanları qalanın tamamilə dağıdılmasına – özəlliklə burada müsəlman-türk izlərini saxlayan bütün tikililərin yox edilməsinə başladılar. Bütün bu izlər yox edildikdən sonra 2011-ci ildə 500 yaşı tamam olacaq İrəvanın adı dəyişdirildi – 1936-cı ildən Yerevan adlandırılmağa başlandı. Lakin buna baxmayaraq, İrəvandakı türk-müsəlman izlərini sübut edən rəsm əsərləri və fotolar günümüzə gəlib çıxıb.

 

Onu da unutmaq olmaz ki, XX əsr boyu Ermənistanda azərbaycanlı əhaliyə qarşı periodik olaraq etnik təmizləmə, deportasiya və qətllər baş verib ki, nəticədə bu günə bu ölkədə bir azərbaycanlı belə qalmayıb. Rəsmi İrəvanın ksenofob siyasəti həm də o faktla özünü təsdiq edir ki, dünyanın ən çoxmillətli regionunda yerləşməsinə baxmayaraq, Ermənistan regionun yeganə monoton ölkəsidir.aha bir maraqlı fakt ondan ibarətdir ki, XIX əsrin ikinci yarısında İran və Osmanlı İmperiyasından çoxsaylı ermənilərin regiona köçürülməsinə baxmayaraq, XX əsrin əvvəlllərində İrəvan şəhərində azərbaycanlıların sayı üstünlük təşkil edib. Lakin etnik təmizləmə, xüsusilə Zəngəzurda silahsız azərbaycanlı sakinlərin ermənilər tərəfindən qətllərə məruz qalması və əhalinin qonşu ölkələrə kütləvi axını bu sayın kəskin azalmasına gətirib.

         

Sovet hakimiyyəti qurulduqdan sonra  Ermənistan SSRİ rəhbərliyi qarşısında dəfələrlə Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsilə bağlı məsələ qaldırıb. Eyni zamanda xarici ölkələrdəki ermənilərin Ermənistana repatriasiyası məsələsi də dönə=dönə gündəmə gətirilib. Lakin İkinci Dünya müharibəsi bitənə kimi bu məsələ ciddi qəbul olunmayıb. 1947-ci ildə xüsusi əhəmiyyətli Bosfor və Dardanel boğazlarını tutmaq üçün türkiyəyə hücum planlaşdıran Stalin 100 min nəfər azərbaycanlı sakinin Ermənistandan Azərbaycana deportasiya edilməsilə bağlı əmr imzalayıb. Nəticədə 1948-1954-cü illər ərzində 100 mindən çox azərbaycanlı deportasiya edilərək, onların yerinə 90 mindən çox erməni gətirilməklə demoqrafik vəziyyət bu millətin xeyrinə dəyişdirilib. 1980-cı ilin ortalarında ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsilə bağlı iddiaları yenidən başlayıb. SSRİ rəhbərliyinin gizli xeyir-duası ilə 1987-ci ildə azərbaycanlı əhalinin Ermənistandan deportasiyasının növbəti mərhələsi başlayır, 1990-cı ilin əvvəlinə artıq Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmır.

 

Bu – sözügedən məsələnin tarixi aspektidir. Məsələnin siyasi tərəfinə gəldikdə, məntiqi olan hər kəs çox yaxşı anlayır ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq norma və prinsiplərə və  BMT TŞ-nin müvafiq qətnamələrinə əsasən Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunarsa, azərbaycanlılar öz tarixi torpaqlarına – İrəvan, Zəngəzur və digər ərazilərə qayıtmaq hüququ qazanacaq. Və təbii ki, azərbaycanlıların İrəvana qayıda biləcəyi kimi, ermənilər də Bakıya, Gəncəyə və Azərbaycanın digər regionlarına qayıda biləcək. Bütün bunlar isə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən sonra mümkündür və Azərbaycan dövləti də məhz bu mövqedə olduğunu bəyan edir. Lakin bu fonda maraqlıdır, erməni tərəfi Azərbaycan Prezidentinin sözügedən bəyanatından niyə bu qədər əndişələnib? Özü də o fonda ki, Azərbaycanın Xocalı şəhərində insanlığa qarşı cinayət törətmiş Ermənistanın indiki prezidenti Serj Sarkisyan şəxsən bəyan edib ki, erməni rəhbərliyinin əsas məqsədi təkcə Azərbaycan ərazilərinin işğalı deyil, məqsəd böyüyən nəsli yeni aqressiyalara və ərazi işğallarına hazırlamaqdır. Dediklərimizin həqiqiliyini isbatlamaq üçün erməni prezidentinin 2011-ci ildə V olimpiada iştirakçısı olan “Luys” fondunun təqaüdçü tələbələrilə görüşdə dediyi sözləri xatırlayaq (çıxışın stenaoqramı ilə erməni prezidentinin rəsmi saytında tanış olmaq olar). Görüş zamanı iştirakçılardan biri Sarkisyana belə bir sual verdi:”mən Qriqor Ambarsumyan, Ararat vilayətinin Şaumyan kənd orta məktəbinin şagirdiyəm. Cənab prezident, Ermənistan dünyanın qədim dövlətlərindən biri sayılır, eyni zamanda Böyük Tiqranın dövründə güclü dövlətlərdən biri olub. Lakin bu sözləri indiki Ermənistan dövləti haqqında deyə bilmirik. Mənə maraqlıdır, bizi gələcəkdə, bir alman şahidin danışdığı kimi, Batumi anlaşmasını xatırlamaq perspektivi gözləyirmi, hansı ki, bizə Sevanda üzməyə yer qoysalar da, qurumağa yer qoymamışdılar, yoxsa Qərbi Ermənistanla Araratın bizə veriləcəyinə ümid edək?”

Suala Ermənistan prezidentinin cavabı belə olmuşdu:”Bütün bunlar səndən və təmsil etdiyin nəsildən asılıdır. Mənim nəslim, düşünürəm ki, 1990-cı ildə vətənimizin bir hissəsi olan Qarabağın müdafiəsində üzərinə düşəni etdi. Biz bunu bacardıq. Mən bunları söyləməklə kimlərisə haqsız çıxarmaq istəmirəm. Onu demək istəyirəm ki. hər nəslin öz vəzifəsi var və o, həmin vəzifənin öhdəsindən gəlməli, həm də yaxçı gəlməlidir...”

İndi isə İlham Əliyevin verdiyi “İrəvan tarixi Azərbaycan torpaqlarıdır və azərbaycanlılar oraya dönməlidir” və Serj Sarkisyanın “Mənim nəslim Qarabağı qaytardı, Araratı qaytarmaqsənin nəslinin vəzifəsidir” mesajlarını müqayisə edək. Baxın, Azərbaycan Prezidenti azərbaycanlı əhalinin İrəvana qayıtmasından, Sarkisyan isə erməni gənclərinin Araratı qaytarmasından danışır.

Bütün bunlar isə deməyə əsas verir ki, Ermənistan ötən illər ərzində münaqişənin çözümündə yalnız imitasiya ilə məşğul olub və bu, ermənilərin zorakı mahiyyətinin çoxsaylı nümayişindən biridir. Ermənistanın mahiyyəti budur və o heç vaxt dəyişməyəcək. Ən əsası isə, bu ölkə buölkə ilə münaqişənin dinc yolla həlli mümkün deyil. Çünki faşizmi, işğal siyasətini, güc tətbiqini təşviq edən ölkə yalnız güc dilindən anlayır.

Sonda isə erməni tərəfinə bir tövsiyə vermək yerinə düşər:”Qaranlıq otaqda qara pişik axtarmayın, xüsusilə o orada yoxdursa” və “öz gözündə tiri görməyib özgəsində qıl axtarmayın”... (BakiXeber.com)

Boyukmillet.com

img

img

img

img

img

img

img

img

 

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq