Prezident İlham Əliyev 4 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib

27 Okt 2016
504 baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qana Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kodzo Kpoku Alabonun etimadnaməsini qəbul edib.
“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Uruqvay Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Delqado Xentanın etimadnaməsini də qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristofer Con Kuterin etimadnaməsini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Telar Rinq Denqin etimadnaməsini qəbul edib.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq