Tanınmış azərbaycanlı aktyor Tamer Karadağlı Bakıya gəlir

30 Noy 2017
247 baxış

“Çocuklar duymasın” serialının Haluku, əslən azərbaycanlı olan Tamer Karadağlı Bakıya gəlir.

Məşhur aktyor sabah paytaxta təşrif buyuracaq. Karadağlının gəliş səbəbi ATV-də yayımlanan “Məlahətli söhbətlər” proqramında qonaq olmaqdır.

O eyni zamanda media nümayəndələri ilə görüşüb, onların suallarına cavab verəcək.

Qeyd edək ki, Qars vilayətində doğulan aktyor əslən azərbaycanlıdır. O dəfələrlə müsahibəsində ulu torpaqlarına gəlmək istədiyini dilə gətirib. (musavat.com)

 

Boyukmillet.com

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq