Burda göstərilən tarixə olan xəbərlər: Cümə, 02 Mart 2018

Avropa Azərbaycanlıları Konqresinin Hollandiyada keçirilən qurultayından sonra, həmin tədbirin iştirakçısı olmuş jurnalist Eynulla Fətullayevin rəhbərlik etdiyi saytlarda xalq şairi Sabir Rüstəmxanlı barədə sərt ifadələrin yer aldığı məqalə yerləşdirilib. Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da həmin qurultayın iştirakçısı olub. Sözügedən saytlarda Sabir Rüstəmxanlı haqda yer alan fikirlərdə bildirilir ki,  Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin qurultayında diqqəti çəkən daha bir hadisə olub: “Bir gün əvvəl qurultay iştirakçıları Azərbaycan prezidenti postuna İlham Əliyevin namizədliyinə dəstək olaraq müraciət qəbul etməyi təklif ediblər. Ancaq sabiq deputat və yazıçı Sabir Rüstəmxanlı özündə bu təşəbbüsə qarşı çıxış etməyə güc  tapıb…”

Eynulla Fətullayevin sərgilədiyi bu mövqeyə Sabir Rüstəmxanlının düşərgəsindən ilk sərt reaksiya verilib. Xalq şairinin həmsədri olduğu Dünya Azərbaycanlıları Konqresi mərkəzi icra aparatının rəhbəri Samir Adıgözəlli Boyukmillet.com-a açıqlamasında deyib ki, həmin ifadələrin sırf Eynulla Fətullayevə məxsus olduğuna qəti şübhə etmir:

“Bu səbəbdən də, mənim cavabım məlum böhtan fikirlərin tirajlandığı saytların jurnalist kollektivinə deyil, məhz Eynullanın özünə olacaq. Eynulla Fətullayev gözünün içinə qədər yalan deyir. Sabir Rüstəmxanlı qurultayda Prezident əleyhinə heç bir fikir bildirilməyib. Sabir Rüstəmxanlı sadəcə olaraq, yekun bəyanata zəruri bir redaktə ilə bağlı təklif irəli sürüb. Bunun güya Prezident əleyhinə fikir kimi formalaşdırıb, beyinləri bulandırmaq kımə lazımdır? Sabir bəy illərini, ömrünü bu millətin yolunda verib. Eynulla kimilər kor beyni ilə, bunu necə anlasın? “Xocalı hadisələrini ermənilər törətməyib, Azərbaycan özü edib” , deyən Eynulla gör indi kimə daş atır?!
Sabir Rüstəmxanlı dövlətçiliyi müdafiyə edəndə, yazılarında, çıxışlarında, milli maraqlarımızı qoruyanda, ən kritik məqəmlarda Prezidentə dəstək göstərəndə, Eynulla ermənilərə təəssübkeşlik nümayiş etdirirdi.Əksinə, qurultayda tərbiyyəsiz çıxış edərək, kənd camaatını təhqir edib, xalqımızı aşağılayan məhz Eynullanın özü olub. Bu tərbiyyəsizliyi azmış kimi, bir də ürəkbulandırıcı yazı yazır. Bu adamın Azərbaycan diasporuna nə aidiyyatı var ki, o qurultayda iştirak edir? Diaspor məsələsini, dünya azərbaycalıları ilə bağlı araşdırmaları aparan jurnalistlər bir tərəfdə qalıb, Eynulla isə qurultaya aparılır. Təəssüf edirəm ki, vaxti ilə bu hakimiyyəti söyən, dövlətçiliyimizə qarşı çıxanlar, bu gün Eynulla kimi meydan sulayırlar. Mən təəssüf edirəm ki, Eynullanın bu cür fəaliyyətinə dəstək verənlər də tapılır”.

Boyukmillet.com həm Sabir Rüstəmxanılnın, həm də Eynulla Fətullayevin qurultaydakı çıxışının olduğu və “YouTube” sosial şəbəkəsinə yerləşdirilən bir material da təqdim edib. Oxucularımızın müqayisə aparması üçün, həmin materialı da təqdim edirik. 

Nəşr olunub CƏMİYYƏT

Bakıda baş redaktor dəm qazından boğulub ölüb.

Trend-in məlumatına görə, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib. Jurnalist, "Femida 007" qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.

E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Nəşr olunub HADİSƏ
Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.
 
Yenicag.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə yanğın yataq xəstələrinin müalicə aldığı köhnə tikilidə baş verib. Hadisənin şahidi, adının çəkilməsini istəməyən mühafizəçinin sözlərinə görə, hər şey bir anda baş verib:
 
"Səhərə yaxın idi. Bir də gördüm ki, hər yeri tüstü-duman bürüdü. Palatadakıları öskürək tutdu. Alovu görəndə özümü itirmədim. Tez otaqlara girib, xəstələri çölə çıxartmağa başladım. Təkbaşına 25 nəfəri xilas etdim. Sonra alov o qədər gücləndi ki, içəri girmək mümkün olmadı. Təqribən 24-25 nəfər diri-diri yandı”.
 
Qeyd edək ki, baş verən dəhşətli yanğınla əlaqədar olaraq hadisə yerinə Prezident İlham Əliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, Bakı şəhər İcra Hakimiyyənin başçısı Hacıbala Abutalıbov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov gəliblər.
Nəşr olunub HADİSƏ

Ermənistan parlamentində bu gün prezident seçkiləri ilə bağlı səsvermə keçirilib.

Yeganə namizəd – Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan hakim Ermənistan Respublikası Partiyası tərəfindən, indiki dövlət başçısı Serj Sarkisyanın təklifi ilə irəli sürülüb. 

Səsvermədə 101 deputat iştirak edib. A.Sarkisyanın namizədliyini 90 deputat dəstəkləyib, 10-u əleyhinə səs verib. Beləliklə də, Armen Sarkisyan Ermənistanın dördüncü prezidenti seçilib.

Qeyd edək ki, 2015-ci ildə qəbul edilmiş yeni Konstitusiyaya əsasən, Ermənistan 2018-ci ilin aprelindən etibarən parlament idarə üsuluna keçir. Bundan sonra prezident məhdud səlahiyyətlərə malik olacaq, belə ki, ölkəyə rəhbərliyi baş nazir həyata keçirəcək.

Serj Sarkisyanın prezident səlahiyyəti aprelin 9-da başa çatacaq. ("Qafqazinfo”)

Nəşr olunub DÜNYA

Boyukmillet.com xəbər verir ki, Çexiyanın daxili işlər naziri Lubomir Metnar Praqa polisinin ötən bazar günü PYD-nin keçmiş həmsədri Saleh Müslümü yaxalamaqla düzgün hərəkət edib-etmədiklərini araşdıracaqlarını bildirib.
Çexiya parlamentinin vəkili Marek Vibornoyun, bundan əvvəl digər Avropa İttifaqı ölkələrində sərbəst şəkildə səyahət edən Müslümün niyə Praqada tutulduğu sualına cavab verən Metnar deyib: “Müfəttişlərimizə bu vəziyyəti təhqiq eləmək barəsində əmr vermişəm”.
Nazir Müslümün tutulması qərarının Türkiyə polisinin Çexiya polisinə müraciəsi əsasında Praqa prokurorluğu tərəfindən verildiyini də sözlərinə əlavə edib.
Qeyd edək ki, Türkiyə mətbuatında verilən xəbərlərdə Çexiyanın qətliamla nəticələnən terror hücumlarının təşkilində ittiham edilən Saleh Müslümü Avropa İttifaqının güclü təzyiqi altında azadlığa buraxdığı xəbəri yayılıb. (Hurriyyet.org)

Nəşr olunub DÜNYA

Reytinq