Burda göstərilən tarixə olan xəbərlər: Bazar Ertəsi, 16 Aprel 2018

Bəyanatda deyilir:

11 Aprel 2018-ci il tarixində ölkəmizdə Prezident seçkiləri keçirilimiş və bu seçkilərdə xalqımız öz iradəsini azad şəkildə ifadə etmişdir. Yerli müşahidəçilərlə yanaşı seçkiləri çoxsaylı beynəlxalq müşahidəçilər də monitorinq etmişdir. beynəlxalq müşahidə qurumlarından biri də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosudur (ATƏT DTİHB) . Təəssüflər olsun ki, adı çəkilən təşkilat seçkilərin nəticəsi ilə bağlı qərəzli hesabatla çıxış edib. Bununla da ATƏT/DTİHB bir daha anti-Azərbaycan mövqelərini sərgiləyiblər. Bu ədalətsiz mövqe haqqlı olaraq Azərbaycan ictimaiyyətində ciddi narazılıq yaratmışdır. Təqdim olunan hesabatda seçki prosesini bir kənara qoyaraq ayrı-ayrı siyasi proseslər haqqında qurum təmsilçilərinin şəxsi mülahizələr yürütməsi onların qərəzinin sübutudur.  

Beynəlxalq Diaspor Mərkəzi (BDM) olaraq 11 Aprel 2018-ci il tarixində ölkəmizdə keçirilən seçkilərin ədalətliliyinə kölgə salmaq istəyən ATƏT/DTİHB-ə kəskin etirazımızı bildirir və bunu vətəndaşlarımızın azad seçim hüququna hörmətsizlik kimi qəbul edirik. ATƏT/DTİHB-nu ölkəmizdə aparılan demokratiya, insan hüquqları sahəsindəki islahatlara ədalətli qiymət verməyə, beynəlxalq hüquqa və Azərbaycan seçicilərinin hüquqlarına hörmətlə yanaşmağa çağırırıq.   

 

Boyukmillet.com

Nəşr olunub SİYASƏT

Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərindəki Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Telman Hacıəliyev prezident seçkilərində qələbə münasibəti ilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdə inamlı qələbəniz Sizin rəhbərliyinizlə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatların və ölkənin xarici siyasət kursunun xalq tərəfindən geniş dəstəkləndiyini təsdiqləyir. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının imici dünyada çox yüksəklərə qalxıb. Dərbənddən olan azərbaycanlılar qardaş Azərbaycanın uğurlarından həmişə qürur duyurlar.

Bu gün Dərbəndin mərkəzi küçələrindən biri bizim ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin adını daşıyır. Heydər Əliyev Fondu tərəfindən məktəblər abadlaşdırılıb, Dərbənd Azərbaycan Dövlət Dram Teatrının yeni binasının tikintisinə vəsait ayrılıb.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, sülh və tərəqqi arzulayırıq.

Hörmətlə,

Telman Hacıəliyev

Rusiya Federasiyası Dağıstan Respublikasının

Dərbənd şəhərindəki Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri

 

Boyukmillet.com

Nəşr olunub CƏMİYYƏT

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev deputat həmkarı Astan Şahverdiyevin dünyasını dəyişməsi ilə əlaqədar başsağlığı verib.

A.Abıyev “Ölkə.Az”a açıqlamasında mərhum Astan Şahverdiyevlə tələbə yoldaşı və dost olduğunu bildirib:

“Astan Şahverdiyev ürəyi təmiz və ziyalı adam idi. Onun yas mərasiminə də gedəcəm. Çünki rəhmətlik mənim tələbə yoldaşım və deputat həmkarım olub. Astan Şahverdiyev tələbəlik illərindən ictimai fəaliyyətlə məşğul olurdu, alim idi. Çox təəssüf ki, sağlamlığı yaşamasını imkan vermədi. Allahdan ona rəhmət, ailə üzvlərinə yaxınlarına da səbr diləyirəm”.

Ağacan Abıyev Astan Şahverdiyevin ölümündə jurnalistləri də günahlandırıb:

“Bu boyda kişini jurnalistlər öldürdü. Görəsən, jurnalistlər bunu başa düşürmü? Astan Şahverdiyev sağlam adam idi, jurnalistlər o qədər ondan yazdılar ki, adam Azərbaycandan qaçıb getmək istəyirdi. Rəhmətlik mənimlə söhbətində də deyirdi ki, haqqında yazılan fikirlərdən çox narahatdır. Haqqında yazılanlardan xilas olmaq üçün ölkədən qaçıb getmək istəyirdi. Mənə də deyirdi ki, bu cür hərəkətlərə artıq dözə bilmirəm. Bilirsiniz, səhvsiz insan olmur. Astan Şahverdiyev də bir dəfə nə isə səhv etmişdi və buna görə çıxıb üzr istədi.

Astan Şahverdiyev səhv etmişdisə, bu o demək deyil idi ki, onu öldürənə qədər mübarizə aparmaq lazımdır. Əgər jurnalistlər onu hörmət etsəydilər, bəlkə də o bu gün yaşayırdı. Bir söhbəti bir dəfə gündəmə gətirərlər, hər bir adam da ondan dərs çıxarar. Daha bir söhbəti dönə-dönə gündəmə gətirib əldə oyun etmək doğru deyildi. Təsəvvür edin ki, rəhmətliklə bağlı məsələ futbol topu kimi ondan buna, bundan ona ötürülürdü. Rəhmətlik də bunları görəndə çox pis olurdu”.

Onu da qeyd edək ki, ötən il Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev mərhum deputat haqqında aşağıdakı fikirləri dilə gətirib:

“Deputat Astan Şahverdiyevin etiraza səbəb olan sözlərinin həqiqətən onun tərəfindən deyilib-deyilməməsi hələ ki tərəfimizdən dəqiqləşdirilməyib. Əgər təsdiqini tapsa ki, təhqir edib, əlbəttə, tədbir görüləcək. Hələ ki Milli Məclis rəhbərliyindən bununla bağlı komissiyanın iclasının çağrılması barədə mənə bir söz deyilməyib. Dekabrın 30-da plenar iclas olacaq və yəqin ki, o iclasda bu məsələ ilə bağlı qərar veriləcək. Amma indiki halda hansısa tədbirin görülməsi ilə bağlı bir qərar yoxdur. A. Şahverdiyev həqiqətən təhqirə yol veribsə, bu, deputat üçün ciddi səhvdir.

Qeyd edək ki, deputat Astan Şahverdiyev Biləsuvarda məskunlaşan köçkünlər və Rusiyaya işləməyə gedən azərbaycanlılarla bağlı təhqiramiz ifadələr işlədib, onları “otxod” adlandırmışdı.

Nəşr olunub CƏMİYYƏT

Milli Məclisin üzvü Sona Əliyeva doğmalarının gününü göy əskiyə büküb; Bəsirə Əliyeva: “Qızım mandatından istifadə edərək, biznesimizi iflic duruma salıb...”

Şəmkir kənd seçki dairəsindən deputat olan Sona Əliyevanın anası Bəsirə Əliyevanın gözü yaşlı qalıb. Yaşlı qadını ağlar qoyan isə özgəsi deyil, elə özünün qızı, deputat Sona Əliyevadır.  Bu ilin fevralında mətbuatda deputatın ailəsində baş verən əmlak davası haqda materiallar dərc olunub. Həmin materialların dərcindən sonra deputat Sona Əliyeva anasına, qardaşlarına qarşı atdığı qanunsuz addımlardan geri çəkilib, yaxınları sakitləşdirə, mətbuatdan gen gəzmələrinə nail ola bilmişdi.

Bunun müqabilində atası Sakit Əliyevin ölümündən 2 gün əvvəl anasından aldatma yolu ilə alınan etibarnamənin məhkəmə qaydasında ləğv edilməsinə mane olmayıb. İndi isə tamamilə əks proses gedir. Deputat yenidən anasına və qardaşlarına qarşı hərəkətə keçib, ailənin yeganə gəlir mənbəyi olan atasından qalma biznesi iflic duruma salıb, əvvəlki iddialarını irəli sürüb. Bu haqda “Yeni Müsavat”a geniş açıqlama verən deputat Sona Əliyevanın anası Bəsirə Əliyeva deyib ki, aylardır şirkətlərinin hesabına köçürülən pulları ala bilmirlər: “Qızım deputat mandatından, əlaqələrindən istifadə edərək bizim işimizi iflic duruma salıb. Hara gediriksə, kimə müraciət ediriksə, deyirlər ki, Sona deməsə, icazə verməsə biz heç bir sənəd işini görən deyilik. Dərdimizi kimə deyək, bilmirik”.

IMG_20180414_113953.jpg (192 KB)

Ananın sözlərinə görə, qızı onu dəlixanaya saldıracağı ilə hədələyir: “Qardaşlarını da işdən çıxartdırmaqla, həbslə hədələyir. İstəyi odur ki, yoldaşımdan qalan əmlaka dair paylarımızdan onun xeyrinə imtina edək. Məni həyat yoldaşımın sağlıq durumu ağır olan gün - 2017-ci il dekabrın 12-də Şəmkirdəki evimizdən aldadıb Gəncədəki ASAN xidmət mərkəzinə apardı. Dedi ki, onsuz da atam öləcək, əmlakını adına keçirirəm. Mən də 10 sinif bitirmiş qadınam, nə bilim ki, yoldaşım dünyasını dəyişəndən sonra onun adına olan əmlak avtomatik adıma keçəcəkdi. Bilməzliyimdən istifadə etdi, mənim də, həyat yoldaşımın da payını öz adına keçirdi”.

Sona Əliyeva ile ilgili görsel sonucu

Deputat Sona Əliyeva

B.Əliyevanın iş üzrə redaksiyamıza təqdim etdiyi sənədlərin arasında Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsi də var. Məhkəmə sənədlərinə nəzər saldıqda, Sona Əliyevanın atası Sakit Əliyev ölüm ayağında olanda onun əmlakını mənimsəmək üçün hərəkətə keçdiyi aydın olur. Hakim Yaşar Həşimovun sədrliyi ilə bu il fevralın 19-da çıxarılan qətnamə üzrə iddiaçı deputatın anası Bəsirə  Əliyeva, cavabdeh isə qızı Sona Əliyeva olub. B.Əliyeva qızına və Gəncə “ASAN xidmət” mərkəzinin notariat kontoruna qarşı qaldırdığı iddiada bağışlama müqaviləsinin etibarsız hesab olunmasını tələb edib. Məhkəmə araşdırmasında məlum olub ki, deputatın atası dünyasını dəyişməzdən 2 gün əvvəl, 2017-ci il 12 dekabrda deputat anasını Gəncə ASAN Xidmət mərkəzinə aparıb. Xidmətin notariat kontorunda atasının 1994-cü ildə qurduğu “Murovdağ” kiçik müəssisəsinin nizamnamə kapitalında olan paylar barəsində bağlışlama müqaviləsi bağlanıb. Həmin müqaviləyə görə şirkətin 75 faizi deputatın adına rəsmiləşib.

IMG_20180414_104635.jpg (1.69 MB)

Məhkəmə qətnaməsində yazılır: “İddiaçı Bəsirə Əliyeva iddiasını onunla əsaslandırmışdır ki, AR Ədliyyə Nazirliyi tərəfindən 20.10.1994-cü il tarixli 17877 dövlət qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış ”Murovdağ" kiçik müəssisəsinin təsisçiləri o, oğlu Adil Sakit oğlu Əliyev, mərhum əri Sakit Səttar oğlu Əliyev və cavabdeh qızı Sona Sakit qızı Əliyeva olub. Əri Sakit Əliyev 2017-ci ilin sonlarında ağır xəstəliyə tutulub, 10 dekabr 2017-ci ildə komaya düşüb. Həkimlər onun ömrünün sonuna bir neçə gün qaldığını bildirib və 2 gün sonra əri vəfat edib. Ərinə diaqnoz qoyulduğu gündən o, demək olar ki, ağır psixoloji durumda olub. Ərinin ömrünün son günlərində bütün qohum-əqrəbaları onların evinə əri ilə vidalaşmağa gəliblər. 12.12.2017-ci il tarixdə axşamüstü, yəni saat 16:30 radələrində qızı Sona Əliyeva onu evdə bir kənara çəkərək “nə durmusan, ərin bu gün - sabah öləcək, onun bütün əmlakını isə oğlanların adlarına keçirəcək, gəl tez gedək notariat kontoruna onun bütün əmlakını sənin adına keçirək” deyib.

O, etiraz etmək istəsə də, Sona Əliyeva onun sözlərinə məhəl qoymayıb, ona “sonra gec olacaq, ərinin bütün əmlakı əlindən çıxacaq, oğlanların hamısına yiyələnəcək” və bu kimi sözlər deyərək onu evdən çıxarmağa nail olub...

Məhkəmə qətnaməsindən aydın olur ki, Bəsirə Əliyeva həyat yoldaşı vəfat edəndən sonra notariat kontorunda ona hansı sənədin imzalatdırılması ilə maraqlanıb. Öyrənib ki, əmlak onun adına deyil, qızı S.Əliyevanın adına keçirilib. Üstəlik özünün payı da əldən gedib.

Qətnamədən sitat:  “Sonradan notariat kontoruna müraciət edib notariat işi ilə tanış olarkən ona məlum olub ki, qızı Sona Əliyeva öz adına verilmiş etibarnamə ilə səlahiyyətləri ona verməyib, öz payını və ərinin payını ona bağışlayıb. Həqiqətdə isə ona yalnız adına verilmiş etibarnamə göstərilmiş və o, əmlakın ona verilməsini zənn edərək sənədlərə imza atmışdır. Ona izah olunmamışdır ki,  əslində o, öz payını və ərinin payını qızı Sona Əliyevaya bağışlayır. Əslində onun və mərhum ərinin heç vaxt belə bir fikirləri olmayıb. Əgər ərinin sağlığında belə bir fikri olsaydı qızı Sona Əliyevaya etibarnamə ilə elə birbaşa öz adından bağışlama müqaviləsi bağlayardı. Göründüyü kimi cavabdeh Sona Əliyeva onun düşdüyü durumdan və ərinin ölməsindən istifadə edib onu aldadaraq notariat kontoruna aparmış və nizamnamədəki paylarını öz adına keçirib. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə ASAN Xidmət mərkəzinin notariat kontorunda ”Murovdağ" kiçik müəssisəsindəki  nizamnamə kapitalında olan paylar barəsində bağlanmış 12 dekabr 2017-ci bağışlanma müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edib".

IMG_20180414_114151.jpg (169 KB)

Deputat S.Əliyeva məhkəmədə iştirak etməyib. O, məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə ünvanlayıb. Deputat xanım anasının ona qarşı qaldırdığı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasını etiraf edib.

Məhkəmə qətnaməsindən sitat: “Cavabdeh Sona Əliyevanın notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, o, iddiaçı Bəsirə Əliyevanın ona qarşı qaldırdığı bağışlama müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiasını etiraf edir. Gəncə ASAN xidmət mərkəzinin notariat kontorunda 12.12.2017-ci il tarixdə bağlanmış nizamnamə kapitalının bağışlama müqaviləsinin ləğv olunmasına heç bir etirazı yoxdur və bu payların ilkin vəziyyətə qaytarılmasını xahiş edib. Bəsirə Əliyeva ilə Sona Əliyeva arasında Gəncə ASAN Xidmət mərkəzinin notariat kontorunda bağlanmış ”Murovdağ" kiçik müəssisəsinin nizamnamə kapitalındakı payların bağışlanması haqda 12.12.2017-ci il tarixli müqavilə etibarsız hesab olunub və nizamnamə kapitalındakı paylar əvvəlki vəziyyətinə qaytarılıb".

Deputat S.Əliyeva qətnamədən şikayət verməyib. Amma hazırda da ailə müəssisələrinin işləməsinə imkan vermir. Anası bildirir ki, qızının hərəkətləri onun sağlıq durumuna çox ağır təsir edir. (Yeni Müsavat)

 

Nəşr olunub CƏMİYYƏT

Dinc əhaliyə qarşı kimyəvi hücumlar həyata keçirmiş Suriya cəzasız qalmamalıdır.

Virtualaz.org  xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, Türkiyə NATO-nun üzvü qismində Suriyada hava əməliyyatlarının keçirilməsi ilə bağlı ABŞ-ın təklifini dəstəkləyib: "Biz bu addıma görə Türkiyəyə minnətdarıq. Türkiyə bizim üçün dəyərli müttəfiqdir".

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri Suriyada kimyəvi hədəflərə hava zərbələri endirmişdilər.

Onu da qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyədə səfərdədir.

O, Türkiyənin xarici işlər və milli müdafiə nazirləri ilə görüşüb.

Baş katibin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə də görüşü nəzərdə tutulub.

Səfərin əsas məqsədi NATO-nun Brüsselədə keçiriləcək sammitinə hazırlıq işləri, eləcə də regional proseslər və Suriya böhranı ilə bağlıdır.

Nəşr olunub DÜNYA

İnterpress.az erməni mətbuatına istinadən xəbər verir ki, ermənilər Serj Sarkisyanın baş nazir postuna gəlməsinə etiraz əlaməti olaraq aksiya keçirirlər. Aksiya paytaxt İrəvanın bütün mərkəzi küçələrini əhatə edib. 

Bir neçə gündür davam edən etiraz aksiyasında yüzlərlə erməni etirazçıların həbs olunmasına baxmayaraq, onlar Sarkisyanın vəzifədən uzaqlaşdırılmasına nail olmayana qədər mitinqlərindən əl çəkməyəcəklərini bildiriblər.

Etiraz aksiyasına rəhbərlik edən “Vətəndaş müqaviləsi” Partiyasının lideri deputat Nikol Paşinyan bildirib ki, S.Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması üçün mitinqlərini davam etdirəcək.

Aksiyada yerli etirazçıların sayının çox olması paytaxt İrəvanın bir neçə küçə və prospektlərinin bağlanmasına səbəb olub.

Hadisə yerinə polis əməkdaşları və Xüsusi Təyinatlı Qüvvələr cəlb olunsa da, onlar etiraz aksiyasını yatıra bilməyiblər.

Aksiyada iştirak edən tələbələrin isə mülki geyimli polislər tərəfindən döyülərək oğurlandıqları bildirilir.


Ermənistanda Sarkisyana etiraz edən tələbələri döyüb oğurlayırlar - FOTO

 

Ermənistanda Sarkisyana etiraz edən tələbələri döyüb oğurlayırlar - FOTO

 

Ermənistanda Sarkisyana etiraz edən tələbələri döyüb oğurlayırlar - FOTO

 

Ermənistanda Sarkisyana etiraz edən tələbələri döyüb oğurlayırlar - FOTO
Nəşr olunub DÜNYA
Bazar Ertəsi, 16 Aprel 2018 16:30

BDM Prezidentə təbrik məktubu ünvanlayıb

Beynəlxalq Diaspor Mərkəzi (BDM) prezident seçkilərində inamlı qələbə münasibəti ilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

 

Hörmətli cənab Prezident!

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) idarə heyəti və çoxsaylı diaspor fəallarımız adından 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində inamlı qələbə münasibəti ilə Sizi ürəkdən təbrik edir, ölkəmizin xoş gələcəyi yolunda apardığınız fədakar fəaliyyətdə yeni-yeni uğurlar arzulayırıq.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olaraq Siz, qüdrətli dövlət və güclü cəmiyyət modelini inkişaf etdirməklə Azərbaycanı sabitlik və təhlükəsizliyin bərqərar olduğu bir məkana çevirmisiniz. Dünyanın bir çox regionlarında baş verən çaxnaşmalar fonunda ölkəmizdə hökm sürən əminamanlıq və xalqımızın təhlükəsizliyi Sizin düşünülmüş daxili və xarici siyasətinizin nəticəsidir. Azərbaycan Respublikası qarşısındakı tarixi xidmətləriniz, ölkəmizin hərtərəfli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və nüfuzunun artırılması istiqamətində göstərdiyiniz fəaliyyətiniz xalqımız tərəfindən bir daha yüksək qiymətləndirildi.

Beynəlxalq Diaspor Mərkəzi (BDM) olaraq milli maraqlarımızın müdafiəsi istiqamətində tövsiyyə və göstərişlərinizi daim ən yüksək səviyyədə davam etdirəcəyimizi bildiririk. İnanırıq ki, uğurlu siyasi fəaliyyətiniz nəticəsində itirilmiş torpaqlarımızı azad edərək, orada da böyük qələbəmizi qeyd edəcəyik.

Cənab Prezident!

Bir daha Sizi, Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirik.

 

 

Böyükmillet.com

Nəşr olunub CƏMİYYƏT

Reytinq