Şənbə , 11 May 2024

Yearly Archives: 2017

Flora Kərimova Zeynəb Xanlarovadan nə istəyir? – ÖZÜ AÇIQLADI

Görünən odur ki, Flora Kərimova hər dəfə Zeynəb xanım mətbuata ona aid olmayan açıqlama verəndə qıcıqlanır, sərt mövqe nümayiş etdirir. Bu, yalnız bir dəfə deyil, dəfələrlə olub. Maraqlıdır, hər iki xalq artistinin arasındakı problem nədən qaynaqlanır? Flora Kərimova Zeynəb Xanlarovadan nə istəyir? Bununla bağlı xalq artisti Flora Kərimova Modern.az-a açıqlama verib: “Əsas məsələ Zeynəb Xanlarova bu millətdən nə istəyir? Onun …

Read More »

Sabir Rüstəmxanlı: “Şəhriyarın büstünün dağıdılması İranın cəhalətidir”

Məsələ ilə bağlı açıqlama verən xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlı öz etirazını bildirib. O, bunu şairin ruhuna böyük hörmətsizlik adlandıraraq, İranın “bizimdir” deyib, özəlləşdirdiyi ustada qarşı mədəniyyətsizlik etdiyini bildirib: “Şəhriyar yalnız Azərbaycan və İran türklərinin şairi deyil. O, şeirlərini həm fars, həm də türk dillərində yazıb. Ümumiyyətlə, İran coğrafiyasında yaşayan həm mənşə, həm etnik, həm də mənsubiyyət etibarilə …

Read More »

Tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalist Natiq Qədimov dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, APA TV-nin əməkdaşı Natiq Qədimov infarktdan vəfat edib. Qeyd edək ki, o, əvvəllər ANS telekanalında çalışıb

Read More »

“Böyük Millət” qəzetinin xüsusi buraxılışı BTQ-yə həsr edildi

14 yaşı olan “Böyük Millət” qəzetinin xüsusi buraxılışı işıq üzü görüb. Buraxılış mühüm strateji əhəmiyyət kəsb edən Bakı-Tiblisi-Qars dəmiryolunun açılışına həsr edilib və Türkiyədə pulsuz paylanması nəzərdə tutulub. “Böyük Millət” yarandığı gündən  siyasi-ideoloji bir qəzet kimi həfətlik nəş edilib. Maddi çətinliklər ucbatından qəzetin dövrülüyündə ara-sıra fasilələr olub. Qəzetin təsisçisi və baş redaktoru tanınmış ictimai-siyasi xadim Samir Adıgözəllidir. Niftulla Azinforum.az

Read More »

Prezident İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır”

“Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır.” Bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.“Biz regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik və regional təhlükəsizliyə ən böyük təhlükə Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişədir”, – İlham Əliyev bildirib.Dövlət başçısı qeyd edib ki, uzun illərdir Azərbaycan əraziləri Ermənistan silahlı qüvvələrinin işğalı altındadır: “Azərbaycan xalqına qarşı …

Read More »

Keçmiş MTN generalı məhkəmədə ifadə verib

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri – general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.Bakı Hərbi Məhkəməsinin sədri …

Read More »

Türkiyə prezidenti: “Güclü ordumuz olmasaydı, bizi bölgədə yaşamağa qoymazdılar”

“Güclü ordumuz olmasaydı, bizi bölgədə yaşamağa qoymazdılar”. Bunu prezident Rəcəb Tayyib Ərdoğan 2016-cı il iyulun 15-dəki dövlət çevirlişinə uğursuz cəhddən sonra Milli Müdafiə Universitetinin Quru qoşunları məktəbinin zabitliyə namizədlərinin ilk buraxılış tədbirindəki çıxşında bildirib. “İraqın sərhədlərimizlə qonşu ərazilərində terrorçulara çox ciddi zərbələr vururuq. Bu gün Türkiyə olaraq əməliyyat keçirmək qabiliyyəti və təcrübə baxımından dünyanın ən güclü bir neçə ordusundan birinə …

Read More »

Əli Həsənov: “Təhdidlər hamımızı narahat edir”

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Marianna V.Vardinoyannis” Fondu ilə əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq tədbir VI Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyır. Toplantıda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Avropa İttifaqı və Aralıq dənizi hövzəsi ölkələrinin nüfuzlu dövlət və siyasi xadimləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri – Latviyanın sabiq …

Read More »

Ərdoğan: “Qarabağ problemini yalnız Rusiya həll edə bilər”

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. O, daha əvvəl də V.Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini deyib: “O mənə deyib ki, Rusiya bu problemin həlli üçün mümkün olan hər şeyi edir. Mən bir daha Rusiya Prezidentini 5 rayonun qaytarılması məsələsinə daha diqqətli münasibət göstərməyə çağırdım, çünki bu problemi yalnız Rusiya həll edə bilər. Mən bu gün bir daha …

Read More »