Cümə , 10 May 2024

Yearly Archives: 2018

Samir Adıgözəllidən Altay Göyüşova cavab: “Altay Göyüşovun yalandan qeyd etdiyi kimi…”

Ölkədə növbədənkənar Prezident seçkilərinin elan olunmasından sonra, sosial şəbəkələrdə xüsusi aktivləşmə nəzərə çarpır. Xüsusilə də, ölkədən qaçıb xaricə sığınmış bəzi blogerlərin göstərdiyi radikal fəaliyyətə hakimiyyət düşərgəsindən lazımi cavabların verildiyi nəzərə çarpır.  Bu işdə daha çox koordinasiyalı fəaliyyətin olduğu nəzrə çarpsa da, bəzi tanınmış ictimai-siyasi xadimlər şəxsi təşəbbüsləri ilə, öz  açıq profilləri vasitəsilə həmin diskussiyalarda yaxından iştirak edirlər. ABŞ -da yaşayan …

Read More »

İlham Əliyev əhalinin 100 milyonluq borcunu silir

“Bu qanun layihəsi sahibkarlığın inkişafı üçün hazırlanıb. Bu borclar sahibkarlıq fəaliyyətinə əngəl törədir. 2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9.4 dəfə artıb. Amma məcburi ödənilməyən borclar da var. Bu borclar 1 yanvar 2018-ci il tarixinədək təxminən 364 milyondan çoxdur”. Boyukmillet.com-ın “Report”a istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Əmək və …

Read More »

“Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun bu gün keçirilən toplantısında çıxış edərkən Xocalı soyqırımından danışıb.  Boyukmillet.com Avropa.info-ya istinadən xəbər verir ki, Türkiyə prezidenti Xocalı şəhərində qətlə yetirilən azərbaycanlılara rəhmət diləyib. “Xocalı faciəsində şəhid edilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirik. Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır. İnsanlıq tarixinin ən böyük zülmlərindən biri Xocalıda yaşanıb. Xocalı qatillərinə hökm kəsən ölkə gördünüzmü? Türk, müsəlmandırsa, həmin …

Read More »

Rövşən Lənkəranskinin qatili bilindi

Rusiya hüquq-mühafizə orqanları aydınlaşdırıblar ki, Rövşən Lənkəranskini 2016-cı ilin yazında Moskvada güllələnmiş “göyərti kralı” Canpolad Şamiloğlununm qisasını almaq üçün öldürüblər. Boyukmillet.com Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarındakı etibarlı mənbə məlumat verib. Mənbə bildirib ki, Rövşən Canıyevin İstanbuldakı qətli Rusiya Federasiyasının kriminal dünyasında güc bölgüsünə təsir etdiyi üçün onun ölümünün araşdırılması ilə bu ölkənin xəfiyyələri də məşğul olublar. …

Read More »

“Osmanlı şapalaqının nə olduğunu bilmək istəyənlər Afrinə gəlsinlər” – Ərdoğan

“Birləri Osmanlı şapalaqının nə olduğunu soruşurmuş. Bunu görmək istəyənlər Afrinə gəlsin.” Boyukmillet.com Avropa.info-ya xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ak Partiyanın qrup toplantısında deyib. “Bu sualı verənlər, bizim tarixçilərin etibar etmirlərsə, ən azından Qərbli tarixçilərin Osmanlı tarixiylə bağlı yazdıqları kitabları oxusunlar. Atalarından və ya onların atalarından, Birinci Dünya Müharibəsində, Çanaqqalada, Kutül Amarədə və ya digər cəbhələrdə vuruşmuş …

Read More »

Akademik Ziya Bünyadovun qatilinin sensasion etirafları – eksklüziv

İcra başçısının oğlu olan Nizami Nağıyev qətlin hazırlıq mərhələsindən və hər şeydən danışdı… Akademik Ziya Bünyadovun qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında görüşüb müsahibə almışıq. Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki, həbsxanadadır. 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə tutulan kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə saxlanılır. Bu gün onunla …

Read More »

Hollandiya türk düşmənçiliyi və qərəzli ermənipərəstliyin zirvəsində…

“Türkiyə bu iddialarla ona təzyiq etmək yolunu tutan ölkələrə qarşı daha sərt mövqe tutur, nəinki geriyə addım atır” Samir Adıgözəlli: “Bir müddət sonra Hollandiya səhvini anlayaraq siyasətində korrektələr etməyə məcbur olacaq” Türkiyədəki səfirini geri çağıraraq qardaş ölkə ilə diplomatik əlaqələrini donduran Hollandiya qondarma “erməni soyqırımı”nı rəsmən tanıyıb. Həmin ölkə parlamentinin alt qurumu hesab olunan Tveede Kamerdə qondarma “soyqırım”la bağlı qanun …

Read More »

Yeni regional format yaranır

Azərbaycanın təşəbbüsü və iştirakı ilə daha bir regional format yaranır. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev AzərTAc-a açıqlamasında bildirib ki, martın 6-da Bakıda Azərbaycan-Türkiyə-Ukrayna formatının yaradılması ilə bağlı ilk siyasi məsləhətləşmələr keçiriləcək. Siyasi məsləhətləşmələrdə iştirak etmək üçün Ukrayna xarici işlər nazirinin müavini Vasiliya Bodnarın və Türkiyə xarici işlər nazirinin müavini Ümid Yalçının rəhbərlik etdikləri nümayəndə heyətləri Azərbaycana səfər edəcəklər. Siyasi məsləhətləşmələrdə …

Read More »