Cümə , 10 May 2024

Yearly Archives: 2018

Fransada qiymət artımına etiraz – “sarılar”ın “boz kardinalı”

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürən dövlətlərdə baş verənlər ölkə ictimaiyyəti üçün də maraqlıdır. Bu baxımdan, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ABŞ, Fransa və Rusiyada baş verən hadisələrə dövlətlərin hakimiyyətlərinin münasibəti və yaranmış problemlərin həlli az əhəmiyyətli deyil. Hətta həmsədrlərin başqa münaqişələrlə bağlı tutduqları mövqe belə Azərbaycan tərəfindən müşahidə olunur, izlənilir. Bu dövlətlərin ədalətli …

Read More »

Ermənistanın hərbi təyyarəsi qəzaya uğrayıb, iki pilot ölüb – YENİLƏNİB

Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” hücum təyyarəsi qəzaya uğrayıb. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Ovannisyan “Facebook” səhifəsində yazıb. Gümrü şəhərindəki aeroportdan havaya qalxandan sonra radarlardan itən döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində 2 pilot ölüb. Bunlar polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyandır. Təyyarənin qalıqları Ermənistanın şimal-qərbində yerləşən Şirak vilayətinin …

Read More »

“Türkiyə NATO-dan ayrılıb Avropa Ordusuna qatılacaq?” – Ərdoğan Argentinada bütün DETALLARI AÇIQLADI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Argentinanın paytaxtı Buenos Ayresdə təşkil edilən G20 liderlər zirvəsində 50 dəqiqəlik mətbuat konfransı keçirib. Boyukmillet.com xəbər verir ki, Türkiyə lideri jurnalistlərin Münbiç və İdlibəki son hərbi vəziyyət, BRİCS, valyuta bazarlarındakı rahatlama, Fransadakı hadisələr və Rusiyadan alınacaq S-400 müdafiə sisteminə dair suallarını cavablandırıb. İdlibdə Rusiya ilə əməkdaşlıq -Vladimir Putinlə görüşdünüz. O, açıqlamasında İdlib mövzusunda Türkiyə ilə birlikdə …

Read More »

Paşinyandan seçkiqabağı populist BƏYANAT

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Ararat şəhərində seçkiqabağı mitinq zamanı hökumətin orduya xərcləri kəskin şəkildə artıracağı barədə populist açıqlama verib.  Boyukmillet.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bunun üçün hökumətin yaxın 5 ildə əlavə 2,5 milyard dollar xərcləyəcəyini açıqlayıb. “Yaxın 5  ildə ordunun ehtiyacları üçün əlavə 2,5 milyard dollar pul xərcləyəcəyik. Həmin pulu korrupsioner məmurlar bizə ödəyəcək”. …

Read More »

Fransada iğtişaşçılar brend dükanları taladılar – “Dior” 1 milyon zərərdədir

Fransada davam edən etiraz aksiyalarında 3 nəfər ölüb. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, Fransa polisi ötən həftə sonu paytaxtda iğtişaşlar törədən 378 nəfəri saxlayıb. Onlardan 200-ü bu gün və sabah məhkəmə qarşısına çıxarılacaq. Saxlanılanlardan bəzilərini yeddi ilə qədər həbs cəzası gözləyir. Prezident Emmanuel Makron da iğtişaş törədən bütün iştirakçıların məhkəməyə çıxarılacağına söz verib. “Sarı jiletlilər” adı altında hərəkatlanan nümayişçilər …

Read More »

Vasif Talıbov nazir müavini təyin etdi – Sərəncam

Naxçıvan Muxtar Respublikası (MR) əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib. Boyukmillet.com-un məlumatına görə, bununla əlaqədar Naxçıvan MRAli Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Nicat Babayev Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Read More »

Millət vəkilindən Aslan İsmayılova ağır sözlər: “Bu, hüququn və insanlığın ən aşağı nöqtəsidir”

Adil Əliyev: “Parlament seçkisi arxada qalıb, sən mənə 3 dəfə məğlub olmusan; bunu bizim dairədə və ölkədə bilməyən yoxdur; Sən isə məktəb direktoru ilə idmançı arasındakı qovğanı da gətirib ikimizin arasındakı seçki yarışına dürtürsən” Azərbaycanda böyük işlər görülür, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkənin sənaye inkişafı, sosial problemlərin həlli üçün müxtəlif proqramlar reallaşdırırlar. Yeni müəssisələr tikilir, …

Read More »

Eldar Mahmudovun ifadəsi yayıldı – 30 milyon ölkədən çıxarılıb

Eldar Mahmudovun şəriki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılan Sahib Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Hakim Samir Əliyevin sədrlik etdiyi prosesin qapalı keçirilməsinə qərar verilib. Bildirək ki, bu iş üzrə zərərçəkmiş tərəflər Vergilər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidir. Külli miqdarda mənimsəmədə və vergidən yayınmaqda təqsirləndirilən Sahib Ağayev barəsində cinayət işinin əsas diqqət çəkən məqamı …

Read More »

Hava ilə bağlı xəbərdarlıq: sabah güclü yağış yağacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 4-də arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.   Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 11-13 dərəcə isti təşkil edəcək.   …

Read More »

Saakaşvili gürcü xalqına müraciət etdi: “Nə zaman çağırsanız, gələcəyəm”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili prezident seçkilərinin yekunlarına etiraz edərək Tiflisdə keçirilən aksiya iştirakçılarına müraciət edib. Saakaşvili “Güc birlikdədir” birləşmiş müxalifətin tələblərini dəstəkləmək barədə çağırış edib. Boyukmillet.com xəbər veir ki, Gürcüstanın birləşmiş müxalifət qüvvələri 28 noyabrda ölkədə keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrini tanımadıqlarını bəyan edərək, etiraz aksiyaları keçirir. Müxalifət hakimiyyətdən təcili olaraq növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir. Etiraz aksiyasını …

Read More »