Cümə , 10 May 2024

Yearly Archives: 2018

“MedEra Hospital”ın direktoru: “Yalandır, heç bir manat da cərimə olunmamışıq”

“MedEra Hospital MMC”-nin rəhbərliyi dünən bəzi KİV-lərdə tibb ocağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.  Həmin xəbərdə iddia olunurdu ki, Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamaların nəticəsində Hospital bir milyon məbləğində cərimələnib. “MedEra Hospital MMC”nin direktoru İbrəhim Əliyev Azinforum.az İnformasiya Portalına açıqlamasında səslənən iddiaların kökündən yalnış olduğunu bildirib: “Çox təəssüf edirik ki, bəzi KİV-lər bizim barəmizdə həqiqətdən uzaq olan məlumatlar yayır. Biz hüquqi dövlətdə yaşayırıq …

Read More »

İsrail Azərbaycana yeni səfir təyin etdi

İsrail Xarici İşlər Nazirliyi Azərbaycana yeni səfir təyin olunduğunu elan edib. Boyukmillet.com Report-a istinadən xəbər verir ki, bu vəzifəyə Corc Dik təyin edilib. O, 2015-ci ilin avqustundan etibarən İsrailin Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edən Dan Stavı əvəzləyəcək. C.Dik daha əvvəl İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Yuval Rotemin böyük məsləhətçisi kimi çalışıb.   İsrail KİV-nin yazdığına görə, ölkə tarixində ilk dəfə …

Read More »

Deputat Adil Əliyevdən 30 min rüşvəti hansı icra başçısı istəyib?

“Vəzifə anlayışı hər kəs üçün fərqlidir. Vəzifəyə oturan insan artıq göylərlə əlləşir”. Bu sözləri musavat.com-un canlı yayımına qatılan deputat Adil Əliyev deyib. Onun sözlərinə görə, vicdanlı və öz işinin öhdəsindən layiqincə gələn məmurlar var: “Hansılar ki, kişi kimi bu dövlətə xidmət edirlər. Cənab prezident nə etməlidir? Bu məmurları vəzifəyə təyin edib. İcra başçısı var ki, mənim özümdən bir qapının açılması …

Read More »

“KTMT-nin baş katibin Belarusdan olması Ermənistana əlavə zərbədir” AÇIQLAMA

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında baş katib postunun Ermənistanın əlindən vaxtından əvvəl çıxması bir daha onu göstərir ki, bu dövlət digər üzv dövlətlərin qarşısında sadəcə acizdir, onların diktəsilə oturub-durmaqdan başqa çarəsi yoxdur”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, növbəti baş katibin Belarusdan olmsı isə Ermənistana əlavə zərbədir: “Çünki Belarus KTMT-nin üzv olmayan Azərbaycanla – yəni Ermənistanın əsas …

Read More »

Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi – Foto

Polşanın Poznan şəhərində Qlowna küçəsində yerləşən ermənilərə məxsus olan restoranın reklam bannerində Ermənistanın xəritəsi verilib. Xəritədə işğal altında olan Dağlıq Qarabağ torpağı da Ermənistan ərazisi kimi göstərilib. Bu isə Polşada yaşayan soydaşlarımızın etirazına səbəb olub. Bu barədə Avropa.info-ya Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd məlumat verib. O bildirib ki, Polşada Azərbaycanlı Gənclər Şurası artıq təxribatın qarşısını almaq üçün hərəkətə keçib: …

Read More »

Mədət Quliyev TÜRKON-un toplantısında – Qırğızıstandan FOTOLAR

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov noyabrın 14-də Bişkekdə keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının (TÜRKON) XXI iclasının iştirakçılarını qəbul edib.Görüşdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev iştirak edib.Qırğızıstan Prezidenti görüşdə Konfransın region üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sooronbay Jeenbekov bildirib ki, biz bir-birimizə çox yaxın, qardaş xalqlarıq. Belə görüşlər dövlətlərimiz arasında əməkdaşlığı möhkəmləndirir və inkişaf etdirir. Dövlət başçısı bu …

Read More »

QHT Şurası 2019-cu il birinci qrant müsabiqəsini elan etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşməsi ilə bağlı 2019-cu il birinci qrant müsabiqəsini elan edib.   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) qrant müsabiqəsində (bundan sonra – müsabiqə) iştirak etmək üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş QHT-ləri ərizə təqdim etməyə dəvət edir. Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına …

Read More »

Əli Həsənovla bağlı ŞOK MƏLUMAT – 2 milyard manat mənimsəyib

“Qaçqınkom”da aparılan yoxlama nəticəsində müdhiş maxinasiyalar üzə çıxıb.   Prezident seçkilərindən sonra Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən çıxarılan Əli Həsənov ciddi problemlə üzləşib. Sabiq komitə sədrinin ötən dövrdəki fəaliyyəti araşdırılıb və külli miqdarda yeyintiyə yol verdiyi üzə çıxıb.     Bu barədə “Unikal” qəzetinə məlumat verən mənbənin sözlərinə görə, üzə çıxan maxinasiyalar Ə.Həsənovun milyonlarla deyil, daha böyük …

Read More »

İraq mediasından şok yazı: İranın PKK terror təşkilatı ilə razılaşmasının rəsmi sənədləri ortaya çıxdı – Fotofakt

ABŞ Mənbiçdə PKK-PYD terrorçularına qarşı Türkiyə ilə razılığıa gəlib. Hər iki ölkə PKK terror təşkilatının başçılarına qarşı pul mükafatı qərarları verib. Bundan əlavə, ABŞ rəsmilərindən biri “PKK-YPG ilə əlaqələrimiz taktiki xarakter daşıyır və müvəqqətidir” deyib. Bununla kifayətlənməyən ABŞ Fəratın şərqi üçün də Türkiyəyə yeni bir təklif hazırlayıb. ABŞ-ın Suriyadakı xüsusi təmsilçisi Ceyms Ceffreyin başçılıq etdiyi nümayəndə heyəti yaxın günlərdə PYD …

Read More »

Millət vəkilinin təklifinə daha bir QHT qoşuldu

Sosialxəbər.az xəbər verir ki, Millət vəkilinin təklifinə daha bir QHT qoşuldu. Hələ ötən ilin büdcə müzakirəsində millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasın sədri Azay Quliyev qeyd edirdi ki, 2016-cı ildə Dövlət Dəstəyi Şurasına ayrılan vəsait təxminən 1,6 milyon manat azaldılıb. Təəssüflər olsun ki, 2018-ci ilin dövlət büdcəsində də heç bir artım nəzərdə tutulmayıb. Yəni, əvvəlki …

Read More »