Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2020

Rusiyalı politoloq: “Xocalıda öldürülənlərin övladları doğma torpaqlarına qayıdacaqlar”

“Bu gün Xocalıda baş verən dəhşətli faciənin ildönümünü qeyd edirik. Ümidvarıq ki, Azərbaycanda və ya başqa yerlərdə bu cür faciələr bir daha baş verməyəcək”. Bu sozləri rusiyalı ictimai xadim, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Xocalı soyqırımına həsr olunmuş tədbirdə deyib. Onun sözlərinə görə, faciənin ildönümünün Yəhudi Tolerantlıq Muzeyində baş tutması xarakterikdir.  “Yəhudi xalqının XX əsrdə başına gətirilən böyük faciəni hamımız …

Read More »

Erməni hannibalizmi: Xocalıda azərbaycanlıların orqanları niyə çıxarılırdı? – DƏHŞƏTLİ FAKTLAR

Xocalı soyqırımından 28 il ötür və bu illər ərzində ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti bütün aspektlərdə araşdırılıb, səbəbləri və hədəfləri aydınlaşdırılıb, dünyanın müxtəlif ölkələri və bir sıra beynəlxalq strukturlar bu soyqırımına hüquqi qiymət verib. Lakin Xocalı soyqırımını dünyada baş vermiş digər soyqırımılardan fərqləndirən erməni fəhşiliyinin səbəbləri hələ də açıq olaraq qalmaqdadır. Nasistlər yəhudilərə qarşı soyqırımı kanslagerlərdə həyata keçirir, qaz …

Read More »

“Ermənistan qəbul olunmuş hüquqi sənədlərin şərtlərinə əməl etmir”

“Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş beynəlxalq təşkilatların bir çox sənədləri, o cümlədən 2006-cı ilin dekabrında qəbul olunmuş “ATƏT-in Nazirlər Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Bəyanatı”, ATƏT-in 2005-ci və 2010-cu illərdə faktaraşdırıcı və sahə qiymətləndirmə missiyalarının Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və bu ərazilərin viran edilməsini …

Read More »

“Koronavirus “quş qripi”ndən daha təhlükəlidir” – Həkimdən bədbin açıqlama

“Virusun hüceyrəvi quruluşu olmur, hava və damcı yolu ilə keçir. İnsan bədəninə düşən kimi ağciyər hüceyrəsinin birini dağıdıb içəri daxil olur. Əgər virus şərti adı Əli olan xəstənin bədənində yumrudursa, Vəliyə keçəndə sap formasını alır. 14 gündən bir forma dəyişir. Buna görə də vaksin tapmaq mümkün deyil”. Boyukmillet.com bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış həkim Vəli Əhmədov deyib. Həkim …

Read More »

“Arsenal”ın futbolçusu: “Qarabağ”la oyunu heç vaxt unutmaram”

“Əsas komandada debütüm ötən il Ukraynada “Vorskla”ya qarşı matçda gerçəkləşmişdi. Səfərdə olduğundan, oyun bizim üçün asan keçməmişdi. Amma iki həftə sonra doğma “Emirates” stadionunda ilk görüşümə çıxdıqda məni izləməyə ailəm də gəlmişdi. Bu, 17 yaşımın tamamlanmasından bir neçə ay sonra Avropa Liqasında “Qarabağ”a qarşı idi”. Boyukmillet.com – un məlumatına görə, bunu İngiltərə “Arsenal”ının futbolçusu Bukayo Saka klubun rəsmi saytına açıqlamasında …

Read More »

İstanbulda Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib

Fevralın 25-də İstanbulda Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib. İSTAD – İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyi və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə düzənlənən tədbir İstanbul Kadıköy Bahariye caddesi Halk Egitim Merkezinin önündən başlayaraq, eyni yolun üzərində olan Süreyya Operasının qarşısında mətbuat açıqlaması və bəyanat səsləndirdilər.İSTAD-ın sədri Səfər Karakoyunlu bildirib ki, Xocalı soyqırımı …

Read More »

Məcburi köçkünlər üçün yeni binalar tikiləcək

“Abşeron ərazisində Stansiya Sumqayıt adlanan yerdə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən tikinti işləri davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Rövşən Rzayev öz açıqlamasında deyib. Onun sözlərinə görə, ilin sonuna qədər tapşırıqları yerinə yetirilməsinə çalışılacaq: “Cənab Prezidentin 7 000-dən çox ailə üçün nəzərdə tutulmuş qəsəbənin salınması göstərişi verilib. Hazırda tikinti davam edir. Biz də maraqlıyıq ki, mənzilləri …

Read More »

Mehriban Əliyeva: “Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir”

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib. Boyukmillet.com  xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında deyilir: “Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir. Bu hadisə xalqımızı sarsıtdı, amma iradə və əzmini sındırmadı, bizi bir millət kimi daha sıx birləşdirdi və bu yenilməz birliyimizlə biz haqqın və ədalətin təntənəsinə …

Read More »

Göyçayda güclü külək yanğınlara səbəb oldu

Güclü külək Göyçayda bir sıra fəsadlar törədib. Rayonda hektarlarla bağ, bir neçə tövlə yanıb. Boyukmillet.com xəbər verir ki günorta saatlarından əsməyə başlayan külək sonradan güclənib. Qısa vaxt ərzində bir neçə kənddə yanğın baş verib. Yanğınların söndürülməsi üçün ərazilərə Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın hadisələrinin baş verdiyi yerlərə həmçinin FHN-in İsmayıllı …

Read More »