Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb. AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov özəl olaraq Trend-ə bildirib ki, bu il ilk – Su çərşənbəsi fevralın 25-nə təsadüf edəcək. X.Mikaylovun sözlərinə görə, martın 3-də Od, martın 10-da Yel çərşənbəsi olacaq. Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək. …
Read More »Yearly Archives: 2020
Həbs edilən yüksək vəzifəli şəxslərin otaqlarından nələr tapıldı? – RƏSMİ MƏLUMAT
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri Bərdədə kollec rəhbərinin həbs edilməsi ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu islahatlardan biri kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində təhsil xidmətlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm addımlar atılır. Bununla yanaşı, dövlətin …
Read More »Moskvada havanın temperaturu 1925-ci ildə qeydə alınmış rekordu qırıb
Moskvada havanın temperaturu 1925-ci ildə qeydə alınmış rekordu qırıb. Boyukmillet.com xəbər verir ki, fevralın 19-da Rusiya paytaxtında havanın temperaturu müsbət 4,7 dərəcəyədək qalxaraq, 1925-ci ildə qeydə alınmış müsbət 3,7 dərəcəni ötüb. Qeyd edək ki, bu il Rusiyanın Avropa hissəsində qış olduqca isti keçir. Mütəxəssislər mart ayının iqlim normalarına uyğun keçəcəyini bildirirlər. Hazırda Rusiya ərazisində geniş Şimali Atlantika siklonu hökm sürür. Bu …
Read More »Sima Babayeva: Təkcə icra hakimiyyətləri deyil,ayrı-ayrı dövlət qurumları polis və məhkəmə orqanlarından da böyük narazılıqlar var.
Ölkədə korrupsiyaya qarşı əməliyyatların növbəti mərhələsi başladı. Xüsusi ilə rayon İcra hakimiyyətinin başçılarına Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən əməliyyatlar ölkədə ciddi rezonans doğurmaqdadır. Boyukmillet.com informasiya portalının redaktoru Sima Babayeva son hadisələrlə bağlı saytımıza açıqlama verib. Redaktor bildirir ki, Ağstafa rayonunun icra başcısı və mavininin daha sonra Yevlax rayon keçmiş icra başçısının həbsinin ardınca bu gün Neftçala rayon icra hakimiyyətinə …
Read More »Azərbaycanda daha iki vəzifəli şəxs həbs edildi – CİNAYƏT BAŞINDA
Azərbaycanda kollec rəhbərliyi tutulub.Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərov və onun müavini İlqar Dursunov iş otaqlarında rüşvət alarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.Faktla bağlı araşdırma aparılır.
Read More »Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – FOTOLAR
Boyukmillet.com xəbər verir ki, fevralın 20-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər.
Read More »Paşinyan Gürcüstanı “böyük Ermənistan” hesab edir
2020 – ci il fevralın 15 – də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağla bağlı panel müzakirələrin aparılması zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın tarixi ümumiyyətlə bilmədiyi, siyasi savadsızlığı üzə çıxdı, nəticədə isə o, açıq – aşkar biabır oldu. Konfransdakı panel müzakirələri zamanı Paşinyan həyasızcasına bildirib ki, guya Qafqazda yalnız ermənilər və …
Read More »DTX Neftçalayla bağlı açıqlama yaydı
Dövlət Təhlükəsizlik Xidməti Neftçala rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı açıqlama yayıb.Boyukmillet.com -un DTX-yə istinadən verdiyi xəbərə görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.Araşdırmalar …
Read More »Azərbaycanda daha bir yol polisi postu köçürüldü – RƏSMİ
Baş Dövlət Yol Polis İdarəsinin daha bir stasionar postu köçürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, köçürülən post yeni tikilən Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun keçdiyi hissəyə düşdüyü üçün yeri dəyişdirilib: “Həmin post Samur-Dəvəçi kanalının yanında olan (SDK postu) stasionar postdur. Həmin post …
Read More »SON DƏQİQƏ: Türkiyə İdlibdə dəhşətli ƏMƏLİYYATA BAŞLADI – Hərbi texnikalar və general məhv edildi
Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində Bəşər Əsədə sadiq qüvvələrə qarşı hərbi əməliyyatlara başlayıb. Boyukmillet.com “Halab Today”ə istinadən xəbər verir ki, Türkiyə ordusu rejim qüvvələrinin Serakibdəki qərargahlarını reaktiv yaylım atəş sistemi vasitəsilə atəşə tutub. Bundan başqa, sosial şəbəkələrin müxalifətə yaxın səhifələrində yayılan məlumata görə, müxalif qüvvələr Rusiyaya aid 2 kəşfiyyatçı PUA-sını və B.Əsəd qüvvələrinə məxsus 1 tankı məhv edib. Hökumətə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar