“Avropa çempionu olmaq və yarımfinalda Ermənistan idmançısını məğlub etmək çox gözəl hissdir”. Boyukmillet.com bildirir ki bunu İtaliyanın paytaxtı Romadakı yarışda qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov deyib. 77 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı bildirib ki, öncədən qızıl medal qazanacağına inanmayıb: “Çempion oldum, bayrağımızı yüksəltdim. Mənim üçün bundan gözəl hiss ola bilməz”. S.Süleymanov növbəti hədəfinin Yaponiyanın …
Read More »Yearly Archives: 2020
Baxçalı Suriyanı yandırmağa, İdlibi dağıtmağa, Əsədi məhv etməyə çağırdı
Suriyanın şimalında, İdlib bölgəsində Bəşər Əsəd qüvvələrinin Türkiyə ordusunun bölmələri ilə birbaşa toqquşmalara girməsi, dalbadal türk əsgərlərinin həlak olması MHP lideri Dövlət Baxçalını qəzəbləndirib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Baxçalı MHP-nin parlament qrupu qarşısında bu günkü çıxışı zamanı “Suriyanı yandırmağa, İdlibi yıxmağa, Əsədi qəhr etməyə” çağırıb. “Qanlı Suriya rejimi bir tərəfdən günahsız vətəndaşları, o biri yandan türk əsgərlərini hədəf …
Read More »İlk Cümhuriyyət dövründə Ermənistan üçün qoparılmış torpaqlarımız…
Cəbi Bəhramov: “Zəngəzurun ermənilərə verilməsi, əslində isə sadəcə, Sovet Rusiyasının təzyiqi ilə “bağışlanması” istiqamətində daha bir ciddi addım 1920-ci il dekabrın 1-də atıldı” Zaman-zaman tarixi torpaqlarımıza iddialı olan ermənilər öz havadarlarının dəstəyilə Azərbaycan ərazilərinə sahibləniblər. Onlar bu torpaqların gerçək sahibləri deyillər, buna baxmayaraq, qəsb etdikləri torpaqlarımızı özlərinki saymaqda davam edirlər. Hiylə, məkrlə, özlərinin və arxa-dayaqlarının zoru gücünə qəsb etdikləri torpaqlarımızı …
Read More »Vətəndaş Həmrəyliyi Partiyası MM-də YAP-dan sonra sayca “ana müxalifət” oldu – partiyanın öz reaksiyası…
Növbədənkənar parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyası (YAP) qalib elan olunub. YAP-dan sonra ikinci ən çox mandat alan partiya Vətəndaş Həmrəyliyi Partiyasıdır (VHP). Partiyanın lideri, Xalq şairi Sabir Rüstəmxanlı 61 saylı Nefçala Seçki Dairəsindən 49,2 faiz səslə, 69 saylı Cəlilabad-Biləsuvar-Masallı Seçki Dairəsindən Fəzail İbrahimli 51 faiz səslə, 58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsindən Rəfael Hüseynov 51 faizlə qalib elan olunublar. Daha …
Read More »Qərəzli olduqları əvvəlcədən bilinən bəzi beynəlxalq qurumlar da 9 fevralda müşahidəçiliyə dəvət olundu – yeni taktika özünü doğrultdumu…
Yadigar Məmmədli: “Bu onu göstərir ki, Azərbaycan tərəfi demokratik prinsiplərdən çıxış edərək tənqidlərə dözümlü yanaşır” “Biz çoxlu sayda müşahidəçi dəvət etdik, gələnlərin hamısına minnətdarıq”. Bu fikirləri Prezident İlham Əliyev MDB İcraiyyə Komitəsi müşahidə missiyasının rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Ölkə başçısının …
Read More »Deputatlığa namizəd Prezidentə və Mehriban Əliyevaya müraciət etdi.
Seçkinin nəticələri ilə razılaşmayan və qanun pozuntularının olduğunu bildirən 12 saylı Qaradağ Yasamal Binəqədi seçki dairəsindən deputatlıqa namizəd Aidə Şirinova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci Vitse Prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb. Boyukmillet.com müraciəti olduğu kimi təqdim edir. Sizə müraciətimin əsas məqsədi 09 fevral 2020-ci il tarixində keçirilmiş Milli Məclisə növbədənkənar parlament seçkilərində 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindəki məntəqələrdə …
Read More »Məğlubların DEMARŞI: Sabir Rüstəmxanlını kimlər və niyə hədəfə alıb?
Əsədov, parlamentdə millətin gerçək səsi olan Sabir Rüstəmxanlıya yersiz hücumlara vaxt itirməkdənsə, növbəti seçkilərə hazırlaşmağınız məsləhətdir. Azərbaycanda 9 fevral növbədənkənar parlament seçkilərinin artıq məlum olan nəticələri ətrafında müzakirələr səngimir. Böyük ehtimalla, Milli Məclisin yeni tərkibi ətrafında sosial şəbəkə və media polemikaları hələ bir müddət də davam edəcək. Bəli, ötən ilin dekabrında Milli Məclisin fəaliyyətinə xitam verilməsi növbədənkənar seçkilərin təyin olunması …
Read More »Ermitaj Azərbaycan muzeyi ilə əməkdaşlıq edəcək
Ermitaj Azərbaycan Milli Xalça Muzeyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Boyukmillet.com “Peterburqskie vedomosti”yə istinadən xəbər verir ki, ilk birgə aksiya noyabr ayında Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu zamanı açılacaq xalça sərgisi olacaq. 2020-ci ildə Azərbaycan forumun qonaq ölkəsidir. Saziş çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Ermitajın qiymətli və arxeoloji metalların elmi bərpası laboratoriyasının müdiri İqor Malkielin koordinatoru olacağı “Pazırıq xalçası” layihəsi nəzərdə tutulur. …
Read More »Mövlud Çavuşoğlu: “Rusiya və İran Suriyada hücumları dayandırmalıdır”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Monteneqroya səfəri çərçivəsində paytaxt Podqoritsada həmkarı Srdcan Darmanoviçlə birgə keçirdiyi mətbuat konfransında Suriyadakı vəziyyətlə bağlı sualı da cavablandırıb. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, o, məsələylə bağlı rəsmi Moskva və Tehrana çağırış edib. “Suriyada rejimin arxasında duran Rusiya və İran onun aqressiyasının qarşısını almalıdır”, – deyə XİN başçısı vurğulayıb. Xatırladaq ki, Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin fevralın 10-da hücumu …
Read More »Elza Seyidcahanın döyülməsi ilə bağlı DİN-dən AÇIQLAMA
Fevralın 9-u parlament seçkilərində namizədliyini 54 saylı Şabran-Siyəzən seçki dairəsindən irəli sürən əməkdar artist Elza Seyidcahan seçki günü bacısı və özünün döyülməsi ilə bağlı iddiasına DİN-dən reaksiya verilib. Boyukmillet.com-un məlumatına görə, DİN mətbuat xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar araşdırmaya başlanılıb. “Bu haqda Şabran Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda bu məsələ ilə bağlı araşdırmalar aparılır”, – deyə cavabda qeyd …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar