“Tezliklə Qarabağda olacağam. Məqsədim bu müharibədən və bu tarixi ərazilərdən fransız oxucuları üçün yazmaqdır. Düşündüyümdən daha faydalı ola biləcəyim şey budur”. Boyukmillet.com xəbər verir ki, bunu Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Alban Klod feysbukda yazıb. Xatırladaq ki, A.Klod məşhur milyonçunun ikinci oğlu Sadıx Tağıyevin nəvəsidir. O, ilk dəfə ötən il Azərbaycana səfər edib.
Read More »Yearly Archives: 2020
Hindistanın “MiQ-29” qırıcısı qəzaya uğrayıb
Hindistan Hərbi-Dəniz Qüvvələrinə məxsus “MiQ-29” qırıcısı Ərəb dənizi üzərində təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb. Boyukmillet.com “Times of India”ya istinadən xəbər verir ki, bunu Hərbi-Dəniz Qüvvələrinin nümayəndəsi bildirib. Hadisə nəticəsində pilot itkin düşüb. Ölkənin Hərbi-Dəniz Qüvvələri qəza ilə bağlı araşdırmalara başlayıb. Hadisənin səbəbi hələ ki məlum deyil. Qırıcı “Vikramaditya” aviadaşıyıcısından havaya qalxıbmış. Bildirilib ki, Hindistan donanmasında istismar edilən “Vikramaditya” (keçmiş …
Read More »Azərbaycan banklarına qoyulan depozitlər azalıb
Azərbaycan banklarına qoyulan depozitlər bu il noyabrın 1-nə 22 442,1 milyon manat təşkil edib. Boyukmillet.com Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0,2% azdır. Bank depozitləri ilin əvvəlinə nisbətən 9,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,1% azalıb.
Read More »Azərbaycan və İtaliya XİN başçıları arasında telefon danışığı olub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə edib, o cümlədən 10 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsini vacibliyini, …
Read More »Meksikada prezidentin toxunulmazlığı ləğv edildi
Meksika Senatı dövlət başçısının məhkəmə toxunulmazlığından məhrum edilməsi ilə bağlı konstitusiyada edilən dəyişikliyi qəbul edib. Bu barədə Boyukmillet.com “TASS”a istinadən xəbər verir. Dəyişikliyin lehinə 89 senat və əleyhinə isə 23 senat səs verib. Beləliklə, respublikanın seçilmiş lideri prezidentlik müddəti bitməmiş cinayət məsuliyyətinə cəlb edilə bilər. Bundan başqa, prezidentə qarşı açılan cinayət işi məhkəməyə göndərilməmişdən əvvəl dövlət başçısı parlamentin qarşısında çıxış etməli olacaq.
Read More »İnfarktın əsas əlamətləri məlum oldu
Böyük Britaniyanın Milli Səhiyyə Xidməti infarktın panik atakdan fərqini açıqlayıb. Bu barədə Boyukmillet.com “Express” nəşrinə istinadən xəbər verir. Qeyd olunub ki, panik atak öz-özlüyündə sağlamlıq üçün böyük təhlükə yaratmır, infarkt isə ölümcül ola bilər. Əgər insanda müəyyən edilməyən səbəbdən böyük qorxu hissi varsa, bu həm panik atakın, həm də infarktın əlaməti ola bilər. Eyni zamanda sinə ağırsı, ürəkbulanma və nəfəs …
Read More »Koronavirusun daha bir fəsadı, dişlər tökülür
Bəzi şəxslər yeni növ koronavirus infeksiyasına yoluxduqdan sonra dişlərindən məhrum olur. Boyukmillet.com xəbər verir ki, bu barədə “New York Times” nəşri yazıb. Qeyd olunub ki, yaşı 30-dan yuxarı olan şəxslərin 47 faizindən çoxu periodontal xəstəlikdən əziyyət çəkir. Bura infeksiyalar, diş ətlərinin və sümüklərinin iltihabı da daxildir. Periodontal xəstəlik diş ətlərinin ciddi bakterial infeksiyasıdır ki, müalicə olunmadığı təqdirdə dişlərinizi dəstəkləyən diş …
Read More »Paşinyan itkin düşən erməni hərbçilərinin valideynləri ilə görüşmədi
Ermənistanın paytaxtı Yerevan şəhərində Dağlıq Qarabağda baş vermiş hərbi əməliyyatlar zamanı itkin düşmüş erməni hərbçilərin valideynləri və yaxınları baş nazir Nikol Paşinyanın kortejinin keçdiyi yolu bağlayıblar. Boyukmillet.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, yolun ortasında dayanan şəxslər baş nazirin gəlişini gözləyiblər. Lakin hökumət başçısı onlarla görüşməkdən imtina edib. Daha sonra etiraz edənlərin on nəfəri ilə görüşməyi qəbul etsə də, bu …
Read More »Ermənistanın quldur ordusu yaxşı bacardığı “su terroru”nu Şuşada son anda başqa formada törətdi
Samir Adıgözəlli: “Şuşanın su xəttini məhv etməklə öz vəhşi xislətlərini bir daha ortaya qoyublar” Düşmən ərazilərimizi tərk edərkən burada saysız cinayət törədib, meşələrimizi qırıb yandırmaqla, evlərimizə, yaşayış yerlərimizə od vurmaqla kifayətlənməyərək su xətlərini də sıradan çıxarıb, bizə qarşı “su terroru” həyata keçirib. Prezident İlham Əliyev xalqa müraciətində bildirib: “Bütün işləri biz planlı şəkildə etməliyik. Bir daha demək istəyirəm, ilk növbədə, …
Read More »Naxçıvanlı şəhid anası Rəna Hüseynova: Balamın nişanı da, balamın toyu da onun bayrağıdır!
MÜQƏDDƏS TORPAQ, MƏĞRUR ANA, QƏHRƏMAN OĞUL!!! Bir neçə gündür, Naxçıvan Dövlət Televiziyasının əməkdaşları tərəfindən şəhid anası Rəna Hüseynovadan alınan müsahibə minlərlə sosial şəbəkə istifadəçisi tərəfindən paylaşılır, yüzlərlə şərh yazılır: oğlu Vətən uğrunda şəhid olan bir ananın bu sözləri deməsi üçün nə böyüklükdə ürəyi olmalıdır, İlahi? İndi bildiniz, Vətənə nə üçün Ana deyirik? 30 illik işğala, zülmə son qoyan övladları dünyaya …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar