Şənbə , 4 Aprel 2026

Yearly Archives: 2020

Türkiyədə vətəndaşlar COVID-19-a qarşı pulsuz peyvənd olunacaq

Türkiyə hökuməti ölkə vətəndaşlarını yeni növ koronavirusa qarşı pulsuz peyvənd elətdirmək niyyətindədir. Boyukmillet.com  TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib. “Çinin peyvənd istehsalçısı olan “Sinovac” şirkəti ilə danışıqlar tamamlanıb, lazımi bütün qanuni proses həyata keçirilib, imzalar atılıb. Peyvənd vurulmasına başlanılması üçün azı 10 milyon doza peyvənd artıq Türkiyəyə göndərilib. Vaksinasiya tamamilə ödənişsiz olacaq”, – “Hurriyet” qəzeti …

Read More »

Bakıda ardıcıl iki yol qəzası baş verib

Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportuna aparan avtomobil yolunda ardıcıl iki yol qəzası qeydə alınıb. Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib. Məlumata görə, qəzalardan biri “Buta Palace” yaxınlığında, zəncirvari formada baş verib. Qəza yolda sıxlığa səbəb olub. Bundan başqa, “Baku Expo” mərkəzi yaxınlığında “Ford” markalı yük avtomobili aşıb. Bu qəza da yolda sıxlıq yaradıb.

Read More »

Alimlər çox nadir astronomik hadisə olacağını bildirib

Rays Universitetinin (ABŞ) astronomları dekabrın 21-də günəş batandan sonra Yupiter və Saturn planetlərinin gecə səmasında bir-birinə minimum məsafədə yaxınlaşacağını hesablayıblar. Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “phys.org” saytındakı press-relizdə bildirilir. Tədqiqatçılardan birinin dediyinə görə, bu planetlər arasındakı yanaşma təxminən, 20 ildə bir dəfə baş verir, lakin orta əsrlərdən bəri onlar bir-birinə bu qədər yaxınlaşmayıblar. Hava şəraiti imkan …

Read More »

DİN: Yaşadığı evin kandarına maskasız çıxan şəxs cərimələnəcək

“Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarı var. Yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir”. Boyukmillet.com xəbər verir ki bu barədə “Report”un sorğusuna Daxili İşlər Nazirliyinin (DİN) …

Read More »

Həkimlər COVID-19 testindən keçərkən yol verilən səhvləri açıqlayıb

Virusoloqlar koronavirus testinin nəticəsinin səhv çıxmaq riskini azaltmaq üçün hansı qaydalara riayət edilməli olduğunu bildiriblər. Boyukmillet.com RBK-ya istinadən xəbər verir ki, ən yüksək kateqoriyalı həkim-terapevt Tatyana Romaşenko testdən əvvəl qida qəbul etməməyin və ağızı antiseptik məhlulla yaxalamamağın zəruri olduğunu vurğulayıb. Rusiya Xalqlar Dostluğu Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Qalina Kojevnikova isə xəstənin başqa addımlarının da COVID-19 testinin nəticəsinin yanlış olmasına təsir edə biləcəyini açıqlayıb. …

Read More »

Nobel mükafatçısı Gəncədə valideynlərini itirmiş 3 yaşlı uşağa yardım ayırdı

Kimya üzrə Nobel mükafatının qalibi, ABŞ-ın Şimali Karolina ştatında yaşayan Türkiyə əsilli dünyaca məşhur alim Əziz Səncər Ermənistanın 17 oktyabr tarixində Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini itirmiş Xədicə Röyal qızı Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürüb. Bu barədə  Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən bildirilib. Əziz Səncər BBC-də yayımlanmış xəbərə istinadən Xədicənin həyatında …

Read More »

Erməni cinayətləri Perunun ən çox nəşr olunan qəzetində

Perunun ən çox oxunan “El Comercio” qəzetində Azərbaycan Respublikasının bu ölkədəki səfiri Məmməd Talıbovun Ermənistan-Azərbaycan münaqişəsi və atəşkəs bəyanatı haqda müsahibəsi efirə gedib. Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən  verilən məlumata görə, münaqişənin tarixindən danışan səfir Dağlıq Qarabağ və 7 ətraf rayon olmaqla beynəlxalq qaydada tanınmış ərazilərinin beşdə birinin 30 ilə yaxın Ermənistan tərəfindən hərbi işğalda saxlanıldığını və Ermənistanın bu ərazilərdə etnik …

Read More »

Ermənistanın əsir götürdüyü əsgərlərlə bağlı BQXK-yə və BMT-yə müraciət hazırlanıb

Cari ilin sentyabr ayından etibarən Ermənistanın Azərbaycana qarşı təkrar hərbi təcavüzü nəticəsində əsir düşmüş Azərbaycan əsgərlərinə münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların işgəncələrə, alçaldıcı rəftara məruz qalmaları və digər faktlarla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 12 noyabr 2020-ci il tarixdə aidiyyəti beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb. Ombudsman Aparatının İnformasiya …

Read More »

Türkiyə hərbçiləri Dağlıq Qarabağda 1 il olacaq

Türkiyə hərbçiləri Rusiya Federasiyası ilə birlikdə Dağlıq Qarabağda monitorinq mərkəzində bir il ərzində olacaqlar. Boyukmillet.com-un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Daha əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar deyib ki, Türkiyə hərbçiləri yaxın vaxtlarda Azərbaycana yola düşəcəklər. Onun sözlərinə görə, quru qoşunları hazırlığı qurtarıb.

Read More »

“Paşinyan dedi ki, etirazçıların hamısını öldürün” – Sensasion ittiham

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri, “Vətən” partiyasının lideri Artur Vanetsyan baş nazir Nikol Paşinyanla bağlı sensasion iddia irəli sürüb. Boyukmillet.com xəbər verir ki, o, bu gün Azadlıq meydanındakı mitinq zamanı Nikolun etirazçılara qarşı ağır cinayətlər törətməyi təklif etdiyini deyib: “Nikol Paşinyan hakimiyyətini qorumaq üçün son günlər yalan iddialarla gündəmə gəlir. Meydana toplaşan insanların sırf hakimiyyət uğrunda mübarizə apardıqlarını …

Read More »