Şənbə , 13 Dekabr 2025

Monthly Archives: Sentyabr 2021

Daşınmaz əmlak bazarı: İlkin mənzillərin qiyməti artıb, təkrar mənzillər ucuzlaşıb

Bu ilin avqust ayında əvvəlki ayla müqayisədə daşınmaz əmlak bazarında qiymətlər təxminən stabil qalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qiymətlərdə 8,42 % artım olub. Bu barədə  “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov məlumat verib. N.İbrahimov təkrar mənzillərin qiymətinin azaldığını bildirib: “Təkrar mənzil bazarında qiymətlər ay ərzində 2,95 …

Read More »

Vladimir Putinin Tacikistana səfərinin tarixi açıqlanıb

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 15-də Tacikistan Prezidenti Emomali Rahmonun dəvəti ilə Düşənbəyə səfər edəcək. Boyukmillet.com  “tj.sputniknews”a istinadən xəbər verir ki, məlumatı Tacikistanın Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, Vladimir Putinin Emomali Rahmonla təkbətək görüşü nəzərdə tutulub. Məlumata görə, prezidentlər Düşənbə, Xocənd, Kulyab, Bohtar və Tursunzoda şəhərlərindəki rusdilli 5 məktəbin təməlqoyma mərasimində virtual olaraq iştirak edəcəklər. Görüşün yekununda Rusiya və Tacikistan liderləri ikitərəfli …

Read More »

Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələrinin birgə təlimləri başa çatıb

Hərbi Dəniz Qüvvələrində Azərbaycan və Türkiyə sualtı hücum və sualtı müdafiə qruplarının təlim-məşqlərinin başa çatması ilə bağlı tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Tədbirdə çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov bildirib ki, təlimlərdə qarşıya qoyulan tapşırıqlar iki qardaş ölkənin hərbi qulluqçuları tərəfindən uğurla və peşakarlıqla yerinə yetirilib. Təlimlərdə fərqlənən hərbi qulluqçulara …

Read More »

Azərbaycanın gənclər təşkilatları nümayəndələrinin Şuşaya səfəri başlayıb

Azərbaycanın gənclər təşkilatları nümayəndələrinin Şuşa şəhərinə səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində 20-dək könüllü təşkilatının 40-a yaxın nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində erməni vandalizminin acı nəticələri, tarixi-mədəni abidələrlə, eləcə də aparılan bərpa-quruculuq işləri ilə tanış olcaqlar. Səfərdə nümayəndə heyəti tərəfindən Cıdır düzü, Yuxarı və …

Read More »

Müşahidə Şurasının üzvü: Müxtəlif yollarla pul alan bir qrup QHT-lər narahat olublar

Beynəlxalq təşkilat və fondların ölkəmizdəki fəaliyyətinə qoyulan məhdudiyyətdən istifadə edib, müxtəlif yollarla pul alan bir qrup QHT-lər haqqında qanunun dəyişməsi barədə gedən müzakirələrdən narahat olublar. Boyukmillet.com xəbər verir ki, bu fikirləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova  sosial şəbəkə üzərindən bildirib. Həmin paylaşımı təqdim edirik. “Mənim üçün dünənki gündəm sadəcə Şuşa idi, ona görə qan qaraldan məzmunlu nəsə yazmaq istəmədim. Deməli, beynəlxalq təşkilat və fondların …

Read More »

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (13.09.2021)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,2% azalaraq 2,0066 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0233 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro2,00661 Rusiya rublu0,02331 Avstraliya dolları1,25061 Argentina pesosu0,01731 Belarus rublu0,67971 Braziliya rialı0,32401 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1196100 Cənubi Koreya vonu0,14471 Çexiya kronu0,0792100 Çili pesosu0,21561 Çin yuanı0, 26351 Danimarka kronu0,26991 …

Read More »

Yardımlı sakini həmkəndlisini güllələyərək öldürüb

Sentyabrın 12-i saat 13 radələrində Yardımlı rayon, Arvana kənd sakini 1999-cu il təvəllüdlü Nəsrəddin Sətizadənin odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Yardımlı Rayon Prokurorluğundan verilən məlumata görə, aparılan ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1988-ci il təvəllüdlü Asif Ağayevin kənd ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Nəsrəddin Sətizadənin sinə nahiyəsinə ov tüfəngindən atəş açaraq onu qəsdən …

Read More »

Ronaldu qəbul etdiyi ən yaxşı qərarı açıqlayıb

İngiltərənin “Mançester Yunayted” futbol komandasının hücumçusu Kriştianu Ronaldu bildirib ki, “qırmızı şeytanlar”a qayıdış onun qəbul etdiyi ən yaxşı qərar olub. Boyukmillet.com xəbər verir ki, bu barədə hücumçu “Telefoot”a müsahibəsində bildirib. “Mançester Yunayted”ə qayıdış qəbul etdiyim ən yaxşı qərardır. Bu, münasib vaxtda edilmişdi. Mən tarixə düşmək, “Mançester Yunayted”də əla nəticələrə nail olmağa və mükafatlar qazanmağa kömək etmək istəyirəm”, – Ronaldu müsahibəsində …

Read More »

Filippində “Konson” qasırğası qurbanlarının sayı 17 nəfərə çatıb

Filippində “Konson” qasırğasının səbəb olduğu qəzaların qurbanlarının sayı 17 nəfərə yüksəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə Risklərin Azaldılması və Qəzalar İdarəsi üzrə Milli Şuraya (NDRRMC) istinadən yerli “Philstar” mətbu orqanı bildirib. Qeyd edilir ki, qasırğa daha 14 nəfərin həyatına son qoyub. Ölkənin mərkəzi hissəsində təxminən doqquz min binaya zərər dəyib, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Təbii fəlakət zamanı 7 nəfər itkin düşüb, …

Read More »

Qazaxıstan parlamentinin nümayəndə heyəti Şuşa və Füzulidə olub

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib. Nümayəndə heyətini Milli Məclis sədrinin müavini, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd …

Read More »