“Ukraynanın Donetsk və Luqansk vilayətləri ərazisində Rusiya işğalçılarının 10 hücumunun dəf olunması nəticəsində 6 tank, 8 zirehli texnika, 15 avtomobil texnikası və 4 artilleriya sistemi məhv edilib”. Boyukmillet.com xəbər verir ki, by məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb. Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələri, Quru və zirehli tank qoşunları, dəniz piyadaları, milli qvardiya ilə birlikdə son sutkada Rusiyanın 15 hədəfini …
Read More »Monthly Archives: Aprel 2022
Azərbaycanda məşhur xanəndə vəfat edib
Azərbaycanlı məşhur xanəndə, bəstəkar Oqtay Hacıyev vəfat edib. Bu barədə “Report”a xanəndənin yaxınları məlumat verib. Bildirilib ki, o, 71 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Oqtay Hacıyev 1951-ci ildə Şəmkirin Zəyəm-Cırdaxan kəndində anadan olub. O, Xan Şuşinskinin sonuncu tələbəsi idi. Xanəndə eyni zamanda dillər əzbəri olan “Neyçün bəs” mahnısının müəllifir.
Read More »Neft və qaz şirkətləri ABŞ-dan Venesuelada qazma işlərinə icazə verməsini xahiş ediblər
Bir sıra neft-qaz korporasiyaları ABŞ hakimiyyətindən onlara dövlət neft şirkəti PDVSA ilə əməkdaşlıq edərək Venesuelada quyu qazmağa icazə vermələrini xahiş ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb. Onların fikrincə, Amerika rəhbərliyi neft-mədən xidmətləri göstərən şirkətlərə müvafiq lisenziyalar verərsə, PDVSA neft hasilatını sürətlə gündə 1 milyon bareldən yuxarı səviyyəyə çatdıra biləcək. Agentlik vurğulayır ki, bu, …
Read More »Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start veriləcək
Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürəcək. Boyukmillet.com-un məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunacaq yarış 3 gün davam edəcək. Dünya Kubokunda Azərbaycanı fərdi proqramda Arzu Cəlilova, Zöhrə Ağamirova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina təmsil edəcəklər. Yarışda 33 ölkədən 44-ü fərdi və 96-sı qrup komandasının …
Read More »ABŞ və Çexiya hərbi əməkdaşlıq haqqında saziş imzalayıb
ABŞ və Çexiyanın hərbi sənaye kompleksləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, sənədi Pentaqonun rəhbəri Lloyd Ostin və Çexiyanın müdafiə naziri Yana Çernoxova imzalayıb. “Bu müqavilə Çexiya müdafiə müəssisələrinin ABŞ-dan sifarişlər almasını xeyli asanlaşdıracaq”, – Çernoxova bildirib. Tərəflər, həmçinin yaxın vaxtlarda müdafiə sahəsində əməkdaşlıq haqqında saziş bağlamaq niyyətlərini təsdiqləyiblər. Qeyd edilidiyi ki, ABŞ-ın əksər NATO …
Read More »Zelenski Ukraynanın müharibədən sonra bərpası üçün Milli Şura yaradıb
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müharibədən sonra bərpası üçün Milli Şura yaradıb. Boyukmillet.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb. Nazirlər Kabinetinə iki həftə müddətində onun informasiya-analitik dəstəyini həyata keçirəcək orqanı müəyyən etmək tapşırılıb. Milli Şuraya Prezident Ofisinin rəhbəri və onun müavinləri, Ali Radanın bütün komitələrinin rəhbərləri, Baş nazirin müavinləri və bütün nazirliklərin rəhbərləri …
Read More »Bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır. Boyukmillet.com xəbər verir ki, Zəfər qurultayı aprelin 23-dək davam edəcək. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edəcək. Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük …
Read More »Böyük siyasi əhəmiyyəti olan tarixi hadisə
“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşa şəhərində keçirilməsi olduqca tarixi əhəmiyyət kəsb edən hadisədir. Biz xoşbəxtik ki, belə bir əlamətdar hadisəyə şahidlik edəcəyik”. Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, dünya azərbaycanlılarının həmrəyliyi milli birlik, milli-mənəvi dəyərlərimizə hörmət, doğma Vətənə məhəbbət və bağlılıq hisslərini özündə təcəssüm etdirir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra diaspor …
Read More »“Poçt göndərişləri” gömrük postunda dərman preparatları aşkar edilib – FOTO – VİDEO
Poçt göndərişləri vasitəsilə dərman preparatlarının qeyri-qanuni şəkildə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt göndərişləri” gömrük postunda Türkiyə Respublikasının Bursa şəhərindən Saatlı rayonu Orta Muğan kəndində qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşının ünvanına göndərilən yükə gömrük baxışı keçirilib. Rentgen qurğusunda aparılan yoxlama zamanı müşayiət sənədlərində yataq dəsti kimi göstərilən yükün içərisində …
Read More »Azərbaycanda son sutkada 33 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 792 445 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 603 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib. 135 nəfər aktiv xəstə sayını təşkil …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar