Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Horadiz şəhərində vətəndaşları qəbul edib. “Report” Agentliyə istinadən xəbər verir ki, qəbul qurumun tabeliyində olan “38 N-li Yol İstismarı” MMC-nin inzibati binasında keçirilib. Qəbulda Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Şikayətlərin …
Read More »Monthly Archives: Aprel 2022
Gürcüstan gəncləri: “Ermənistan monoetnik, daha az tolerantlığın olduğu ölkədir” – SORĞU
Gürcüstan gəncləri Ermənistanı monoetnik və daha az tolerantlığın olduğu ölkə kimi səciyyələndirirlər. Boyukmillet.com xəbər verir ki, bu, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (Rondeli Fondu) təşəbbüsü ilə gənclər arasında keçirilən sorğunun nəticələrindən məlum olub. Gənclər hesab edirlər ki, Gürcüstan və Ermənistan arasında oxşar cəhətlər din (müxtəlif konfessiyalara baxmayaraq), memarlıq və qonaqpərvərlikdir. Sorğuda iştirak edən erməni əsilli gənclərin fikrincə, ermənilər və …
Read More »Gürcüstanlı müğənni Azərbaycan mahnılarından ibarət albom hazırlayır
Gürcüstanlı müğənni Veriko Turaşvili Azərbaycan mahnılarından ibarət albom üzərində işləyir. Boyukmillet.com xəbər verir ki, albom üçün “Laçın”, “Sarı gəlin” mahnılarını Azərbaycan və gürcü dillərində yazdırıb, Şuşada və Laçında onlar üçün klip də çəkdirib. “Azərbaycana gəldiyimə çox sevinirəm. Azərbaycan xalqını, onun mədəniyyətini, musiqi sənətini sevirəm. Azərbaycanla məni musiqi telləri bağlayır” – deyə o qeyd edib. Erməni işğalından azad olunmuş Cəbrayıla səfəri barədə danışan müğənni həmin bölgədəki …
Read More »Rusiya xarici işlər nazirinin müavini Azərbaycanın səfiri ilə görüşüb
Rusiya xarici işlər nazirinin müavini Anatoli Rudenko Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya XİN-in məbuat xidməti məlumat yayıb. “Görüşdə bu il fevralın 22-si Rusiya və Azərbaycan arasında imzalanmış müttəfiqlik haqqında bəyannamənin müddəalarının yerinə yetirilməsi kontekstində ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunub”, – XİN-in məlumatında deyilir. Görüşdə, həmçinin üçtərəfli bəyannamənin icrası ilə əlaqəli …
Read More »DİN vətəndaşlara müraciət edib
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib. Boyukmillet.com xəbər verir ki, paytaxtda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə infeksiya riski yüksək olan ünvanlarda, ictimai nəqliyyatda – metropolitenində, avtobuslarda və piyada keçidlərində nəzarət-profilaktik tədbirlər davam etdirilir. “Polis tərəfindən metrostansiyalarda, piyada keçidlərindı, avtobuslarda tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır, əsassız bəhanələr gətirən insanlara koronavirus infeksiyasının fəsadları və …
Read More »Gürcüstan nümayəndə heyəti Cəbrayıla gəlib
Gürcüstan mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərdən ibarət nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, bu gün nümayəndə heyəti Cəbrayıl rayonuna gəlib. Səfər zamanı onlar ermənilərin işğal dövründə törətdikləri dağıntılar, həmçinin ərazidə aparılan bərpa işləri ilə tanış olacaqlar. Aprelin 16-sı Gürcüstandan olan nümayəndə heyəti Şuşa şəhərinə səfər edəcək.
Read More »Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi başlayacaq
Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi həyata keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə APA-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib. Qeyd olunub ki, müsabiqəyə növbəti həftə ərzində start verilməsi planlaşdırılır. Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və əsas iş yeri üzrə …
Read More »Əhalinin ölüm səviyyəsi azalıb
Bu ilin yanvar-fevral ayları ərzində ölkədə 12557 ölüm halı qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 8,2-dən 7,7- yə düşüb.
Read More »Xarkovda təxliyə avtobusu atəşə tutulub, 7 nəfər ölüb
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətində təxliyə avtobuslarını atəşə tutması nəticəsində 7 nəfər ölüb, 27 nəfər yaralanıb. Boyukmillet.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayətinin prokurorluğu məlumat yayıb. Bildirilib ki, aprelin 14-də İzium rayonunun Borova kəndində mülki sakinlərin təxliyəsi zamanı avtobuslar Rusiya hərbçiləri tərəfindən atəşə tutulub. Qeyd olunub ki, prokurorluq qəsdən adam öldürmə (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci …
Read More »Azərbaycan əhalisinin sayı açıqlanıb
Ölkə əhalisinin sayı ilin əvvəlindən 8098 nəfər və ya 0,07 faiz artaraq 2022-ci il mart ayının 1-i vəziyyətinə 10164464 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinləri, kişilərlə qadınların xüsusi çəkisi isə eyni olub. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər təşkil edib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar