Bazar , 5 Aprel 2026

Monthly Archives: Aprel 2022

Baş Prokurorluğun əməkdaşlarına təlim keçirilib

Azərbaycanın Baş prokurorunun müvafiq Sərəncamına əsasən qurumun Elm-Tədris Mərkəzində Medianın İnkişafı Agentliyi, Ədliyyə Akademiyası və Bakı Dövlət Universiteti ilə birgə Baş Prokurorluğun Mətbuat Xidmətinin işçiləri və tabe prokurorluqlarda KİV ilə əlaqələrə görə məsul şəxslər üçün “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda qarışıq (əyani və distant) formada təlim keçirilib. Cari ilin aprel ayının 12-dən 14-dək davam edən təlimin başlıca məqsədi …

Read More »

DTX-dən MİDA-da 5 saniyəyə 500 mənzilin satılması ilə bağlı əməliyyat – Saxlanılanlar var

Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixində güzəştlə satışı prosesi yerinə yetirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə müdaxilə halları müşahidə edilmiş, Agentliyin şəffaf fəaliyyətinin təcəssümü kimi bu məsələnin araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə …

Read More »

Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Azərbaycan Respublikasının Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin məsul …

Read More »

Çavuşoğlu: “Ermənistanla Azərbaycanın Brüssel razılaşmasına mühüm önəm veririk”

“Brüssel görüşündə Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmaya mühüm önəm veririk. Xüsusən Birgə Sərhəd Komissiyası və Azərbaycanın əvvəllər təklif etdiyi hərtərəfli sülh sazişi haqqında sazişə. Xarici işlər nazirlərinə onun üzərində işləməyi tapşırıblar”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, Cənubi Qafqazın sabitliyi üçün bütün ölkələr arasında …

Read More »

Moldova humanitar yardıma görə Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib

Moldova ukraynalı qaçqınlar üçün göndərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Moldovanın Azərbaycandakı müvəqqəti işlər vəkili Nikolay Kojuhar bildirib. “Bu gün bizim üçün əlamətdar gündür. Dost ölkə olan Azərbaycan bu çətin dövrdə Moldovaya kömək edir. Bir çox Ukrayna vətəndaşı Moldova ərazisindən istifadə etməklə digər ölkələrə keçsələr də, hazırda 100 minədək ukraynalı müvəqqəti olaraq Moldova ərazisində …

Read More »

Müdafiə Nazirliyi: “Azad edilmiş ərazilərdə müasir tipli hərbi obyektlər inşa edilir”

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyətinin təşkili, hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar planlı şəkildə icra olunur. Çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün …

Read More »

Keçmiş məcburi köçkünlər üçün tikilən, istifadəsiz mənzillərin satışı portalı hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi keçmiş məcburi köçkünlər üçün tikilən, istifadəsiz mənzillərin satışı portalını hazırlayır. Boyukmillet.com xəbər verir ki, hazırlanan portal bir neçə moduldan ibarət olacaq. Mənzil almaq istəyən hüquqi və fiziki şəxslərin satış portalına real vaxt rejimində Vahid Giriş Sistemindən – “ASAN Login” üzərindən giriş imkanı olacaq. Portalda onların qeydiyyatı aparılmaqla, hər biri üçün elektron kabinetlər yaradılacaq, mənzillərin …

Read More »

Türkiyə məktəbliləri Prezident İlham Əliyevə məktub yazıb

Türkiyə məktəbliləri Prezident İlham Əliyevə məktub yazaraq Qarabağın işğaldan azad olunmasına çox sevindiklərini və nə vaxtsa ora səfər etməyi arzu etdiklərini bildiriblər. Boyukmillet.com xəbər verir ki, məktuba dərhal reaksiya verilib. Dövlət başçısının tapşırığı ilə məktubu yazan Kastamonu şəhərinin Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdləri Azərbaycana dəvət edilib. Onlar Azərbaycana gələrək bir sıra yerlərdə, o cümlədən Füzuli və Şuşada olub. Şagirdlər deyib …

Read More »

Rusiya MN: “Moskva” kreyseri batıb

“Moskva” kreyseri batıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. “Moskva” kreyseri təyinat limanına çəkilən zaman sursatların partlaması nəticəsində yanğın zamanı gövdəyə ziyan dəydiyindən gəmi dayanıqlığını itirib. Gəmi fırtınalı dənizlər şəraitində batıb. “Əvvəlcədən xəbər verildiyi kimi, kreyserin ekipajı ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edilib”, – Rusiya Müdafiə Nazirliyi bildirib. Cümə axşamı gecəsi Rusiya Müdafiə Nazirliyi …

Read More »

Bu gündən Azərbaycana giriş üçün COVID-19-a dair PCR testi tələbi ləğv olunub

Bu gündən Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən: Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir; Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair …

Read More »